5-15 yaş həddində olan kitab həvəskarlarının nəzərinə!
Sizi “Kitabın göy qurşağı” müsabiqəsində iştirak etməyə dəvət edirik.
Müsabiqə aşağıdakı nominasiyalar üzrədir:
• " Qızıl lələk" – öz yazdığınız kiçik əsərlər (hekayələr, nağıllar, şeirlər).
• " Sehrli fırça" - sevimli kitablarınızın qəhrəmanlarını və ya sevdiyiniz kitablar üçün öz şəkillərinizi çəkin.
• " Orijinal" - əgər Siz muncuq, biser və ya rəngli saplarla tikməyi, plastilindən və ya gildən düzəltməyi, ağac üzərində oyma, applikasiyalar etməyi və s. bacarırsınızsa - bu sizin müsabiqənizdir! Sevdiyiniz kitab qəhrəmanının nümunəsini yaradın ( və ya qəhrəmanlar) və müsabiqəyə təqdim edin!

Müsabiqə 10 yanvardan - 10 aprel 2011-ci ilədək davam edəcək və işlər kitabxananın kütləvi tədbirlər və ya incəsənət şöbəsində qəbul ediləcək.
Müsabiqənin qaliblərini mükafat gözləyir!
Əlaqə telefonu: (99412)597 08 79; 597 08 51
www.clb.az childlibbaku@yahoo.com


24 dekabr 2010-cı ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq kitabxanası Bakı şəhər uşaq və məktəb kitabxanaçıları üçün “Kitabxanaya uşaqların cəlbi: Mütaliə haqqında düşüncələr” mövzusunda elmi seminar müşavirə keçirir.
Seminarın proqramında:
Rəsmi hissə:
– Uşaq mütaliəsi: inkişaf və dəstək
– Mütaliə müasir etapda
– Mütaliəyə cəlb etmənin bəzi formaları:
beynəlxalq təcrübə.(Rusiya)
İştirakçılara elmi-metodika şöbəsinin bu mövzuda tərtib etdiyi vəsaitlər, elmi tədqiqat xarakterli rəy sorguları, kitabxananın bələdçisi, vizit kartı, əlfəcinlər veriləcək.
Bədii hissə:
Seminar çərçivəsində iştirakçılar F.Köçərli adına Respublika uşaq kitabxanasının 45-illiyinə həsr edilmiş sərgi ilə tanış olacaq və təntənəli tədbir keçiriləcək.
Əlaqə telefonu: (99412)597 08 79; 597 08 51
www.clb.az childlibbaku@yahoo.com


17 dekabr 2010-cı ildə saat 14.00-da kitabxanada uşaqların sevimli yazıçısı Gülzar nənə ilə “Bir zalım şah vardı...”kitabının təqdimat mərasimi keçiriləcək. Bu dəfə yazıçı oxucuların görüşünə yeni kitabı ilə gəlməklə oxucularının kitabla bağlı fikirlərini dinləyəcək. Tədbirdə kitabın redaktoru Qara Namazov da iştirak edəcəkdir. Oxucuları sevimli yazıçıları ilə görüşə dəvət edirik.
Ünvan: S.Vurğun küçəsi 88 ( Göy məscidim yanı)
Əlaqə telefonları: 597-08-79; 597-08-51
Elektron ünvan: www.clb.az childlibbaku@yahoo.com


8 dekabr 2010-cı ildə saat 14.00-da kitabxanada yazıçı Varislə (“Bir ovuc torpaq”, “Sonuncu ölən ümidlərdir”) görüş keçiriləcək. Bu dəfə yazıçı oxucuların görüşünə yeni kitabı ilə gələcəkdir. Oxucuları sevimli yazıçıları ilə görüşə dəvət edirik.
Ünvan: S.Vurğun küçəsi 88 ( Göy məscidim yanı)
Əlaqə telefonları: 597-08-79; 597-08-51
Elektron ünvan: www.clb.az childlibbaku@yahoo.com


“Ürəkdən ürəyə yollar görünür”
                 Xeyriyyə aksiyası
                 (01 noyabr- 31 dekabr 2010-cu il)
     Əziz uşaqlar, valideynlər! F.Köçərli adına Respublika Uşaq Kitabxanasının keçirdiyi aksiyada iştirak etməklə 2-10 yaşlı uşaqlara uyğun pal-paltar, oyuncaqlar, uşaq kitabları və onlar üçün mümkün bildiyiniz digər əşyalar gətirib kitabxanaya verə bilərsiniz. Yığılmış bütün əşyalar “Ümid yeri”, 1 və 3 saylı uşaq evlərinə veriləcək. Uşaqlara biganə olmayın, sevincinizi onlarla bölüşdürün, xeyriyyə aksiyasına qoşulun! Qeyd: gətirilən bütün əşyalar “kütləvi işlər” şöbəsinə təhvil verilir. İş günümüz: Şənbə günündən başqa bütün günlər səhər saat 9:00-17-30-a qədər. Ünvanımız: Bakı şəhəri S.Vurğun küçəsi 88. Əlavə məlumatı 597 08 79 telefonuna zəng etməklə əldə edə bilərsiniz.