1 May

Cavanşir Niyaməddin oğlu Ağayev

Cavanşir Ağayev 1999-cu il mayın 1-də Saatlı rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və qəhramancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Ağayev ölümündən sonra " Vətən uğrunda " medalı və Azərbaycan Prezidenti İlham Əliyevin 24 .12.2020-ci il tarixli Sərəncamına əsasən " Cəbrayılın azad olunmasına görə " medalı ilə təltif edildi.

 

Sənan Nizami oğlu Ağazadə

Ağazadə Sənan Nizami oğlu 2000-ci il may ayının 1-də Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. 2019-cu il, iyulun 22-də Vətən torpaqlarını qorumaq üçün hərbi xidmətə yollanmışdır. Sənan Ağazadə Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət nümayiş etdirib. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Oktyabrın 14-də qəhrəmancasına şəhid olub.

Sənan Ağazadə ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

Aqil Fazil oğlu Bağırov

Aqil Bağırov 1995-ci il mayın 1-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2002–2013-cü illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aqil Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Aqil Bağırov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tural Zahid oğlu Cuvarov

Tural Cuvarov 1996-cı il mayın 1-də Şəmkir rayonunun Ələsgərli kəndində anadan olub. 2003-2014-cü illərdə Ələsgərli kənd orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Tural Cuvarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Cuvarov oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cuvarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cuvarov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cuvarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Nurlan Əhliman oğlu Fərəməzov

Fərəməzov Nurlan Əhliman oğlu 1 may 1992-ci ildə Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. Təngərüd kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun tibb xidməti baş leytenantı Nurlan Fərəməzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən oktyabrın 9-da şəhid olub. Şəhidimiz oktyabrın 10-da doğulduğu kənddə torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Fərəməzov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Cəlaləddin Elxan oğlu Fərhadov

Cəlaləddin Elxan oğlu Fərhadov 2001-ci il mayın 1-də Ağdaş rayonunda dünyaya gəlib. Ağdaş rayonu 1 saylı orta məktəbin I sinfinə qəbul olunub, 2018-ci ildə məktəbi bitirib. Cəlaləddin 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun baş çavuşu olan Fərhadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xovavənd və Şuşa rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il noyabrın 8-də Şuşa qələbəsindən 2 saat sonra şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Cəlaləddin Fərhadov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Məhəmmədəli Hörmət oğlu Həsənzadə

Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu il mayın 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. Sentyabr 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə döyüş yoldaşının yaralandığını görərək onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Həsənzadə Məhəmmədəli Hörmət oğlu ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

İmamverdi Yoloğlu oğlu İsmayılov

İmamverdi İsmayılov 1989-cu il mayın 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1996-2004-cü illərdə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan İmamverdi İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İmamverdi İsmayılov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində torpağa tapşırılıb. Ailəli idi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamverdi İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamverdi İsmayılov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

 

Tural Arif oğlu Məmmədov

Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Vasif Rəfail oğlu Məmmədov

Vasif Məmmədov 1994-cü il noyabrın 12-də Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Vasif Məmmədov noyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elmar Şahin oğlu Mirzəyev

Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Mirzəyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

 

Kamran Araz oğlu Mirzəyev

Kamran Mirzəyev Araz oğlu 1996-cı il yanvarın 5-də Cəlilabad rayonu Qarğılı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Kamran Mirzəyev Füzuli döyüşləri zamanı 27 sentyabrda şəhid olub. Tovuz rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Mirzəyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

 

Elməddin Məhəmməd oğlu Mustafayev

Elməddin Mustafayev 1 may 2001-ci ildə Qəbələ rayonunda dünyaya göz açmışdır. 2007-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbə daxil olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Mustafayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Xaqani Aydın oğlu Nəsibov

Xaqani Nəsibov 1991-ci il mayın 1-də Balakən rayonunun Kortala kəndində anadan olub. 1997-1998-ci illərdə Q. Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Xaqani Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Nəsibov oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaqani Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Yunis Şaiq oğlu Orucov

Yunis Orucov 2001-ci il mayın 1-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 2007-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2020-ci ilin sentyabrın 27-si Qarabağ uğrunda ikinci vətən müharibəsi başladı. Bu zaman Yunis ön cəbhəyə yollanmışdı. Talış kəndi və Suqovuşan istiqamətində gedən şiddətli döyüşdə iştirak etmişdir. 2020-ci ilin oktyabrın 14-ü Ağdam-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Doğulub boya başa çatdığı Neftçala rayonu Aşağı Qaramanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Orucov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vüqar Kamil oğlu Rüstəmov

Vüqar Rüstəmov 1994-cü il mayın 1-də Gədəbəy rayonunun Xarxar kəndində anadan olub. 2000–2011-ci illərdə E. Məmmədov adına Xarxar kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüqar Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vüqar Rüstəmov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 16-da Gədəbəy rayonunun Xarxar kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Rüstəmov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Rüstəmov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ramil Raqif oğlu Səlimzadə

Ramil Raqif oğlu Səlimzadə 1 may 1995-ci ildə Ağdaşın Yuxarı Ağcayazı kəndində anadan olub. 25 yaşlı Ramil Səlimzadə toy gününə 2 gün qalmış "öncə Vətən", deyərək torpaqlarımızı azad etmək üçün müharibəyə yollanıb. O, Füzuli, Cəbrayıl, Zəngilan və Ağdərə istiqamətindən gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yuxarı Ağcayazı kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

 

Şahəli Əflatun oğlu Şıxıyev

Şahəli Şıxıyev 1999-cu il mayın 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şahəli Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Vüsal Mehdi oğlu Tahirov

Vüsal Tahirov 1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil alıb. Azərbaycan Ordusunun giziri olan Vüsal Tahirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Tahirov noyabrın 16-da Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Tahirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elburus İlyas oğlu Verdiyev

Elburus Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elburus Verdiyev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elburus Verdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.