Söz və duyğu şairi - Nəriman Həsənzadə - 95

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Əliməmməd oğlu Hə-sənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. 1 yaşında atasını, 23 yaşında isə anasını itirən gənc Nəriman ibtidai və orta təhsilini öz rayonunda almış, 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında xidmətdə olmuşdur. 1961-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikiillik Ali Ədəbiyyat Kurslarında da oxumuşdur.