5 May

Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)

1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu işlər onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır.

BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış 2008-ci il 12 dekabr tarixli müraciətdə "Əlillərin hüquqları haqqında" Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1), Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2) məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat tədbirlərin görülməsi təklif edilmişdir. Bu UNİCEF-in həmin istiqamətdə hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir.

 

Yazıçı, publisist Məmməd Əkbərin 115 illiyi, (1909-1974)

     Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Məmməd Əkbər 1928-ci ildə  Naxçıvan Pedaqoji Texnikumunu bitirib. May ayında isə “Kəndli qəzetəsi”nin baş redaktoru Hüseyn Eldarov məktubla onu Bakıya, işə dəvət edib. O, əvvəlcə ədəbi işçi, sonra kənd təsərrüfatı şöbəsinin müdiri, bir neçə aydan sonra isə “Kommunist” qəzetində oçerkist, şöbə müdiri vəzifələrinə irəli çəkilib. Bakı mühiti gənc jurnalistin həyatında dönüş yaradıb. 1931-ci ildə Məmməd Əkbər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsilini qiyabi davam etdirib. Məmməd Əkbərin “Şadman” adlı ilk oçerklər və hekayələr kitabı 1932-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunub. 1958-ci ildə Məmməd Əkbər Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Elə həmin ildən 1941-ci ilin iyuluna, yəni bağlananadək “Revolyusiya və Kultura” (İnqılab və Mədəniyyət) jurnalında çalışıb. Bundan sonra o, yenidən “Kommunist” qəzetində mətbuat şöbəsinə təyin edilib. 1941-ci ildə Böyük Vətən müharibəsinin qızğın dövründə Məmməd Əkbər yazıçıların bir dəstəsi ilə səfərbərliyə alınıb, sovet ordusunun tərkibində hərbi müxbir kimi İrana göndərilib. Onun Rostov, Donbas, Voroşilovqrad və Lisiçansk ətrafındakı qanlı döyüşləri, əsgərlərimizin rəşadətini, vətəpərvərlik ruhunu, həyata sevgisini əks etdirən silsilə oçerk və hekayələri belə yaranıb. 1942-ci ilin sentyabrından Məmməd Əkbər bir müddət Azərbaycan Radio Komitəsinin siyasi verilişlər şöbəsində redaktor işləyib. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin təklifi ilə Məmməd Əkbər 1943-cü ildən “Ədəbiyyat” qəzetinin məsul katibi vəzifəsinə dəvət olunub və ömrünün sonunadək (10 dekabr 1974) həmin qəzetdə müxtəlif vaxtlarda məsul katib, tənqid şöbəsinin müdiri, xüsusi müxbir vəzifələrində çalışıb. Məmməd Əkbərin səmərəli ədəbi fəaliyyəti hökumət tərəfindən qiymətləndirilərək, 1930-cu ildə “Kəndli” qəzetəsinin 1000-ci sayının çıxması münasibətilə Bakı Soveti İcraiyyə Komitəsinin fəxri fərmanı, “1945-ci il Qafqazın Müdafiəsi Uğrunda” medalı, “1941-45 illər ikinci dünya müharibəsində əmək rəşadətinə görə” medalı, 1968-cı ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin fəxri fərmanı,  1970-ci ildə “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunub. Məmməd Əkbər 1948-1952-ci illərdə Bakı şəhər sovetinin deputatı olub. Məmməd Əkbər 1974-cü il dekabrın 10-da 65 yaşında Bakı şəhərində vəfat edib. 

Əsərləri: “Şadman” (1932), “Kolxoz tarlalarında” (1942), “Qaliblər” (1945), “Surəyya” (1948), “Sumqayıtın gənc iştirakçıları”  (1953), “Həyatımızdan səhifələr” (1963),  “Dostlar və tanışlar” (1965), “Yeni həyat yaradanlar” (1968), “Hekayələr, oçerklər, xatirələr”  (1978) və s. 

 

Məhəmməd Cavanşir oğlu Babazadə

Məhəmməd Babazadə 1995-ci il mayın 5-də Astara rayonunun Marzəsə kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhəmməd Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Babazadə sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunun Marzəsə kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Babazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Bəhram Sakit oğlu İbrahimov

Şəhid Bəhram Sakit oğlu İbrahimov 5 may 1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib. Bəhram Vətən müharibəsi dövründə 30 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılıb. Goranboy və Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ötən il oktybarın 7-də gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvar ayında tapılaraq ailəsinə təhvil verilib.

Şəhid Bəhram İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” medalları ilə təltif edilib.

 

Elvin Azər oğlu Qədirov

Elvin Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə A.Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Qədirov sentyabrın 27-də Ağdam döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)

1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu işlər onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır. BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış 2008-ci il 12 dekabr tarixli müraciətdə "Əlillərin hüquqları haqqında" Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1), Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2) məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat tədbirlərin görülməsi təklif edilmişdir. Bu UNİCEF-in həmin istiqamətdə hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir.

 

Şair Eyvaz Borçalının 85 illiyi, (1938)

Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra                    M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun VI kursundan Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971-1984), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984-1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirmişdir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilmişdir. "Kirpi" jurnalının baş redaktoru olmuşdur (1986-1993). Respublika mədəniyyət işçiləri həmkarlar komitəsinin üzvüdür. Şərəf nişanı ordeni (1980), Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanı (1978-1988) və bir medalla təltif edilmişdir.

Kitabları: “Üfüq yananda” (1964), “Sevgi radiusu” (1967), “Şah və qoca” (1968), “Qızıl anlar” (1970), “İllər...pillələr” (1975), “Dünyanın tərkində” (1986), “Durnalı göylər” (1991) və s.

Tərcümələri: N.Barataşvili “Şeirlər və poemalar” 1968, A.Blok “Şeirlər və poema” 1972, M.Kərim “Dağlar da insan kimidir” 1975, M.Kərim “Məhəbbətin dörd fəsli” 1982 və s. 

Filmoqrafiya: Tülkü həccə gedir (film, 1971), Yoxlanılmış, inanılmış... (film, 1971), Telefon sərgüzəştləri (film, 1973), Alıcının sərgüzəşti (film, 1976), Təşəkkür (film, 1978), Atamın sənəti (film, 1980), Günlərin bir günü... (film, 1981),  Tikən də biz, sökən də (film, 1981), Toxunma, partlayar! (film, 1982), Altı duru, üstü quru (film, 1983), Hamam hamam içində (film, 1983), Torpağa düşməsin havayı bir dən (film, 1983), Zərbə (film, 1983), Gözəyarı (film, 1984),  Tənha narın nağılı (film, 1984) və s.