20 May

Ümumdünya Metrologiya Günü, (1875)

Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından – Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb. Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri – səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub. Azərbaycanda metrologiya sahəsi üzrə dövlət siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Bu sahənin beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Metrologiya Xidməti yaradılıb. Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. 

 

Filosof Ziyəddin Göyüşovun 105 illiyi, (1920-1984)

Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1982) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Bahadır oğlu Göyüşov 1920-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Z.Göyüşov 1938-1939-cu illərdə Ağdam Pedaqoji Texnikumunda, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsində təhsil almışdır. Z.Göyüşov 1943-cü ildə Ağdam rayonunda yerli radio verilişləri redaksiyasına rəhbərlik etmişdir. O, 1957-ci ildə fəlsəfə doktoru, 1963-cü ildə elmlər doktoru, 1964-cü ildə isə professor elmi adını almışdır. Z.Göyüşov   1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, AMEA Fəlsəfə və Hüquq İnstitutu Fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. Z.Göyüşov Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Z.Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemləri ilə məşğul olmuş və bu sahədə elmi istiqamət yaratmışdır. Azərbaycan fəlsəfə tarixi və etikaya dair dəyərli əsərlərin müəllifidir. Onun çoxsaylı əsərlərində əxlaq tərbiyəsinin ən mühüm problemlərindən biri – insanın özünüdərketməsi problemi tədqiq olunur. Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meyilləri və əsas aspektlərinin təhlili idi. Məlumdur ki, fəlsəfə tarixi çox aspektli tədqiqatları tələb edir, çünki mənəvi mədəniyyət, mənəvi fikir həyatın bütün rəngarəngliyini və mürəkkəbliyini özündə əks etdirir. Fəlsəfi, o cümlədən etik ideyalar mənəvi fikrin müxtəlif formalarında özünü büruzə verir. Əxlaq insan cəmiyyətinin ən qədim və mühüm ünsürlərindən olduğu üçün öz əksini dində, ədəbiyyatda, bədii yaradıcılıqda, elmdə və təhsildə tapmışdır. Ziyəddin Göyüşovun məramı o idi ki, qədim tarixi və mədəniyyəti olan Azərbaycanda əxlaqi ənənələr, onları öyrənmə, münasibət bildirmə imkanları kifayət qədər istifadə olunmuşdur. Hər bir dövrün bu problemlərə münasibəti müxtəlif olduğu üçün onların öyrənilməsi həmişə aktual mahiyyət kəsb edir. Ziyəddin Göyüşovun xidməti də bundadır: o, çalışmışdı ki, Azərbaycanda etik baxışların inkişafının mərhələlərini sistem kimi təsvir etsin, istər tarixi-xronoloji, istərsə də məntiqi baxımından mənəvi həyatın bu sahəsinin inkişafını mümkün qədər dəqiq izləsin. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Z.Göyüşov 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. İnternetdə: https://az.wikipedia.org/wiki/Ziyəddin_Göyüşov

 

Seymur Müşfiq oğlu Abbasov

Seymur Abbasov 2000-ci il mayın 20-də Göygöl şəhərində anadan olub. 2006-2017-ci illərdə Göygöl şəhər 3 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun kiçik leytenantı olan Seymur Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Abbasov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abbasov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ağacan Zakir oğlu Cəbrayılov

Ağacan Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Amid Rəbbil oğlu Heydərov

Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ruslan Səlim oğlu Hümbətov

Ruslan Hümbətov 1987-ci il mayın 20-də Göygöl şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Ruslan Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Hümbətov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tural Rövşən oğlu Hümmətov

Tural Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Tatoba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Əmrah Qaraş oğlu Mamedov

Əmrah Mamedov 1998-ci il mayın 20-də Ağcabədi rayonunun Poladlı kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Poladlı kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun kiçik çavuşu olan Əmrah Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qarşı tərəfdən hərbi məlumatların və sirrlərin öyrənilməsində fərqlənmişdir. Əmrah Mamedov 27 sentyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Poladlı kəndində dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elvin Elçin oğlu Məlikməmmədov

Elvin Məlikməmmədov 20 may 2002-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 4-də Suqovuşan döyüşlərində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məlikməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Xəyal Xudaverdi oğlu Namazov

Xəyal Namazov 20 may 1986-cı ildə Füzuli şəhərində anadan olmuşdur. Əslən Xocavənd rayonunun Muğanlı kəndindən idi. Əvvəlcə, İsmayıllı rayon Aşıqbayramlı kənd tam orta məktəbində təhsil almışdır. Xocavənd rayon Tuğ kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 11-ci sinfi Xocavənd rayon 4 saylı tam orta məktəbdə tamamlamışdır. Azərbaycan Ordusunun çavuşu olan Xəyal Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonunun Qaraxanbəyli və Seyidəhmədli kəndləri istiqamətində keçirilən əməliyyatlarda fərqlənmişdir. Xəyal Namazov 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ailəli idi. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Namazov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Nurlan Niyazi oğlu Nurməmmədov

Nurlan Niyazi oğlu Nurməmmədov 20 may 2002-ci ildə Azərbaycanın Şabran rayonunun Sincanboyad kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır. Nurlan Nurməmmədov 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Nurlan Nurməmmədov Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 18 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Nurlan Nurməmmədov oktyabrın 14-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nurməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Nurməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Nurlan Nurməmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

 

Əli İbrahim oğlu Qasımov

Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə Tovuz rayonunun Hacıalılı kəndində anadan olub. Ailəsi ilə birlikdə Nərimanov rayonunda yaşayıblar. 2020-ci ildə Azərbaycan Ordusu sıralarında əsgər kimi müddətli həqiqi xidmətə çağırılıb. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci ildə başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə bitən Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Ceyhun Nüsrət oğlu Şalıyev

Ceyhun Şalıyev 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır və 7-ci sinfə qədər bu şəhərdə təhsil almışdır. 2008-ci ildə təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Şalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 1 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Şalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Şalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elvin Mustafa oğlu Teymurov

Elvin Teymurov 20 may 1999-cu ildə Babək rayonunun Nehrəm kəndində dünyaya göz açmışdır. 2005-2016-cı illərdə orta təhsilini Nehrəm qəsəbəsində yerləşən Elşad Əliyev adına 2 saylı tam orta məktəbdə almışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şəmsəddin Vəliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 22 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nehrəm qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Teymurov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.