12 Aprel

Beynəlxalq Aviasiya və Kosmonavtika Günü, (1962)

12 aprel 1962-ci il Beynəlxalq Kosmonavtika günü elan olunub. Bu bayram əvvəllər ancaq Rusiyada keçirilirdi. Amma artıq belə deyil. Belə ki, BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi bütün dünyada qeyd olunur.      1961-ci il aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisində Yer kürəsinin ətrafında orbital uçuş həyata keçirərək, kosmik uçuş dövrünün əsasını qoydu. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı oldu. Başlanğıcda kosmosun tədqiq edilməsi, ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu əməkdaşlığa çevrildi. SSRİ dağıldıqdan sonra bunu Rusiya davam etdirir. Ancaq ABŞ kosmonavtlarının Aya uçmasını çıxmaqla, bütün digər ilk addımlar SSRİ tərəfindən atılıb. Bu günə qədər kosmosa təqribən 517 insan uçub, onlardan 55-i qadındır. Təəssüf ki, indiyədək 22 kosmonavt müxtəlif şəraitdə həyatını itirib. Vətəndaşları kosmosa uçuş keçirən ölkələr SSRİ, Rusiya, ABŞ, Çexoslovakiya, Polşa, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Macarıstan, Vyetnam, Kuba, Monqolustan, Rumıniya, Fransa, Almaniya Federativ Respublikası, Hindistan, Kanada, Səudiyyə Ərəbistanı, Niderland, Meksika, Suriya, Əfqanıstan, Yaponiya, Böyük Britaniya, Avstriya, Qazaxıstan, Belçika, İtaliya, İsveçrə, Ukrayna, İspaniya, Slovakiya, Cənubi Afrika Respublikası, İzrail, Çin, Braziliya, İsveç,  Malayziya və Koreya Respublikasıdır.

 

Murad Mahir oğlu Mahmudov

Murad Mahmudov 1995-ci il aprelin 12-də Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. Murad Mahmudov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Murad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Murad Mahmudov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

İlyas Güloğlan oğlu Niftəliyev

İlyas Niftəliyev 1999-cu il aprelin 12-də Qusar rayonunun Bədirqala kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan İlyas Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlyas Niftəliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlyas Niftəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Qoşqar Nuruş oğlu Vəliyev

Qoşqar Vəliyev 12 aprel 1989-cu ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlğı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin oktyabrında tank partlaması zamanı aldığı kəllə-beyin travmasına görə xəstəxanaya yerləşdirilmişdir. Müalicəsini 20-ci gündə yarımçıq qoyan əsgər Vəliyev döyüş meydanına qayıtmışdır. Qoşqar Vəliyev 22 noyabr 2020-ci ildə Şuşa şəhərinin yaxınlığında qarşı tərəfin texnikasını götürməyə getdiyi zaman avtoqəza zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qoşqar Vəliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.