3 iyun

Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)

Beynəlxalq Su hövzələrinin Təmizlənməsi Gününün (International Cleanup Day) ideya müəllifləri və təşkilatçıları dalğıclardır. Bu bayramın əsas hadisəsi kütləvi iməclikdir. Bu əlamətdar gün 1955-ci ildən dünyanın bir çox ölkələrində PADI – Dayvinq təlimatçılarının peşəkar assosiasiyasının himayəsi altında keçir. Həmin gün regional yeraltı üzgüçülük klubları yerli su hövzələrinə gedir, onların diblərini və sahillərini təmizləyirlər. Bəzi şəhərlərdə bu tədbirlər yerli hökumət orqanlarının dəstəyi ilə aparılır. Bu günə marağı artırmaq üçün çox zaman tədbirlər komandalar arasında yarış halında keçirilir. 

 

Ümumdünya Süd Günü, (2001)  

Ümumdünya  Süd  Gününün  məqsədi uşaqların müdafiəsində, sağlamlığında südün rolunun aşılanmasıdır. Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir. Bundan  əlavə, insan orqanizminə düşdükdə südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta  təbii  antibiotikləri istehsal  edir  ki, onlar  xəstəlikləri  törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir. Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır. Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur. Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar.

Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur. Nəticədə, orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə səbəb olur.

Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qaraciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.  

 

Nemət Cavid oğlu Cavadlı

Nemət Cavadlı 1995-ci il iyunun 3-də İmişli rayonunda anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nemət Cavadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin,Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nemət Cavadlı oktyabrın 31-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hüseyin Ramiz oğlu Əsgərov

Hüseyin Əsgərov 1995-ci il iyunun 3-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Hüseyin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Hüseyin Əsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 19-da Gədəbəy rayonunda dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Əsgərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Həsən Səfər oğlu Həsənov

3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi  başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. Vətən müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür. Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100-dən çox düşməni zərərsizləşdirib, neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib. 20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elmir Arzu oğlu Məmmədov

Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008–2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.

 

Vüsal Qüdrət oğlu Məmmədov

Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məmmədov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Eltay Əli oğlu Quliyev

Eltay Quliyev 1989-cu il iyunun 3-də Goranboy rayonunun Quşçular kəndində anadan olub. 1995-2006-cı illərdə Gəncə şəhərində 33 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Eltay Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eltay Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltay Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltay Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.