Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Türk dünyasının nağıl bağı” adlı kitabda yer alan, əsrarəngiz rəsmləri çəkən uşaqları mükafatlandırdı.

29-12-2017 10:14

26 dekabr 2017-ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının, TÜRKSOY ilə birgə layihəsi əsasında nəşr olunan “Türk dünyasının nağıl bağı” adlı kitabda yer alan, əsrarəngiz rəsmləri çəkən uşaqları mükafatlandırdı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Ş.Qəmbərova açdı. O, uşaqları çəkdikləri rəsmlərə görə təbrik edib, gələcək uğurlarının davamlı olmasını və bu işdə daim onları dəstəkləməyə hazır olduqlarını xüsusi ilə qeyd etdi. Sonra, Azərbaycan Xalça Muzeyində baş tutan “Türk dünyasının nağıl bağı” kitabının təqdimatı və kitabda yer alan rəsm əsərlərini nümayiş olunduğu tədbirin videoçarxı izlənildi. Kitabxananın Elmi İşlər Üzrə direktor müavini Z.Dadaşova da, öz növbəsində rəssam uşaqları uğurlu rəsm əsərlərinə görə təbrik edib, onlara öz minnətdarlığını bildirərək, Azərbaycanın belə istedadlı uşaqları olduğu üçün qürur hissi keçirdiyini söylədi. Sonda, uşaqlara diplom, hədiyyələr və “Türk dünyasının nağıl bağı” kitabı təqdim edildi.



146 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79