Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

20 oktyabr-20 noyabr Uşaq hüquq aylığı çərçivəsində “Hüquq dünyasına səyahət” adlı tədbir keçirildi.

10-11-2017 16:23

10 noyabr 2017- ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsi,  Era liseyinin 3 və 4- cü sinif şagirdləri ilə 20 oktyabr-20 noyabr Uşaq hüquq aylığı çərçivəsində “Hüquq dünyasına səyahət” adlı tədbir keçirdi. Tədbirdən əvvəl kitabxananın əmakdaşı uşaqlara kitabxana haqqında ətraflı məlumat verdi. Şagirdlər kitabxanın bütün şöbələrində oldular. Daha sonra kitabxanada təşkil olunmuş  “Hüquqlarımızı bilək” adlı stend  uşaqlar tərəfindən maraqla qarşılandı . Sonda iştirakçılara, uşaq hüquqlarına uyğun cizgi filmlərdən ibarət videoçarx izlədildi.  Şagirdlər müxtəlif maarifləndirici uşaq hüquqlarına dair tapşırıqları xüsusi fəallıqla yerinə yetirdilər. Qeyd edək ki, tədbir şagirdlərin uşaq hüquqi biliyinin artırılmasına yönəlmişdi.



128 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79