Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Hər çiçəyin öz ətri..” adlı sərginin yekunu olaraq iştirakçılara diplom və kataloqların təqdimatı keçirildi.

30-12-2016 23:03

30 dekabr 2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Multikulturalizm İlinə həsr olunmuş “Hər çiçəyin öz ətri..” adlı azsaylı xalqların və milli etnik qrupların nağılları əsasında çəkilmiş rəsm əsərlərinin sərgisinin  yekunu olaraq iştirakçılara diplom və kataloqların təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq bütün tədbir iştirakçılarını və qonaqları salamladı. Uğurlu layihəyə görə iştirakçılara öz təşəkkürünü bildirdi. Qonaqları “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn “Yeni il” münasibətillə təbrik etdi və uşaqlara vətənimizin inkişafı naminə təhsildə uğurlar arzuladı. Art Studiya rəhbərləri fəxri fərmanla təltif olundu, uşaqların hər birinə sərgidə fəal iştirakına görə diplom və kataloq təqdim olundu. Tədbir balaca rəssam Ruslanın fortepianoda özünün bəstələdiyi ifa ilə sona çatdı. Studiya rəhbərləri öz minnətdarlıqlarını bildirdilər, hər bir uşağın belə nağılları oxumaqla  öz düşüncələrini bədii şəkildə ifadə edə bilmələrində kitab və kitabxananın rolunu qiymətləndirdilər.Nəsimi rayonundakı 46 saylı Məktəbdənkənar Təhsil Mərkəzinin rəhbəri iştirakçıların bədii təxəyyülü üçün belə sərgilərin keçirilməsinin gərəkliyini vurğuladı, kitabxana rəhbərliyə belə gözəl layihələrin həyata keçirilməsində uğurlar dilədi.  Kitabxananın elmi işlər üzrə müavini də öz növbəsində uşaqların rəssamlıq bacarığına diqqət çəkib, gələcəkdə bu rəssamların tarixi tablolar yaradacaqlarına inandığını söylədi.



269 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79