Qələmin səsi, Qəlbin nəğməsi: Bəxtiyar Vahabzadə - 100

Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, xalqın dərdini, sevincini və milli ruhunu poeziyada əks etdirən qüdrətli söz ustası Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olmuşdur. Uşaqlıq illərindən etibarən ədəbiyyata böyük maraq göstərmiş və bu maraq onu Azərbaycan poeziyasının aparıcı simalarından birinə çevirmişdir. O, 1942-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş, müharibə səbəbindən təhsilinə bir müddət ara versə də, sonradan universiteti müvəffəqiyyətlə başa vurmuşdur. Təhsilini tamamladıqdan sonra uzun illər elmi və pedaqoji fəaliyyətlə məşğul olan Bəxtiyar Vahabzadə professor elmi dərəcəsinə qədər yüksəlmiş, Bakı Dövlət Universitetində dərs demişdir. Onun elmə və ədəbiyyata verdiyi töhfələr həm klassik Azərbaycan ədəbiyyatının tədqiqi, həm də yeni dövr poeziyasının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 1990-cı illərdə müstəqil Azərbaycanın siyasi və ictimai həyatında da fəal iştirak edən Bəxtiyar Vahabzadə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Onun çıxışları və mövqeyi hər zaman millətin mənəvi dirçəlişinə xidmət etmişdir.