9 iyul

Şair Seyid Əzim Şirvaninin 190 illiyi, (1835-1888)

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar. Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.

Uşaqlar üçün yazdığı əsərlər: ”Xoruz və çaqqal, “Xan və dehqan”, Məktəbli ilə müəllimin əhvalatı”, “Alimin zalım padşaha cavabı”, “Dəvə və balası”, “Qaz və durna”, “Aslan və iki öküz”, “Ayı və siçan”, Dəvə ilə eşşəyin yol getməsi”, Siçan və pişik” və s. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 784.

 

Allahverdi Əli oğlu Allahverdiyev 

Allahverdi Allahverdiyev 9 iyul 2001-ci ildə Bakı şəhərinin Xəzər rayonunda anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Allahverdi Allahverdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində baş atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Allahverdi Allahverdiyev 27 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Allahverdi Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Allahverdi Allahverdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Xəyal Xəlil oğlu Cəfərli 

Xəyal Cəfərli 1992-ci il iyulun 9-da Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Xəyal Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəfərli oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəfərli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Çingiz İlham oğlu Məmmədov 

Çingiz Məmmədov 1992-ci il iyulun 9-da Şəmkir rayonunun Yeniabad kəndində anadan olub. Onun qardaşı — Cavid Məmmədov da Vətən müharibəsində şəhid olub.

Azərbaycan Ordusunun giziri olan Çingiz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Çingiz Məmmədov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində dəfn lunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çingiz Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çingiz Məmmədov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Nəbi Hacıbala oğlu Hüseynov

Nəbi Hüseynov 1992-ci il iyulun 9-da Qazaxın Birinci Şıxlı kəndində anadan olub. Uşaqlığı elə, həmin kənddə keçib. Yaxınları deyir ki, çox mehriban, hər bir şəraitə tez uyğunlaşan uşaq olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır.

Nəbi Hüseynov, "Aprel döyüşləri" zamanı Qusarda "N" saylı hərbi hissədə topçu komandiri idi və döyüşlərə də elə, topçu kimi qatılır. Döyüşlərdə ərazi bütövlüyümüzün təmin olunmasında yaxından iştirak edir.Döyüşlərdən sonra Xüsusi Təyinatlı Qüvvələrə qatılmaq üçün kurslarda iştirak edir və kəşfiyyatçı kimi xidmətə başlayır. Daha sonra isə baş kəşfiyyatçı olur. XTQ-nin "N" saylı hərbi hissəsində qrup komandiri, Koordinat üzrə mütəxəssis idi.

"Vətən müharibəsi" başlayanda, əvvəlcə Murovdağ istiqamətində döyüşlərdə iştirak edərək, düşmənə çox sayda itkilər verir. Daha sonra isə Hadrut istiqamətində döyüşlərə qatılır. Oktyabrın 9-da elə, Hadrut istiqamətində şəhid olur.

(05.11.2021)-"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

"(26.06.2018)—"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı

(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

 

Həsən Yalçın oğlu Quliyev 

Həsən Quliyev 9 iyul 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində kasıb bir ailədə, anadan olub. Sündü kəndi Şikar Şikarov adına orta məktəbi bitirib. Ailəsi 5 nəfərdən ibarət olub: ata, ana və 3 qardaş.

Orta məktəbi bitirdiktən sonra peşə məktəbi, sürücülük ixtisasına qəbul olub və sürücülük vəsiqəsi alıb. Daha sonra isə 2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Həsən Quliyev Füzuli, Xocavənd, Şuşa döyüşlərində savaşıb. 1 noyabr 2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həsən Quliyev 12 noyabr 2020-ci ildə Qobustanda torpağa tapşırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Əli Nəsib oğlu Rzayev 

Əli Rzayev 1992-ci il iyulun 9-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 16 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Rzayev oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Rzayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Rzayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cahangir Hətəm oğlu Surxayzadə 

Cahangir Surxayzadə 9 iyul 1996-cı ildə Tərtər rayonunun Qaynaq kəndində Hətəm Əliyev və İltifat Qasımovanın ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Tərtər rayonu Qaynaq kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi.

Cahangir Surxayzadə 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərən Cahangir Surxayzadə yenidən orduya qayıdaraq "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmışdır. Kursları başa vurduqdan sonra Azərbaycanın Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmətə başlamışdır. Cahangir Surxayzadə Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin tərkibində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində xüsusi təyinatlı dəstənin atıcı və meteomüşahidəçisi olaraq iştirak etmişdir. Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cahangir Surxayzadə 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Tərtər rayonunun Qaynaq kəndində dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Surxayzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Surxayzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahangir Surxayzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.