Abdulla Şaiq - 145
Abdulla Şaiq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi-pedaqoq, şair, nasir və dramaturqdur. O, 24 fevral 1881-ci ildə Tiflis şəhərində anadan olmuş, 24 iyul 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. O, XX əsr Azərbaycan ədəbiyyatında xüsusilə uşaq ədəbiyyatının formalaşması və inkişafı istiqamətində sistemli və məqsədyönlü fəaliyyəti ilə seçilir.