Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115

XX əsr Azərbaycan humanitar-intellektual, ədəbi-filoloji düşüncəsinin görkəmli nümayəndəsi Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində, yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Şimali Azərbaycana - Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda, 1918-ci ildə atası vəfat etmiş, o, böyük qardaşının himayəsində yaşayıb.