22 iyun
Balazadə Abdullayev
Balazadə Abdullayev 1991-ci ildə Salyanda anadan olmuşdur. 2009-2011- ci illərdə müddətli hərbi xidmət keçmişdir. Onun üç yaşında bir oğlu var idi.
Azərbaycan Ordusunun baş əsgəri olan Balazadə Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə döyüşlərində savaşıb. Balazadə Abdullayev oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Ələtdə dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Balazadə Abdullayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” 5 medalı ilə təltif edildi.
Həsən Bayramov
Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunda dünyaya gəlib.
2019-cu il, iyulun 3-də hərbi xidmətə çağırılıb. Vətən müharibəmiz başlayanda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Həsən Bayramov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Alı Həsənli
Alı Nofəl oğlu Həsənli 22 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 1 sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 1-ci sinifinə qəbul olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. Həsənli Alı 2016-cı ilin 20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub. Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb. 2020-ci ilin 21 Sentyabr tarixində SHXÇDX-nin Bakı şəhəri Nizami rayonu şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə və Cəbrayıl istiqamətində gedən döyüşlərdə rayonlarının azadlığı uğrunda mübarizədə xüsusi rəşadət göstərmişdir. 20 Oktyabr 2020-ci il tarixində Vətən Müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Həsənli Alı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına gör” medalı ilə təltif olunmuşdur.
“Vətən uğrunda” medalı — 2020 (15.12.2020) — “Vətən uğrunda” medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Alı Nofəl oğlu Həsənli “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur
“Füzulinin azad olunmasına görə” medalı — 2020 (25.12.2020) — “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra) — Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Alı Nofəl oğlu Həsənli “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Etibar Məmmədov
Etibar Məmmədov 1994-cü il iyunun 22-də Ağstafa rayonunun Yaradullu kəndində anadan olub. 2000–2011-ci illərdə Y. İsmayılov adına Yaradullu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Etibar Məmmədov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. İxtisasca tank bölmələrinin tuşlayıcı-operatoru idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Etibar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Etibar Məmmədov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Yaradullu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Etibar Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Sadiq Nəcəfli
Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı “kiçik leytenant” rütbəsi ilə müharibəyə yollandı. Subay idi.
Azərbaycan Ordusunun kiçik leytenantı olan Sadiq Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Nəcəfli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Nəcəfli ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şahbazov Şahbaz
Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahbaz Şahbazov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra ”Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Teymur Əzizov
Teymur Əzizov 1987-ci il iyunun 22-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.