"Heydər Əliyev və uşaqlar"

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibəti ilə


Ön söz

Kitabxanaçılara təqdim etdiyimiz metodik vəsait  gənclərimizə nümunə olacaq milli öndərmizin adının əbədiləşdirilməsinə bir töhfədir.
H.Əliyev elə bir şəxsiyyət və lider olmuşdur ki, onun irsinin öyrənilməsi və təbliği ümumdövlət, ümumxalq işidir və bunun üçün elmi tədqiqat institutlarına və xüsusi akademiyaya ehtiyac var. Yüksək milli-əxlaq nümunəsi olan ümummilli liderimiz Heydər Əliyevin fenomenal irsi və mənalı həyat yolunun fəal təbliği bu gün xüsusi əhəmiyyət kəsb edir. Gənc nəsli, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə müraciət etməliyik və bu dahi insanın həyatının əbədi milli örnək kimi uşaq və yeniyetmələr arasında geniş təbliğ olunmasına çalışmalıyıq.

“Heydər Əliyev və uşaqlar” vəsaitinin hazırlanmasında əsas məqsəd gənc nəsli H.Əliyev irsi ruhunda tərbiyə etmək, onları milli təlim-tərbiyəyə stimullaşdirmaq, milli dцvlət quruculuğuna cəlb etməkdir.

İl ərzində bütün mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Yaxşı olar ki, hər bir kitabxanaçı vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə etməklə  ulu öndərimizin şanlı həyat yolunu öz oxucularına tanıtsın.
Metodik vəsait iki bölmədən ibarətdir:

I Böımə:

“H.Əliyev və uşaqlar” »
H.Əliyevin həyat salnaməsindən səhifələr »
Şəkillər »

II Bölmə:

“H.Əliyev -85” kitabxanada keçiriləcək yubiley tədbirləri »
Ssenari "Sən elə bir zirvəsən..." »
Əlavə 1-7: H.Əliyevin uşaq və gənclərlə bağlı keçirilən tədbirlərdəki çıxışları »
Əlavə 8: H.Əliyev haqqında tanınmış insanların dedikləri fikirlər »
Əlavə 9: H.Əliyevin müdrik kəlamları »
Əlavə 10: H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fərman »

II bölmədə verilmiş tədbir formaları yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində  xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Metodik vəsaitdən uşaq, məktəb, gimnaziya, lisey, kollec, kütləvi və s. kitabxanaların kitabxanaçıları istifadə edə bilər.

Tərtib edəni: Zahirə Dadaşova
Redaktoru: Fizurə Quliyeva


<< Bütün metodik vəsaitlər