Kiçik yaşlı uşaqlar üçün     Böyük yaşlı uşaqlar üçün

Kiçik yaşlı uşaqlar üçün

Can Azərbaycan / tərt.ed. : F. Ləman. – B.: Altun kitab, 2006. - 252 s.
Bu kitab sizə qəriblikdə həmdəm, sirdaş olacaq. Gözəl Vətənimizin əvəzsiz hüsnünə həsr edilmiş şeirlər hər zaman sizi öz qoynuna pərvazlandıracaq. Kitabda eyni zamanda ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş şeirlər də verilmişdir.

Göyçək Fatma / rəs. Ş. Rüstəmova. – B.: Altun kitab, 2006. - 11 s.
Bu kitabda Göyçək Fatmanın nağılı verilmişdir.

Heyvanlar aləminin ensiklopediyası: 2 cilddə. II kitab: meşə, dağ, çöl-səhra, dəniz-çay, ev heyvanları / red. Ə. Ələkbər qızı. – B.: Maarif, 2006. - 64 s.
"Heyvanlar aləminin ensiklopediyası" adlı bu kitab uşaqlar üçün çox faydalıdır. Kitabda müxtəlif heyvanlar haqqında məlumatlar, rəngli şəkillər və s. vardır.

Kiplinq R. Mauqli / red. Z. Əliyeva. – B.: Altun kitab, 2006. - 112 s.
Bu kitabda R. Kiplinqin məşhur "Mauqli" əsəri verilmişdir. Kitab Mustafa Əfəndiyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Qocayev Ə. Bayramlar və tarixi günlər / red. : R. İsmayılov. – B.: Altun kitab, 2006. - 152 s.
Kitabda Azərbaycanda qeyd olunan milli və beynəlxalq bayramlar, həmçinin tarixi günlər haqqında söz açılır.

Meymunlar ölkəsi / tərc.ed. R. Yusifoğlu. – B.: Göyərçinin kitabxanası, 2006. - 18 s.
Bu kitaba Dünya xalqlarının nağılları toplanmışdır.

Məmmədova R. Güllü kəpənəkli bağ / red. A.İsabəyli. – B.: Şirvannəşr, 2006. - 64 s.
Bu kitaba R. Məmmədovanın uşaqlar üçün yazdığı şeirlər və hekayələr daxil edilmişdir.

Mənim ilk sözlərim / red.: V.F. Mustafayev. - B.: ANS-Press, 2006. - 44 s.
"Mənim ilk sözlərim" adlı kitabda uşaqlar üçün təhsilə həvəs yaradan maraqlı şəkillər, 500-dək lazımlı söz, əlifba, say və s. toplanmışdır.

Nağıllar: Azərbaycan xalq nağılları / red.: V.F. Mustafayev. – B.: ANS-Press, 2006. - 55 s.
Bu kitabda azyaşlı uşaqlar üçün Azərbaycan xalq ədəbiyyatının maraqlı nağılları "Cırtdan", "Cik-Cik xanım", "Tülkü və Hacıleylək" verilmişdır.

Nağıllar : Azərbaycan xalq ədəbiyyatı / red.: V.F. Mustafayev. - B.: ANS-Press, 2006. - 63 s.
Bu "Nağillar" kitabında azyaşlı uşaqlar üçün çox maraqlı "Tiq-Tiq xanım", "Qoğal", "Şəngül, Şüngül, Məngül" nağılları toplanmışdır.

Sehrli üzük / red. N. İsmayıl. – B.: Maarif, 2006. - 86 s.
Bu kitabçada maraqlı nağıllar, rəvayətlər, tapmacalar, atalar sözləri və məsəllər, şeirlər, təmsillər, öcəşmələr, lətifələr və s. toplanmışdır.

Şirin M.R. Zəngli saatın qumrusu / tərc.ed.: Ə. Səmədli. – B.: Şirvannəşr, 2006. - 60 s.
M.R. Şirinin uşaqlar üçün yazdığı bu kitabda bir-birindən maraqlı nəsr əsərləri və şeirlər toplanmışdır.

Yusifoğlu R. Yollar / rəs.: İlqar, Afər. – B.: Göyərçinin kitabxanası, 2006. - 27 s.
Bu kitabda şairin uşaqlar üçün yazdığı yollar, yol nişanları və yol hərəkəti qaydaları haqqında müxtəlif şeirləri toplanmışdır.


Böyük yaşlı uşaqlar üçün


Aşıq şeiri / tərt.ed. M. Qasımlı. – B.: Altun kitab, 2006. - 112 s.
Bu kitaba XVI əsrin əvvəllərindən 1991-ci ilədək aşıq yaradıcılığı nümunələri daxil edilmişdir.

Aydın A. Ziya Göyalp /red. R. Təhməzoğlu. – B.: MBM , 2006. - 63 s.
Kitabda böyük millətçi, görkəmli mütəfəkkir filosof, şair, ictimai xadim Ziya Göyalpın həyat yolundan söhbət açılır, şerlərindən nümunələr verilir.

Bayramov A. Səməd Vurğun: Milli və ümumbəşəri / red.: C. Abdullayev. – B.: Səda, 2006. - 316 s.
Kitabda ilk dəfə olaraq Səməd Vurğun yaradıcılığında millilik və ümumbəşərilik mövzusu sistemli şəkildə və çağdaş tələblər baxımından öyrənilir. Şairin müəyyən səbəblərdən çap olunmamış əsərləri araşdırılır. Kitab ədəbiyyatşünaslar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

Bəhmənli V.Seçilmiş poetik əsərləri: 3 cilddə. I cild / red. U. Rəhimoğlu. – B.: Avrasiya Press, 2006. - 416 s.
Bədii obrazlar və qeyri-ahəngdar duyğular şairi Vaqif Bəhmənlinin seçilmiş şeirlər və poemalardan ibarət üç cildliyin birinci cildində müxtəlif şeirləri, iki poeması və dostluq şarjları toplanmışdır . Kitaba şairin məşhur "Qırxıncı otaq" əsəri də daxil edilmişdir.

Bəhmənli V. Seçilmiş poetik əsərləri: 3 cilddə. II cild / red. U. Rəhimoğlu. – B.: Avrasiya Press, 2006. - 424 s.
Milli poeziyanın öncüllərindən olan şair-publisist Vaqif Bəhmənlinin üçcildliyinin ikinci cildinə ədibin şeirləri, poetik silsilələri və poemaları daxil edilmişdir. Bənzərsiz üslub, doğmalıq və səmimiyyət, lakonizm, ifadəlilik, estetik tamlıq bu əsərlərin başlıca üstünlüyüdür.

Bəhmənli V. Seçilmiş poetik əsərləri: 3cilddə. III cild / red. U. Rəhimoğlu. – B.: Avrasiya Press, 2006. - 432 s.
Kitaba şairin yaradıcılığından seçmələr daxil edilmişdir. Əvvəlki cildlərdə olduğu kimi bu cilddə də şairin kitablarında, mətbuatda dərc olunmuş, populyarlıq qazanmış əsərlərilə yanaşı ilk dəfə işıq üzü görən çoxsaylı yazıları da yer almışdır.

Bürclər taleyimizdən xəbər verir / tərt.ed. : R. Qurbanov. – B.: Ləman , 2006. - 176 s.
“Bürclər taleyimizdən xəbər verir” adlı bu kitabda ulduz falından, məhəbbət qoroskopundan, çin və kriminal qoroskopundan bəhs edilir.

Çəmənli M. Xallı gürzə : Tarixi roman / red.: G. Ələkbərqızı. - B.: Vektor, 2006. - 360 s.
Kitabda müəllif Azərbaycan tarixində parlaq iz qoymuş görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənah xanın zəmanəyə diz çökməyən obrazını yaratmışdr.


Dadaşov A. Rejissor Arif Babayev / red. İ. Qazızadə. – B.: Nağıl evi, 2006. – 186 s.
Kitab tanınmış kinorejissor Arif Babayevin həyat və fəaliyyətindən bəhs edir. Bəzi aktyor və rejissorların A.Babayev haqqında xatirələri əks olunmuşdur. Kitab əsasən, mütəxəssislərə və sənətsevərlərə ünvanlanmışdır.

Əfəndiyeva R. Vətəndir Arifin səsi / red. R. Şahmarqızı. – B.: Nurlan, 2006. - 192 s.
Rüzgar Əfəndiyevanın bu kitabında Respublikanın Xalq artisti Arif Babayevin muğam sənətində özünəməxsus yaradıcılığından bəhs edilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Əli H. Uşaqlıq hekayələri: Şeirlər və hekayələr. – B.: Vektor, 2006. - 82 s.
Bu kitabda maraqlı şeirlərlə yanaşı, "Uşaqlıq həkayələrim" adlı ilk iri həcmli nəsr əsərinin baş qəhrəmanı Varisin uşaqlıq illərinə aid parçalar verilmişdir.

Əlibəyov C. Özümü axtarıram. Qızıl at və torpaq : Povest və roman / red. Z. Cavanşir. – B.: Elm və həyat, 2006. - 440 s.
Cəmil Adil oğlu Əlibəyovun kitabda toplanmış "Özümü axtarıram" povesti, "Qızıl at və torpaq" romanı müəllifin bütün yaradıcılığı boyu sədaqətli olduğu əxlaq-mənəviyyat mövzusuna həsr olunmuşdur.

General Arif Heydərov – B.: Əbilov, Zeynalov və oğulları nəşriyyatı, 2006. - 232 s.
Kitab Azərbaycanın görkəmli dövlət xadimi, məharətli çekist, 1970-1978-ci illərdə AR Daxili İşlər Naziri işləmiş general-leytenant Arif Heydərovun 70 illik yubileyinə ithaf olunub. Tarixi şəxsiyyət olan A.Heydərovun maraqlı həyat tarixçəsi , haqqında xatirələr toplanmış bu kitab bütün oxucular üçün maraqlıdır.

Hamsun K. Viktoriya : Roman / tərc.ed. N. Qocabəyli. – B.: Çinar-çap, 2006. - 183 s.
Oxuculara Azərbaycan dilində ilk dəfə təqdim olunan "Viktoriya" lirik romanı yeni dövr dünya ədəbiyyatında məhəbbət mövzusuna həsr olunmuş ən dəyərli əsərlərdəndir.

Hüseynov R. Qərbi Azərbaycan Mühacir höküməti: İdeyadan gerçəkliyə / red. A. Qaradərəli. – B.: Şirvannəşr, 2006. - 120 s.
Kitabda Qərbi Azərbaycan mühacir hökumətinin tarixi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, həmçinin Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar haqqında məlumat daxil edilmişdir.

Hüseynova T. Pərviz Müşərrəfin dövründə Pakistanın daxili və xarici siyasəti / red. X. Hacıyeva. – B.: Şirvannəşr, 2006. - 120 s.
Kitabda Pakistan İslam Respublikasının bu gün dünya dövlətləri və ictimaiyyəti tərəfindən təqdir olunan prezident Pərviz Müşərrəfin apardığı daxili və xarici siyasət araşdırılır.Əsərdə Azərbaycan-Pakistan münasibətlərinə də xeyli yer verilmişdir.

Xələfov A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi /red. K. İ.Aslan. – B.: Azərnəşr, 2006. - 312 s.
Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edilir.

Xələfov A. XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri: Mülahizələr, təkliflər və proqnozlar / red. K. İ. Aslan. – B.: 2006. - 106 s.
Əsərdə XXI əsrin əvvələrində Azərbaycanda informasiya cəmiyyətinin formalaşması tələblərinə müfaviq olaraq kitabxana işinin yeniləşməsinin strateji istiqamətlərini özündə əks etdirən bir sıra mühüm müddəalar irəli sürülmüşdür.

Xoşməramlı səfir: II kitab / tərt.ed. A.Qasımov. – B.: Şəms, 2006. - 208 s.
Kitabda YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan elminin, təhsilnin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı məqalələr toplanmışdır.


Xoşməramlı səfir: III kitab / red. A.Naxçıvanlı. – B.: Şəms, 2006. - 192 s.
Kitabda YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti , millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyətilə bağlı məqalələr toplanmışdır.

Xuraman. Könlüm Qarabağdadı /red. H. Musabəyli. – B.: Nərgiz nəşriyyatı, 2006. - 292 s.
Kitabda Xuramanın povest və hekayələri, mənsur şerləri toplanmışdır. Kitab Nakam Elçinin əziz xatirəsinə ithaf edilmişdir.

İsabəyli Q. Bir qarıyla bir qoca dingilim-fis oynar gecə : Hekayələr – B.: Şirvannəşr, 2006. - 40 s.
"Bir qarıyla bir qoca dingilim-fis oynar gecə" adlı kitabında Qəşəm İsabəylinin bir neçə maraqlı hekayəsi verilmişdir.

İsabəyli Q. Bir qəlbin məhəbbət etirafları /red. A. İsabəyli – B.: Şirvannəşr, 2006. - 52 s.
Bu kitabda müəllifin "Bir qəlbin məhəbbət etirafları" adı altında hekayələri toplanmışdır.

İsabəyli Q. Samur at minir : Yumor /red. A. İsabəyli. – B.: Şirvannəşr, 2006. - 40 s.
"Samur at minir" adlı kitabında Qəşəm İsabəylinin müəllifi olduğu bir neçə yumor verilmişdir.

İsaoğlu V. Ömürdən səhifələr /red. : E. Cəfərli. – B.: Araz Kursları, 2006. - 232 s.
Oxuculara təqdim olunan "Ömürdən səhifələr"də Tovuz elinin ağsaqqalı, əmək və müharibə veteranı Mayıl İsmayıl oğlu Cəfərovun ömür yoluna nəzər salınmış, onun quruculuq işlərindən, xeyirxah əməllərindən söz açılmış, yaxınlarının, doğmalarının ürək sözlərinə, xatirələrinə yer verilmiş, eləcə də kitaba ailə albomundan şəkillər daxil edilmişdir.

İsmayılzadə İ. Gözləyin, dünyaya qayıtmağım var... : Şerlərindən seçmələr: Poemalar: Povest /tərt.ed. N. Əbdülrəhmanlı. – B.: Altun kitab, 2006. - 520 s.
Kitabda görkəmli Azərbaycan şairi, publisisti, bənzərsiz redaktor, gözəl insan İsa Mustafa oğlu İsmayılzadənin yaradıcılığından seçmələr, özü və əsərləri haqqında yazılar toplanmışdır.

XXI əsr Azərbaycan ziyalıları / red. E. İsgəndərzadə. – B.: Vektor, 2006. - 188 s.
Kitabda XXI əsr Azərbaycan ziyalıları haqqında bioqrafik məlumatlar toplanmışdır.

Kəsəmənli N. Heyf o sevgiyə...: Şeirlər. – B.: Maarif, 2006. - 194 s.
N.Kəsəmənlinin Sizə təqdim olunan bu kitabında lirik şerlərdən başqa son illərin ictimai-siyasi hadisələrinə həsr olunmuş "Xocalı", "20 Yanvar", "Cıdır düzü", "İsa bulağı" kimi əsərləri də daxil edilmişdir.

Kolho P. Kimyagər / red. Xanəmir. – B.: Çinar-çap, 2006. - 124 s.
Paola Kolho çağdaş dünyamızın ən məşhur yazıçısıdır. "Kimyagər" Riçard Baxın "İllüziya", "Conatanın qağayısına" bənzəmir, Ekzüperinin "Balaca şahzadə"sinə isə heç oxşamır. "Kimyagər" çağdaş əsərdir. "Kimyagər" bu güclü dünyanın 117 ölkəsinin sadə insanlarının sevimli kitabıdır. Bu, insanın öz talehinin ardınca getmək əsl yeganə vəzifəsidir.

Qaraosmanoğlu Q.Y. Yad adam : Roman / red.: T. Hacıyev, R. Özyürək.- B.: Nurlan, 2006. - 202 s.
Əsərdə XX əsrin əvvəllərində Türkiyədə cərəyan edən hadisələr, Qurtuluş Müharibəsi, böyük Türk xalqının atası, ulu öndəri Mustafa Kamal Paşa Atatürkün mübarizə yolu, Orta Anadoludakı kəndli həyatı və düşüncə səviyyəsi bir intellektual zabitin dili ilə təsvir edilmişdir.

Qaray R.X. Qürbət hekayələri / red.: T. Haciyev, R. Özyürək. – B.: Nurlan, 2006. - 82 s.
Rəfiq Xalid Qarayın " Qurbət hekayələri" turk ədəbiyyatının önəmli əsərlərindəndir.

Qaray R.X. Məmləkət hekayələri / red.: T. Haciyev, R. Özyürək. – B.: Nurlan, 2006. - 169 s.
Bu kitabda müəllifin "Zarafat", "Övliya", "Hücum", "Ayşənin taleyi" və s. hekayələri toplanmışdır.

Qurbanov A.Ümumi dilçilik: 2 cilddə. I cild / red.: K. Abdullayev, E. Əzizov. – B.: Nurlan, 2006. - 748 s.
Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydınlaşdırılır.

Qurbanov B. Fortepiano müşaiyətli saz əsərləri / M. Süleymanlı. – B.: Şirvannəşr, 2006. - 139 s.
Kitaba fortepiano müşaiyəti ilə ifa olunan saz əsərləri daxil edilmişdir.

1001 sual, 1001 cavab, 1001 məlumat : Bunları bilmək maraqlıdır / red. İ. Nərimanoğlu. – B.: Maarif, 2006. - 92 s.
Bu kitabda tərtibçi Adil Qüdrətoğlu illərdən bəri ayrı-ayrı sahələr üzrə, maraqlı faktlar əsasında materialları toplayaraq sual-cavab şəklində vermişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Nağıyeva Ş. Adi və qeyri-adi Amerika : Okeanın o tayındakı həyat tərzinə azərbaycanlı baxışı / M. Həsənov. – B.: Çinar-çap, 2006. - 171 s.
Bu kitabda Amerika həyatının müxtəlif sahələri barədə söhbət açılır. Dövlətin siyasi əsasları, eləcə də bütün prezidentlərin həyatı haqqında yığcam məlumat verilir.

Nuri G.R. Yarpaq tökümü /red.: T. Haciyev, R. Özyürək. – B.: Nurlan, 2006. – 130 s.
Müəllifin bu kitabda verilmiş və mövzusu real həyatdan götürülmüş "Yarpaq tökümü" əsəri azərbaycanlı oxucular üçün gərəkli olacaq.

Rabil H. Türkədi:Məmmədlilər nəsli / rеd. A. İsabəyli. – B.: Şirvannəşr, 2006. - 78 s.
Kitabda Sabirabad rayonunun Türkədi kəndi və bu kəndin böyük bir nəsli haqqında söhbət açılır.

Rəhmanzadə F. Bədəlbəylilər – B.: Nurlan, 2006. - 244 s.
Kitab Azərbaycan maarifinin, mədəniyyətinin, elm və musiqi sənəti tarixinin mücahidləri olan Bədəlbəyli nəslinin ən önəmli nümayəndələrindən söhbət açır.

Rza X. Lefortovo zindanında / red. Ə. Əsgərli. – B.: Çinar-çap, 2006. - 481 s.
Əsər elmi-tarixi memuar janrında yazılmışdır. Kitabda istiqlal şairi, milli azadlıq mücahidi X.R.Ulutürkün azadlıq mübarizəsindəki iştirakının bəzi səhifələri və Lefortovo zindanındakı həyatının mühüm tarixçəsi əks olunmuşdur. Əsər gənclərimizin hərbi vətənpərvərlik və dövlətçilik tərbiyəsi, vətənə xalqa, torpağa əqidəcə bağlanmaq sahəsində qiymətli salnamədir.


Səfiyeva F. Bəxtiyar Vahabzadənin dramaturgiyası /red. C. Abdullayev. – B.: Nurlan, 2006. - 144 s.
Kitab ən yeni dövr Azərbaycan ədəbiyyatının böyük şairi, görkəmli alimi, tanınmış pedaqoqu və ictimai-siyasi xadimi, xalq şairi Bəxtiyar Vahabzadənin dramaturji yaradıcılığının tədqiqinə həsr olunmuşdur.

Səmədli G. Gəl məni özünə öyrətmə belə / red. : V. Xramçaylı. – B.: Araz, 2006. - 140 s.
Bu kitabda Gülxas Səmədlinin şeirləri toplanmışdır.

Səmimi S. Sağalmayan xəstəliklərin xalq təbabətində şəfası: Xərçəng xəstəliyinə qarşı xalq təbabəti / red. Y. Axundova. – B. : Maarif, 2006. - 108 s.
Bu kitabda sağalmayan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunan xalq tababətindən bəhs olunur. Kitabda nəinki öz xalqımızın, o cümlədən, müxtəlif xalqların təcrübələrindən və türkəçarələrindən istifadə edib dəyərli məlumatlar toplanmışdır.


Sirli kainatlı dünyamız – B.: Şirvannəşr, 2006. - 552 s.
Bu kitabda son dərəcə maraqlı hadisələr, nadir canlı və cansız fərdlər haqqında materiallar toplanmış, uzaq məsafədən insanların bir-birini duyması və fikir mübadiləsi, uzunömürlülük, öldürüb - diriltmək, fikir oxumaq, gələcəkdən xəbər vermək, yad planetlərlə görüş, yüksək enerjili şəxslərin öz enerjiləri ilə böyük qüvvəyə malik qurğuları işə salıb dayandırmaq hərəkətləri və s. öz əksini tapmışdır.

Sözün sehri : Şeirlər. / tərt.ed. E. İsrafiloğlu. – B.: Altun kitab, 2006. - 148 s.
Almanaxda günümüzü-güzəranımızı əks etdirən, dövrün aktual problemlərindən bəhs edən şeirlər və hekayələr toplanmışdır.

Təmiz Ə. Həzrəti Osman /red. : R. İsmayılov. – B.: Altun kitab, 2006. - 136 s.
Bu kitabda Həzrəti Osmanın həyatından, ailəsindən, onun xəlifə seçilməsindən, bəzi hikmətli sözlərindən, xəlifəyə qarşı olan üsyanlardan və s. bəhs edilir.

Təmiz Ə. Həzrəti Ömər /red. : R. İsmayılov. – B.: Altun kitab, 2006. - 208 s.
Kitabda Həzrəti Ömərin həyatından, xəlifəlik illərindən, onun ədaləti və idarəçiliyindən bəhs edilir. Həmçinin həyatında baş vermiş ibrətli səhnələrdən danışılır.

Ulduz falları / red. T. Məmmədov. – B.: Maarif, 2006. - 120 s.
Kitabda müxtəlif ulduz falları, bürclər, illər haqqında məlumatlar və s. verilmişdir.

Yaddaşın boy çiçəyi : Unudulmaz xalq yazıçısı İlyas Əfəndiyev xatirələrdə / red. R. Vəliyev. – B.: Qərənfil, 2006. - 452 s.
XX əsr Azərbaycan ədəbiyyatının, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi, Azərbaycan teatrının korifeylərindən biri, Xalq Yazıçısı İlyas Əfəndiyevin 90 illik yubileyinə həsr olunan bu kitabda unudulmaz sənətkar haddında onun qələm və sənət dostlarının, oxucu və tamaşaçılarının, yaxın və doğmalarının xatirələri toplanmışdır.

Yeqorova L. Fortepianoda çalmaq üçün ibtidai tədris vəsaiti – B.: Şirvannəşr, 2006. - 152 s.
Bu kitaba dahi bəstəkarımız Ü.Hacıbəyovun rəhbərliyi ilə fortepiano üçün seçilmiş əsərlər daxil edilmişdir.


Китабхана щаггында