12 İyun
Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) 95 illiyi, (1928-2014)
İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. Yazıçı İsa Hüseynov 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Kitabları: “Bizim qızlar” (1953), “Dan ulduzu”(1955), “Hekayələr” (1957), “Yanar ürək” (1960), “Doğma və yad adamlar” (1962), “Teleqram” (1963), “Yanar ürək” (1965), “Tütək səsi” (1965), “Pyeslər”(1967), “Kollu koxa” (1969), “Ömrümdə izlər” (1971), “Saz” (1971), “Seçilmiş əsərləri” (1972), “Məhşər” (1979), “İdeal” (1985), “Cəhənnəm” (2013), “Seçilmiş əsərləri” (I-VI).
Filmoqrafiya: Dəli Kür (film, 1969), İyirmialtılar (film, 1966), Ulduzlar sönmür (film, 1971), Nəsimi (film, 1973), Tütək səsi (film, 1975), Qərib cinlər diyarında (film, 1977), Od içində (film, 1978), Arvadım mənim, uşaqlarım mənim (film, 1978), Nizami (film, 1982), Zəlimxan dastanı (film, 2007), Liderlik missiyası. 1-ci hissə (film, 2008) və s.
Xalq artisti, aktyor Hacıbaba Bağırovun 90 illiyi, (1933-2006)
1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub. Kiçik yaşlarından teatr sənətinə olan böyük həvəsi 1947-ci ildə orta məktəbi bitirəndən sonra onu Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gətirib-çıxarıb. Orada sənət korifeylərindən dərslər alıb – nəzəri və təcrübi vərdişlər teatra marağını və məhəbbətini daha da artırıb və 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında ilk müstəqil yaradıcılıq fəaliyyətinə başlayıb. 1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. 1974-cü ildə Respublikanın Əməkdar Artisti, 1982-ci ildə "Azərbaycanın Xalq Artisti" fəxri adlarına layiq görülüb. H.A.Bağırov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. 1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Hacıbaba Bağırov 6 oktyabr 2006-ci il tarixində vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib.
Filmoqrafiya: Ulduz (film, 1964), Müşavirə (film, 1971), Ömrün səhifələri (film, 1974), Onun bəlalı sevgisi (film, 1980), Salam, Zeynəb! (film, 1982), Sonuncu məhəbbət (film, 1985), Pərdə arxasında (film, 1987), Sehrli çıraq (film, 1987), Gülüş sanatoriyası (film, 1989), Şirbalanın məhəbbəti (film, 1991), Məhəllə 2 Moskvada (film, 2004) və s.
Xalq artisti, kinodramaturq Oqtay Mirqasımovun 80 illiyi, (1943)
Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. O, 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Filmoqrafiya: Əmək və qızılgül (film, 1962), Dəniz (film, 1965), Qobustan (film, 1967), Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968), Cəfər Cabbarlı (film, 1969), Xəzinə (film, 1970), Gecə söhbəti (film, 1971), Rəşid Behbudov (film, 1975), Leylək gözləyir (film, 1977), De ki, məni sevirsən! (film, 1977), Gecəniz xeyrə qalsın (film, 1977), İşgüzar adamlar (film, 1977), Fənd (film, 1978), Kallıq (film, 1981), Günlərin bir günü... (film, 1981), Gümüşü furqon (film, 1982), Qaladan tapılan mücrü (film, 1982), Əhməd haradadır? (film, 1983), Vətəndaş, həkim, alim (film, 1984), Cin mikrorayonda (film, 1985), Cəza (film, 1986), Günah (film, 1989), Kədərimiz... Vüqarımız... (film, 1998), Şəhidlik zirvəsi (film, 2001), Ovsunçu (film, 2002), Günaydın, mələyim! (film, 2008), Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2014) və s.
Abdalov Nurlan Faiq oğlu
Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 - ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir.
2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 - ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkür məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir.
Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş,2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə həlak olmuşdur.
5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdalov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Atakişiyev Kamil Araz oğlu
Kamil Atakişiyev 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.
Kamil Atakişiyev 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Kamil Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən özü israrla döyüşlərə qatılmışdı. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Kamil Atakişiyev noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Bağırlı Mirsədi Mircəfər oğlu
Mirsədi Bağırlı 2000-ci il iyunun 12-də Tərtər şəhərində anadan olub. 2006-2015-ci illərdə Kəlbəcər rayonunun 66 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2018-ci illərdə isə Bərdə Peşə Liseyində "təmirçi çilingər və avtomobil sürücüsü" ixtisası üzrə təhsil alıb. Subay idi.
Mirsədi Bağırlı 2018-ci ildə Tərtər Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin əvvəlcə Zaqatala rayonunda, sonra isə Xızı rayonunda yerləşən "N" saylı hərbi xidmət edib. 2019-cu ildə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində Gizir Kurslarında təhsil alıb. 2020-ci il yanvarın 28-dən "gizir" hərbi rütbəsində hərbi xidmətini başa vurub. 2020-ci il martın 30-dan isə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində ÇHD-nın xüsusi təyinatlı qrupunun sıralarında snayperçi olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Mirsədi Bağırlı 2020-ci ilin 17-18 avqustunda Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədəliyev Kərim Rövşən oğlu
Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) "Menecment" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Kərim Əhmədəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əliyev Xəqani Füzuli oğlu
Xəqani Əliyev 1990-cı il iyunun 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Xəqani Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Əliyev oktyabrın 28-də Ağdərə istiqamətində şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəqani Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacıyev Elnur Yaqub oğlu
Elnur Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.
Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2006-2011-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2011-2015-ci illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2015-2019-cu illərdə Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2019-cu ildən isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
Azərbaycan Ordusunun mayoru olan Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Hacıyev oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Hacıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Hüseynov Həci Kərim oğlu
Həci Hüseynov 12 iyun 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Həci Hüseynov Füzuli döyüşlərində savaşıb. Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb qəhrəmanımız maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb. Həci Hüseynov Xocasən kənd məzarlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseynov Sahil Habil oğlu
Əsgər Sahil Hüseynov 12 iyun 2001-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açmışdır. Əslən Xocavənd rayonundandır. İlk təhsilini kəndin 1 saylı tam orta məktəbində almışdır. Subay idi.
Sahil Hüseynov 2019-cu ildə həmin məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır. 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində Sahil də iştirak etmiş, döyüş tapşırığını yerinə yetirərək fərqlənmişdir.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən əsgər Sahil Hüseynov Füzuli döyüşlərində vuruşaraq döyüş tapşırığını yerinə yetirmişdir. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmmədov İsa Nazim oğlu
İsa Məmmədov 12 iyun 2000-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olub
İsa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.
İsa Məmmədov 2020-ci il noyabrın 2-də Goranboy rayonu Buzluq kəndi yaşayış məntəqəsi istiqamətində, düşmənin "Camış aşırımı-3305 yüksəkliyi" yaxınlığında hərbi əməliyyatları nəticəsində şəhid olub.
Musayev Vüsal Zakir oğlu
Əslən Masallı rayonunun Təzə Alvadı kəndindən olan Vüsal Musayev 12 iyun 1996-cı ildə Xırdalan şəhərində anadan olub. 2002–2013-cü illərdə Xırdalan şəhər 1 saylı tam orta məktəbdə təhsil alıb.
2014-cü ilin ikinci yarsından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən "N" saylı hissədə davam etdirib. Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb.
2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılmışdı. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Vüsal Musayev 13 oktyabrda Ərgünəş dağında həlak olmuşdur. Xırdalan şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Musayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Piriyev Elsevər Mahir oğlu
Elsevər Piriyev 1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. 2001-2010-cu illərdə C. Həsənov adına Arazbar kənd tam orta məktəbində, 2013-cü ildə isə A. Sultanov adına Kürdlər kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Uğur və Ümüd adında 2 oğlu yadigar qaldı.
Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsevər Piriyev oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elsevər Piriyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qasımov Nayib Akif oğlu
Nayib Qasımov 1997-ci il iyunun 12-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2004-2014-cü illərdə Mahmudavar kənd tam orta məktəbində təhsil alıb.
Nayib Qasımov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini bitirəndən sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi.
2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan Nayib Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nayib Qasımov oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş çavuş" rütbəsi alıb. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nayib Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Səfərov Ceyhun Akif oğlu
Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı, 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib.
Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb.
Səfərov Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Ceyhun 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonu Cənginəvud kənd məzarlığında torpağa tapşırılır.
Seyidov Nihat Mehman oğlu
Nihat Seyidov 1998-ci il iyunun 12-də Culfa rayonunun Teyvaz kəndində anadan olub. 2004-2006-cı illərdə Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə, 2006-2012-ci illərdə Naxçıvan şəhərində 17 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
Nihat Seyidov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Nihat Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihat Seyidov oktyabrın 15-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nihat Seyidov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Tağıyev Ruslan Fuad oğlu
Ruslan Tağıyev 1982-ci il iyunun 12-də İsmayıllı şəhərində anadan olub.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Tağıyev noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olundu.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Xankişiyev Fuad Şöhrət oğlu
Fuad Xankişiyev 12 aprel 1996-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2002—2008-ci illərdə Mingeçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə təhsil almışdır. Orta məktəb illərində böyük həvəs göstərdiyi cüdo idman növü ilə məşğul olan Fuad, idman üzrə təhsilini davam etdirərək Bakı Olimpiya idman liseyində cüdo üzrə təhsilini davam etdirmiş və 2011-ci ildə müvəffəqiyyətlə məzun olmuşdur. 2011—2014-cü illərdə Mingəçevir Turizm Kollecində “Bədən Tərbiyə” fakültəsinə təhsil almışdır. Bunlarla yanaşı, Fuad Xankişiyev həvəskar formada dizayn-dekor işləri ilə də məşğul olmuşdur.
2014—2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Fuad Xankişiyev Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa, Füzuli və Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.2020-ci il 3 noyabrda Daşaltı (Şuşa) istiqamətində gedən döyüşlərdə, 1553 metr yüksəklikdə qəhrəmancasına həlak olmuşdur.
Şəhid 6 noyabr tarixində Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.