Saza və sözə ömür verən ustad Aşıq Ələsgər – 205

Aşıq Ələsgər Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri, qüdrətli sənətkar və şairdir. O, 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Ələsgər ömrünün böyük hissəsini Göyçə mahalında keçirmiş, burada zəngin aşıq mühitinin formalaşmasında mühüm rol oynamışdır.

Aşıq Ələsgər sənətə gənc yaşlarından maraq göstərmiş və dövrünün tanınmış aşıqlarından biri olan Aşıq Alının yanında şagirdlik etmişdir. O, ustadının sənət ənənələrini mənimsəməklə yanaşı, sonralar özünəməxsus yaradıcılıq üslubu formalaşdırmışdır. Aşıq Ələsgər həm saz ifaçısı, həm də güclü söz ustası kimi şöhrət qazanmış, Azərbaycan aşıq poeziyasının inkişafına böyük təsir göstərmişdir.