24 iyun

Elmin Bayramov

Elmin Bayramov 24 iyun 2002-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2008-2019-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxumuşdur. Subay idi.2020-ci ilin iyul ayından Ağcabədi rayonunda yerləşən N-saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.Elmin Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Elmin Bayramov 6 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Əsgərabad kənd məzarlığında dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmin Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

 

Teymur Abdullazadə

Teymur Abdullazadə 2001-ci il iyunun 24-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Teymur Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Teymur Abdullazadə oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. O, 29 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Günəşli dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Abdullazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Abdullazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Abdullazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Seymur Bəylərov

Seymur Bəylərov 24 iyun 1996-cı ildə Samux rayonu, Qarayeri kəndində anadan olub. Əslən Kəlbəcər rayonu Alı kəndindəndir.2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Seymur Bəylərov Talış Suqovuşan döyüşlərində savaşıb. O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artilleriyadan açdığı atəşlə maşın vurulub. Buna baxmayaraq, Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb. Şəhid olan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub. Onların silahlarını da götürərək düşmənin üzərinə təkbaşına gedib. Bir neçə erməni terrorçusunu məhv edib. 28 sentyabr 2020-ci il tarixində snayper gülləsindən şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Bəylərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Bəylərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Zaur Hüseynov

Zaur Hüseynov 1995-ci il iyunun 24-də Masallı rayonunun Hışgədərə kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

 

 

 

Atiq İbrahimov

İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub.5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur.Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Talış, Suqovuşan və Ağdərənin kəndlərinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Atiq Ariz oğlu İbrahimov oğlu 16 oktyabr 2020-ci ildə da Ağdərədə "Beton" post deyilən yerdə şəhid olub.17 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib .

 

 

 

Məhəmməd Murtuza

Məhəmməd Murtuzov 2002-ci il iyunun 24-də Balakən rayonunun Xalatala kəndində anadan olub.2008-2019-cu illərdə Xalatala kənd tam orta məktəbində təhsil alıb.Məhəmməd Murtuzov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məhəmməd Murtuzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Murtuzov oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Xalatala kəndində torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Murtuzov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cəmil Nəcəfov

Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır.[1] 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edildi.

 

Əfsan Salıyev

Əfsan Salıyev 24 iyun 2002-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. İlk təhsilini İkinci Nügədi kənd 3 saylı tam orta məktəbdə alıb, daha sonralar Quba şəhər Texniki Təmayüllü liseyin məzunu olub. Sumqayıt Dövlət Texniki Kollecdə orta ixtisas təhsilini alaraq Tərtərə, hərbi xidmətə yollanıb. İkinci Qarabağ Müharibəsində fəal iştirak edib, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.