Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

İstifadə qaydaları

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olmaqla dövlət mədəniyyət sisteminə və dövlət mülkiyyətinə daxil olan mədəniyyət təsisatıdır.

F.Köçərli adına Respublika Uşaq kitabxanası təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq hüquqi şəxslərin, habelə təhsil səviyyəsi, ixtisas, dinə münasibətdə məhdudiyyətlər qoyulmadan vətəndaşların və bütün əhalinin onun fondundan və xidmətlərindən istifadə etmələrinə imkan verir.

F.Köçərli adına Respublika Uşaq kitabxanası fondlarından istifadə qaydası, istifadəçilərlə münasibətlərin hüquqi forması, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanununa, kitabxananın əsasnaməsinə və kitabxananın direktoru tərəfindən “Kitabxanadan istifadə qaydaları”na müvafiq olaraq müəyyən edilir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasından bütün uşaqlar, valideynlər, metodistlər, müəllimlər, uşaq mütailəsi ilə məşğul olan hər bir şəxs (Azərbaycan və xarici ölkə vətəndaşları) istifadə edə bilər və ondan istifadə pulsuzdur. Oxucular kitabxanaya valideynlərinin şəxsiyyət vəsiqəsi və  ya doğum haqqında şəhadətnamə ilə yazıla bilərlər. Kitabxanaçı yeni oxucunu kitabxanadan istifadə qaydaları ilə məlumatlandırır. Abonementdən oxumaq üçün 10 gün müddətinə kitab verilir. Həmin müddətdən sonra kitablar yenidən kitabxanaya gətirilərək vaxtı uzadıla və ya yenisi ilə əvəz oluna bilər. Kitabları bildirilən vaxtdan gec qaytaran oxucu ilk dəfə xəbərdarlıq alır, növbəti dəfə kitab gecikdirilərsə iki ay müddətinə kitabxanadan istifadə hüququnu itirir.Oxu zalından bütün oxucular istifadə edə bilər. Oxucu itirdiyi və ya yararsız hala saldığı hər bir kitabın dəyərinin 10 qatı müqabilində cərimə olunur və ya həmin kitablar mövzu baxımından (elmi, bədii və s.) uyğun olmaqla, alınıb kitabxanaya verilir.

Kitabxanadan istifadə üçün götürülən ədəbiyyatı cıran və korlayan şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Kitabxananın kompyuterlərində yaddaş kartı (fləş kart) və disklərdən istifadə qadağandır.

Respublika Uşaq Kitabxanasına gələn hər bir oxucu geyiminə fikir verməli, gigiyena qaydalarına əməl etməlidir.

“F.Köçərli adına Respublika Uşaq Kitabxanasından istifadə Qaydaları”na əməl etməyən, kitabxananın daxili nizam-intizam qaydalarına tabe olmayan (mobil telefonla danışan, başqalarına mane olan, səs-küy salan, kitabxanaya maddi ziyan vuran və s.) oxucular kitabxanadan uzaqlaşdırılır, oxucu hüququndan məhrum edilir.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79