26 yanvar

Firidun bəy Əhmədağa oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy Köçərli öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o, burada təhsil alır, 1895-1918-ci illər ərzində dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində işləmişdir. “Vətən dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir. Mütəxəssilərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması şifahi xalq ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy Köçərlinin böyük xidmətləri olmuşdur. F. Köçərli Azərbaycanın tanınmış ədəbiyyatşunası, pedaqoq və publisistidir. O, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən dəyərli sərvətlərindəndir. Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” adlı ilk iri həcmli əsərini qələmə almışdır. Zaqafqaziya müəllimlər seminariyasında işlədiyi illərdə “Azərbaycan türk ədəbiyyatı” əsərini bitirmişdir (1908). Lakin bu əsər sovet hakimiyyəti illərində Bakıda “Azərbaycan ədəbiyyatı tarixi materialları”( iki cilddə) adı ilə nəşr edilmişdir (1925-1926). Burada XVIII-XIX əsr Azərbaycan ədəbiyyatının ilk geniş elmi şərhi verilmişdir. Əfsuslar olsun ki, əsərin XX əsr ədəbiyyatından bəhs edən hissəsi itmişdir. Zaqafqaziyanın dövri mətbuatında onun rus, gürcü və Azərbaycan klassik yazıçıları haqqında saysız-hesabsız ədəbi oçerkləri, məqalələri çıxmışdır. Firidun bəy Köçərli Sovet hakimiyyətinin ilk aylarında repressiyaya məruz qalmışdır. 1920-ci il iyunun 2-də Gəncədə həbs olunmuş, həmin ayın 21-də güllələnmişdir.
Kitabları: “Seçilmiş əsərləri” (1963), “Azərbaycan ədəbiyyatı tarixi materialları” (1978), “Təlimi Sokrat” (1881), “Balalara hədiyyə” (1987) və s.
Şair Akif Məhərrəmovun 70 illiyi, (1955)
Məhərrəmov Akif Məşədi Hüseynqulu oğlu 1955-ci il yanvarın 26-da Azərbaycanda Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsində təhsil almışdır (1972-1977). İnşaat mühəndisi kimi çalışır. Bədii yaradıcılığa gənclik dövründən həvəs göstərmişdir. Dövri mətbuatda lirik şeirlər və bayatılarla çıxış etmişdir. Şeirlərinə mahnı bəstələnmişdir. Akif Məhərrəmov 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Akif Məhərrəmov bir sıra ədəbi mükafatlara layiq görülmüşdür.
Əsərləri: “Sən adını qoru, ömür Allahındır” (2001), “Əzizim yolum haqqa” (2001), “Tale deyən bu dünyada nə var ki,” (2002), “Nə mən dünyadayam, nə dünya məndə” (2002) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı.səh 49.
Dünya Ekoloji Təhsil Günüdür
Dünya Ekoloji Təhsil Gününün qeyd edilməsində əsas məqsəd ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji təhsilin və ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır. Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” adlanan konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi qəbul edilib. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır. Bu günlə bağlı dünyanın bir çox ölkəsində təhsil müəssisələrində, uşaq bağçalarında ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət cəlb edilir, ekoloji məsələlərə həsr edilmiş konfranslar və seminarlar keçirilir, dəyirmi masalar təşkil olunur. Ölkəmizdə də “Dünya Ekoloji Təhsil Günü” ilə əlaqədar maarifləndirici vebinarlar keçirilir, xüsusilə məktəblilərin ekoloji dünyagörüşünün formalaşdırılmasına yönələn tədbirlər təşkil olunur.
Quliyev Tərlan Mehman oğlu
Quliyev Tərlan Mehman oğlu 2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Quliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Abdullayev Nurlan İnqilab oğlu
Abdullayev Nurlan İnqilab oğlu 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. 1999-cu ildə Beyləqan rayonu N.Allahverdiyev adına 1 nömrəli məktəbində 1ci sinifə getmişdir. 2010-cu il də həmin məktəbi bitirib. Ailəsi Ailəlidir, 1 qız övladı var.
Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda MAXE hərbi qulluqçu kimi ordu sıralarına qoşulmuşdur. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə savaşıb. Nurlan Abdullayev sentyabrın 30-da Füzuli və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Babayev Şamil Baloğlan oğlu
Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub. Ailəli idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Şamil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Babayev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Culfa rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev "Zəfər" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəkirov Təbriz Etibar oğlu
Təbriz Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub.1999-2003-cü illərdə Bağırbəyli kənd tam orta məktəbində, 2004-2010-cu illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. Təbriz Bəkirov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Bəkirov oktyabrın 4-də Suqovuşan-Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Üzeyirov Qoşqar Müşfiq oğlu
Qoşqar Üzeyirov Müşviq oğlu 2002-ci il 26 yanvar tarixində Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Üzeyirov Müşfiq Birinci Qarabağ müharibəsi veteranıdır. Orta təhsilini 2008-2019 illəri arasında Qəbələ rayonu Soltannuxa kənd məktəbində alıb. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb.
Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Üzeyirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Ağcabədi, Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Qoşqar Üzeyirov noyabrın 7-də Xocəvənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 21 noyabr 2020-ci ildə Soltannuxa kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Üzeyirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.