18 Mart

Munis Həbibullah oğlu Abbaslı

Munis Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Abbaslı Munis 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Abbaslı Munis 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbaslı Munis oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Subay idi.

Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

 

 

Ağabala İlqar oğlu Ağayev

Ağabala Ağayev 18 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsil almışdır. Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində şəhid olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.

Ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

 

İlqar Xəqani oğlu Əhmədov

İlqar Əhmədov 1999-cu ilin mart ayının 18-də Kürdəmir rayonunun İsmayıllı kəndində anadan olub. 2006-2017-ci illərdə Böyük Kəngərli kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 21-də səfərbərliklə Ağcabədiyə təlimə gedən İlqar 27 sentyabrda Füzuli istiqamətində döyüşlərə qatılıb və Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşüb. İlqar noyabrın 9-da Xocavənddə, ağır döyüş zamanı şəhid olub. Onun nəşi 11 gün sonra -20 noyabrda ailəsinə təhvil verilib və həmin gün kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi,  şəxsi igidlik və şücaət  nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  müvafiq sərəncamları ilə İlqar Əhmədov “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

İlkin Camal oğlu İsgəndərov

İlkin İsgəndərov 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı şəhərindən idi. İlkin İsgəndərov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan İlkin İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin İsgəndərov oktyabrın 25-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin İsgəndərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Bəxtiyar Nəsimi oğlu Rəhimli

Rəhimli Bəxtiyar Nəsimi oğlu 2001-ci il martın 18-də Tərtərdə anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Bəxtiyar Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il oktyabrın 5-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edild

 

Eşqin Asif oğlu Tağıyev

Tağıyev Eşqin Asif oğlu 18 mart 1998-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olub. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirən qəhrəmanımız, Azərbaycan ordusunda XTQ giziri olub. Eşqin Tağıyev, Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Ərəstun Arif oğlu Xıdırov

Ərəstun Xıdırov 1998-ci il martın 18-də Bərdədə anadan olub. 2005-ci ildə Bərdə şəhər Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbə getmiş, 2015-ci ildə orta təhsilini bitirmişdir. 2016-cı ildə Naxçıvan şəhərindəki 515 nömrəli hərbi hissədə xidmət etmiş, 2017-ci ildə xidmətini bitirmişdir. 2020-ci il sentyabrın 8-də hərbidə MAXE kimi fəaliyyətə başlayıb. Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində aktiv şəkildə iştirak edib. 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olub. Oktyabrın 16-da isə nəşi Bərdəyə gətirilərək, Bərdə Şəhidlər Xiyabanında polkovnik-leytenant Elzamin Təhməzovla bir sırada dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.