F.Köçərli adına Respublika Uşaq Kitabxanası “İki əsr davam edən soyqırım” adlı kitabxana plakatı müsabiqəsi keçirir.
Keçiriləcək müsabiqənin şərtləri belədir:
Plakatda soyqırıma həsr olunmuş kitabların üz qabıqları boya və yaxud rəngli karandaşlarla işlənməli, kitabların annotasiyası və ya kitabdan maraqlı sitatlar verilməklə plakata ad qoyulmalıdır. Mövzuya uyğun tapılmış kitablar haqqında kartoteka plakatın cibliyində yerləşməlidir. Plakatın arxa tərəfində - iştirakçı sinif, məktəbin nömrəsi göstərilməlidir. Plakat müsabiqəsində iştirak etmək istəyənlər mütləq kitabxana ilə əlaqə saxlamalıdır.
Müsabiqənin yekun tarixi - 20 mart 2014-cü il
Hazırlanmış plakatlar kitabxananın kütləvi işlər şöbəsinə təhvil verilməlidir.
Müsabiqədə iştirak etməyə tələsin!!!Qaliblərə diplom və hədiyyə veriləcək.

Əlaqə telefonumuz: 5970879; 5970986
childlibbaku@yahoo.com






F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1 iyun- Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədar “Kitab oxumağın vaxtıdır?” adlı foto-müsabiqə elan edir. Şəhərimizin küçələrində, parkda, metroda və s. yerlərdə mütaliə edənlərın (özləri bilmədən) fotosunu çəkib müsabiqəyə qatıla bilərsiniz. Müsabiqəyə göndərilən şəkillər orijinal, hər bir formatda və elektron daşıyıcıda (disk, flash) ola bilər, hətta kitabxananın e-mail ünvanına da göndərə bilərsiniz. Müsabiqədə iştirak edənlər şəkillə bərabər aşağıdakı məlumatları da göndərməlidir:
• Şəklin adı
• Müəllifin adı, soyadı, atasının adı
• Ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonu
Kollaj, fotomontaj və digər formada şəkillər qəbul edilmir. Əlavə məlumatı kitabxananın saytında yerləşdirilmiş “Elanlar”da oxuya bilərsiniz. Müsabiqəyə göndərilən şəkillər geri qaytarılmır. Təşkilatçılar həmin şəkillərdən reklam xarakterli tədbirlərdə istifadə edə bilər. Müsabiqənin qalibləri 15 sentyabr 2014-cü il Bilik günündə açıqlanacaq. Şərtlər:
• Mövzuya uyğunluq
• Görünüşün aydın təsviri, orijinallığı və adı
• Şəklin keyfiyyətli çəkilişi
Şəkillər rəssam və fotoqraflar tərəfindən qiymətləndiriləcək.
Müsabiqə qaliblərinin şəkilləri kitabxananın saytında və “Göy qurşağı” jurnalında yerləşdiriləcək.
Müsabiqədə iştirak etməyə tələsin!!!
Qaliblərə diplom və hədiyyə veriləcək.

Əlaqə telefonumuz: 5970879; 5970986
childlibbaku@yahoo.com





Arxiv (2010-ci il)

Arxiv (2011-ci il)

Arxiv (2011-ci il)