Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

XəbərlərElanlarElektron Məlumat BazasıGöy Qurşağı jurnalı

“Yeni ildə nağıllar arzuları çin etsin” adlı ədəbi bədii kompozisiya keçirildi.

31-12-2016 06:24

30.12.2016-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Binəqədi rayonundakı 244 saylı məktəbin 3e sinifi  ilə birlikdə kitabxananın oxu zalında 31 dekabr- "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni ilin" gəlişi münasibəti ilə “Yeni ildə nağıllar arzuları çin etsin” ədəbi bədii kompozisiyası təşkil etmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru  Şəhla Qəmbərova açaraq şagirdləri yeni il münasibətillə təbrik etdi, onlara uğurlar arzuladı.Tədbirdə həmrəylik günü ilə bağlı şeirlər, mahnılar səsləndirildi. Uşaqların iştirakı ilə üç rəngli bayrağın meydana qeyri adi tərtibatda gəlişi iştirakçıların marağına səbəb oldu. Kompozisiyada yeni ilin simvolları sayılan Qar qız, Şaxta baba, Qar adam uşaqların ifasında məharətlə canlandırıldı. Nağıl qəhrəmanları- Küpəgirən qarı, Cırtdan, tülkü, dələ, tufan, külək, qarğa uşaqlarla birgə yallı getdilər. Daha sonra meymun ili Yeni ili xoruz ilinə təhvil verdi. Tədbirin sonunda xidmət şöbəsinin əməkdaşı məktəbin müəlliməsi ilə birgə bir daha iştirakçıları və şagirdləri həmrəy olmağa səslədi və yeni ilin onlar üçün sülh ili olmasını arzu etdilər. Tədbir mahnı sədaları və rəqslə sona çatdı.



152 Baxış sayı

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası

Əlaqə telefonu: (012) 597-08-79