1 Aprel

Ümumdünya Gülüş Günü, (1564)

Hər il aprel ayının 1-də Avropada və bir çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunur.  Həmin günü Böyük Britaniyada “Səfehlər günü”, Fransada isə “Aprel balığı günü” adlandırırlar. Gəlin əvvəla bu günün tarixçəsinə bir nəzər salaq. Bəzi mənbələrə görə 1 aprel zarafatının yaranması belə olub: Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə Fransada təşəkkül tapıb. 1564-cü ildə Fransa Kralı IX Çarles, il başlanğıcının yanvar ayının birinci günü olması barədə qərar verib. Amma bundan əvvəl də Fransada yeni ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmayıb. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Digərləri onları “aprel axmaqları” adlandırıblar. 1 aprelə isə “bütün axmaqların günü” adını veriblər. Uzun illər sonra yanvarın ilk ay olmasına öyrəşiblər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur. Başqa rəvayətə görə, qədim Romada 17 fevralı “Avamlar bayramı kimi” keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə görə, belə qeyri-adi ənənəyə təbiətin özü səbəb olub. Havanın yaz şıltaqlıqlarını əhali gülüş və zarafatlarla qarşılamaq məqsədilə bu günü özlərinə xoş ovqat yaratmaq üçün seçib. Azərbaycanda isə bu gün daha çox insanların bir-birlərini aldatması ilə müşayiət olunur. Hətta həmin gün televiziya kanallarında gedən bəzi xəbərlər, dövri nəşrlərdə dərc olunan informasiyalar da yanlış olur. Özü də bundan heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i aldanmasın. 

 

Beynəlxalq Quşlar Günü, (1894)

Hər il bütün planet Beynəlxalq Quşlar Gününü (International Bird Day) – beynəlxalq ekoloji bayram kimi qeyd edir. Bu bayram 1894-cü ildə ABŞ-da meydana gəlmişdir. Kütləvi informasiya vasitələrinin sayəsində populyarlıq qazanan bayram tezliklə bütün ştatlarda qeyd edilməyə başlanıb, sonradan Avropaya keçib. İndi isə YUNESKO-nun “İnsan və biosfer” bioloji proqramı çərçivəsində  dünyanın bir çox ölkələrində qeyd olunur. 

   Hər ilin bu günü təbiətsevərlər quşlar üçün yuvalar düzəldir, suda yaşayan quşların məskunlaşdığı yerləri yaxşılaşdırır və s. tədbirlər görürlər. Quşlarla bağlı daha bir məşhur bayram  may ayının ikinci bazar günü keçirilən Ümumdünya Miqrasiya Edən Quşlar Günüdür. 

 

Yazıçı, şair Azər Abdullanın 85 illiyi,  (1940)

Əhmədov Azər Abdulla oğlu (Azər Abdulla) — şair, nasir, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1977), filologiya elmləri namizədi (1986).

Azər Abdulla 1940-cı il aprel ayının 1-də Qərbi Azərbaycanın Lök kəndində kolxozçu ailəsində doğulmuşdur. O, Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962-1967). Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967-1969), ilk qələm təcrübələrini və şeirlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. Hazırda "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktorudur.

"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edir.

Əsərləri: “Bir durna qatarıyıq” (1969), “Gedirəm gündoğana” (1979), “Səni gözləyirəm” (1984), “Bəyaz çiçəklər” (1986), “Oyun” (1989), “Qəmərlidən keçən qatar” (1969), “Padeşa” (2005) s.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 104.

 

Yazıçı, tərcüməçi Vilayət Hacıyevin 75 illiyi, (1950)

Vilayət Hacıyev  1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M.F.Axundov adına APDİ-nin alman dili fakültəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirəndən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir. 1973-cü ildən Azərbaycan Dillər Univesitetində (SSRİ-nin 50 illiyi adına APXDİ) işləyir. Filologiya elmləri namizədi, dosentdir. Hazırda bu universitetin Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışır. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Tərcüməçilik fəaliyyəti. Alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olur. 70-ci illərin əvvəllərindən başlayaraq respublika mətbuatında tərcümələri nəşr olunur. Azərbaycan oxucuları “Azərbaycan”, “Ulduz”, “Xəzər” jurnallarında, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetində V.Borxert, Z.Lents, H.Böll, S.Svayq, F.Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələrlə onun tərcüməsində tanış olmuşlar. Müxtəlif antologiya və toplularda çap olunan tərçümələrindən əlavə aşağıdakı tərcümə kitablarının müəllifi və ya həmmüəllifidir:

1.Erix Mariya Remark. “Zəfər tağı” (roman) – Bakı, Yazıçı, 1986.

2.Herman Hesse. “Yalquzaq” (roman) – Bakı, Yazıçı, 1990.

3.Lion Feyxtvanger. “Lautenzak qardaşları” (roman və hekayələr) - Bakı, Yazıçı, 1991.

4.Henrix Böll. “Seçilmiş əsərləri”ndə “Bir təlxəyin düşüncələri” romanı və hekayələri. Bakı, “Şərq-Qərb”, 2009.

5.Frans Kafka. “Atama məktub”. “Azərbaycan” jurnalı, 2009, N 7.

Alman dilinə etdiyi tərcümələr: 1.Jussif Samedoglu. “Der kalte Stein” (“Soyuq daş”). 2.Anar. “Die rote Limousine” (“Qırmızı limuzin”). 3.Rafig Taghi. “Der Verrückte“ (Divanə). (Sena Doqanla birlikdə). Bu əsərlər Almaniyada nəşr olunan “Gruber –Müller ( Hg ) Verschlossen mit silbernem Schlüssel Literatur aus Armenien, Aserbaidschan, Georgien (1 Auflage. München- Wien ed- KAPPA, 2000) adlı topluda işıq üzü görmüşdür.

Mükafatları: Vilayət Hacıyev 2012-ci ildə “Ən yaxşı tərcümə əsərinə” görə Tofiq Bayram mükafatı ilə qiymətləndirilib. Vilayət Hacıyev Frans Kafkanın “Məhkəmə” romanını Azərbaycan dilinə mükəmməl tərcümə etdiyinə görə bu mükafatı alıb.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 916.

 

Ramil Sabir oğlu Abbasov

Ramil Abbasov 1989-cu il aprelin 1-də Qax rayonunun Turaclı kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Ramil Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Abbasov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elgün Əmirxan oğlu Abdullayev

 Elgün Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib. 2000–2011-ci illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb. Elgün Abdullayev 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "kiçik çavuş" hərbi rütbəsi altında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Elgün Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Abdullayev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Abdullayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elvin Eldəniz oğlu Ağakərimov

Elvin Ağakərimov 2002-ci il aprelin 1-də Şamaxı şəhərində anadan olub. 2008-2019-cu illərdə Şamaxı şəhər İnşaatçı qəsəbə tam orta məktəbində təhsil alıb. Elvin Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Ağakərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Ağakərimov oktyabrın 2-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ağakərimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Atəş Yusif oğlu Aslanov

Atəş Aslanov 1993-cü il aprelin 1-də Tovuz rayonunun Məşədivəllər kəndində anadan olub. 2000–2004-cü illərdə Məşədivəlilər kənd tam orta məktəbində, 2004–2011-ci illərdə İ. Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Atəş Aslanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Atəş Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Atəş Aslanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Atəş Aslanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Eşqin Rafiq oğlu Bağırov

Eşqin Bağırov 1991-ci il aprelin 1-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Eşqin Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eşqin Bağırov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Bağırov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Eşqin Bağırov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cahangir Əmrah oğlu Baxışov

Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustanın Nardaran kəndində anadan olmuşdur. Cahangir Baxışov 2 aprel 2019-cu il – 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər də iştirak edərək, 2020-ci il oktyabrın 9-da şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Batdal Mikail oğlu Bayraxtarov

Batdal Bayraxtarov 2002-ci il aprelin 1-də Quba rayonunun Ağbil kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Batdal Bayraxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Batdal Bayraqdarov oktyabrın 12-də Füzuli rayonu istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Batdal Bayraxtarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Mürşüd Müdahil oğlu Əhmədzadə

Əhmədzadə Mürşüd 2000-ci il aprelin 1-də Evoğlu kəndində anadan olub. Mürşüd doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra həmyaşıdları kimi Vətənə borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanıb. 2020-ci il sentyabr ayının 8-də Goranboy rayonundakı hərbi hissənin tərkibində müddətdən artıq xidmətə qəbul edilib. Xidmət etdiyi hərbi hissə mənfur ermənilərin atəşkəsi pozmalarının tez-tez şahidi olurdu. Vətən müharibəsi başlayanda Mürşüdün xidmət etdiyi batalyonun bölmələri Goranboy tərəfdən Ağdərə, Suqovuşan, Çaylı istiqamətində hücuma keçib. Əhmədzadə Mürşüd mühasirəyə düşən zaman başından aldığı yaradan şəhid olub. Cansız bədəni neytral zonada qaldığından götürmək çətin olub. Noyabrın 27-də kənd qəbristanlğında dəfn edildi.

2020-ci il, oktyabrın 6-da şəhid olan müddətdən artıq xidmət əsgəri Əhmədzadə Mürşüd Müdahil oğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə", ” və Cəsur döyüşçü” medallarıyla təltif olunub.

 

 

Şükür Nəriman oğlu Həmidov

Şükür Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur. Şükür Həmidov 1982-ci ildə Qubadlı rayonunun Başarat kənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 1990-cı ildə Şükür Həmidov sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir. Polkovnik Şükür Həmidov 2020-ci il oktyabrın 22-də səhər radələrində Qubadlı rayonu istiqamətində döyüş zamanı ön xətdə şəhid olmuşdur. Oktyabrın 22-də axşam saatlarında Şükür Həmidovunun nəşi yaşadığı Sumqayıt şəhərinə gətirilmişdir. Dəfn mərasimi isə bir gün sonra baş tutmuşdur. Oktyabrın 23-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olan polkovnik Şükür Həmidovla vida mərasimi baş tutmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükür Həmidov ölümündən sonra "Zəfər" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun, Cəbrayıl rayonunun və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Şükür Həmidov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Araz Elburus oğlu Hilalov

Araz Hilalov 1979-cu il aprelin 1-də Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Araz Hilalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Hilalov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun Bala Bəhmənli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Hilalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Hilalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Araz Hilalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cavid Habil oğlu Hüseynov

Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra Cavid Hüseynov 2016-cı ildə yenidən Azərbaycan Respubilkasının ordu sıralarına qayıdır. Azərbaycan Respubilkasının Silahlı Qüvvələrində Baş çavuş və Tank Atıcısı kimi xidmətə başlayır. Cavid Hüseynov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Hüseynov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Hamarqışlaq kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sənan Vidadi oğlu Hüseynov

Sənan Hüseynov 1 aprel 1996-cı ildə Qazaxıstanda anadan olmuşdur. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. 2008-ci ildə Azərbaycana köçmüşdür. Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ruslan Eyvaz oğlu İsmayılov

İsmayılov Ruslan Eyvaz oğlu 1986-cı il aprelin 1-də Göygöl rayonunun Çaykənd kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənin “Camış aşırımı-3305 yüksəkliyi” istiqamətində hərbi əməliyyatlar nəticəsində şəhid olub.

"Kəlbəcərin azad olunmasına görə " medalı ilə təltif edilib.

 

 

 

Ruhid Uğur oğlu İslamlı

Ruhid Uğur oğlu İslamlı 1 aprel 1999-cu ildə Lerik rayonunun Çeşman kəndində anadan olub. 2000-ci ildə ailə Bakıya köçüb. Ruhis 2005-ci ildə Əhmədli Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 1-ci sinfinə gedib. 2011-ci ildən Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 №-li məktəbdə təhsilini davam etdirib. Naxçıvan Dövlət Universitetinin məzunu, ixtisasca psixoloq idi. Ruhid 2020-ci ilin yayında hərbi xidmətə çağırılıb. Vətən müharibəsi dövründə Talış kəndi və Suqovuşan istiqamətlərində döyüşüb. Oktyabrın 6-da şəhid olub.

Ölümündən sonra şəhid Ruhid Uğur oğlu İslamlı Prezidentin Sərəncamları əsasında "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Vətən Müharibəsi iştirakçısı", "Cəsur döyüşcü" medalları ilə təltif edilib.

 

 

Rüfət İsrayıl oğlu Mehtizadə

Rüfət Mehdizadə 1996-cı il aprelin 1-də İmişlinin Qulubəyli kəndində anadan olub. 2015-ci ildə hərbi xidməti başa vuraraq doğulub boya-başa çatdığı Qulubəyli kəndinə qayıdan Rüfət 2020-ci ilin sentyabrında başlayan vətən müharibəsinə qatılır. O Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərk düşmənin canlı qüvvəsini və texnikasını məhv edir. Dəfələrlə anasına, qardaşına ''torpaqlarımızı azad edəcəm'' deyən Rüfət Mehdizadə oktyabrın 29-da qəhrəmancasına şəhid olur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Mehdizadə ölümündən sonra "Vətən uğrunda", ''Xocavəndin azad olunmasına görə', ''Füzulinin azad olunmasına görə'' və ''Zəngilanın azad olunmasına görə'' medalları ilə təltif edilib.

 

İbrahim Nadir oğlu Məmmədov

İbrahim Məmmədov 1985-ci il aprelin 1-də Goranboy rayonunun Rəhimli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İbrahim Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Məmmədov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İbrahim Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sədi Süleyman oğlu Musayev

Sədi Musayev 1978-ci il aprelin 1-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. 1985-1993-cü illərdə Qıvraq qəsəbəsində S. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sədi Musayev sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sədi Musayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sənan Nasif oğlu Səlimov

Sənan Səlimov 2001-ci il aprelin 1-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. 2007-2016-cı illərdə Təzə Alvadı kənd tam orta məktəbində təhsil alıb. Sənan Səlimov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Sənan Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Səlimov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Səlimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Davud Xeyrulla oğlu Şirvanov

Davud Şirvanov 1994-cü il aprelin 1-də Lerik rayonunun Livədirqə kəndində anadan olub. Davud Şirvanov 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Davud Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Şirvanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Livədirqə kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Şirvanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Şirvanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İsmayıl Fərzayil oğlu Yüzbaşıyev

Yüzbaşıyev İsmayıl Fərzayil oğlu 1997-ci il aprel ayının 1-də Kəngərli rayonunun Böyükdüz kəndində anadan olub. 2003-cü il sentyabr ayında Böyükdüz Kənd Orta məktəbinə daxil olmuş, 2014-cü ilde həmin məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 2015-ci il oktyabr ayında hərbi xidmətini tamamlamaq üçün Əlahiddə Ümumqoşun Ordunun "N" saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 2017-ci il də hərbi xidmətini başa vurmuşdur. 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Azərbaycan Silahlı Qüvvələrində işə başlayır. İkinci Qarabağ müharibəsi zamanı şəhid olub.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Yüzbaşıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Yüzbaşıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Yüzbaşıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Fəqan Amil oğlu Zalov

Fəqan Zalov 1997-ci il aprelin 1-də Sabirabad rayonunun Qalaqayın kəndində qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. 2003-2007-ci illərdə Füzuli rayon Babı kənd Markıs Hacıyev adına tam orta məktəbdə təhsil almışdır. Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində ayağından qəlpə yarası alaraq yaralanmışdır. Əvvəlcə, Füzuli rayonunda, sonra Beyləqan rayonunda, sonuncu dəfə isə Hacıqabul rayonunda yerləşən xəstəxanaya yerləşdirilmişdir. Verilən məzuniyyətdən imtina etmiş və döyüş meydanına qayıtmışdır. İlk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində fərqlənmişdir. Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun yüksəkliklərinin cənub istiqamətində “Qızılqaya” adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası almışdır. Qəlpə boyun hissəsindən daxil olub ağciyərini və ürəyini parçaladığı və ölümcül olduğu üçün kiçik miçman Fəqan Zalov xilas edilə bilməmiş və şəhid olmuşdur. Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Fəqan Zalov subay idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəqan Zalov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.