F.Köçərli adına Respublika Uşaq Kitabxanası “İki əsr davam edən soyqırım” adlı kitabxana plakatı müsabiqəsi keçirir.
Keçiriləcək müsabiqənin şərtləri belədir:
Plakatda soyqırıma həsr olunmuş kitabların üz qabıqları boya və yaxud rəngli karandaşlarla işlənməli, kitabların annotasiyası və ya kitabdan maraqlı sitatlar verilməklə plakata ad qoyulmalıdır. Mövzuya uyğun tapılmış kitablar haqqında kartoteka plakatın cibliyində yerləşməlidir. Plakatın arxa tərəfində - iştirakçı sinif, məktəbin nömrəsi göstərilməlidir. Plakat müsabiqəsində iştirak etmək istəyənlər mütləq kitabxana ilə əlaqə saxlamalıdır.
Müsabiqənin yekun tarixi - 20 mart 2014-cü il
Hazırlanmış plakatlar kitabxananın kütləvi işlər şöbəsinə təhvil verilməlidir.
Müsabiqədə iştirak etməyə tələsin!!!Qaliblərə diplom və hədiyyə veriləcək.

Əlaqə telefonumuz: 5970879; 5970986
childlibbaku@yahoo.com








Arxiv (2010-ci il)

Arxiv (2011-ci il)

Arxiv (2011-ci il)