28 Aprel

Şöhrət Əli oğlu Cabbarov

Şöhrət Cabbarov 28 aprel 1995-ci ildə İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Ölcələr kənd tam orta məktəbində almışdır. Azərbaycan Ordusunun əsgəri olan Şöhrət Cabbarov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şöhrət Cabbarov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elsəfa Səməd oğlu Əliyev

Elsəfa Əliyev 1978-ci il noyabrın 10-da Füzuli rayonunun II Mahmdulu kəndində anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elsəfa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsəfa Əliyev sentybarın 27 -də Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun II Mahmudlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Səbuhi Ağalətif oğlu Məcidov

Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşamış şəhid əsgər Səbuhi Məcidov 28 aprel 2002-ci ildə dünyaya gəlib. Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə məktəbini bitirən Səbuhi həqiqi hərbi xidmətdə olan zaman Qarabağın azad olunması uğrunda gedən Suqovuşan və Talış kəndləri istiqamətində döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhid olmuşdur. Səbuhi Məcidov 27 sentyabr tarixində Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Səbuhi Məcidov ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Məhəmmədəli  Asif oğlu Məhəmmədəlizadə

Məhəmmədəli Məhəmmədəlizadə 28 aprel 1992-ci ildə Ağdam rayonunun Güllücə kəndində anadan olmuşdur. 23 iyul 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi səbəbiylə onlar əvvəl Bərdədə, sonra isə Ağdam rayonunun İkinci Dördyol qəsəbəsində məskunlaşmışlar. Azərbaycan Ordusunun əsgəri olan Məhəmmədəli Məhəmmədəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. O, 7 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Orxan Rəşid oğlu Rəhimli

Orxan Rəhimli 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elməddin Mahir oğlu Yusibov

Şəhid Yusibov Elməddin Mahir oğlu 1995-ci il aprelin 28 -də Bərdə rayonunda dünyaya gəlib. O, sentyabrın 21-də hərbi xidmətə çağırılıb. Vətən müharibəsində Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 16-da Murov yüksəkliyi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində həlak olub.

Yusibov Elməddin Mahir oğlu  ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.