İstiqlal və istiqbal yolçusu

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan M.Ə.Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilmiş məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz!” sözləri böyük Məhəmməd Əminə aiddir.