17 iyul

Tənqidçi, ədəbiyyatşünas Timuçin Əfəndiyevin 80 illiyi, (1945)

Timuçin İlyas oğlu Əfəndiyev - filologiya elmləri doktoru (1999), professor (2002), Əməkdar incəsənət xadimi (2000). 2005-ci ildə 60 illik yubuleyi ilə əlaqədar "Şöhrət ordeni" ilə təltif olunmuşdur, İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görmüşdür, Akademik Yusif  Məmmədəliyev adına mükafatın laureatıdır. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür (2012).

     Əfəndiyev Timuçin İlyas oğlu 1945-ci il iyulun 17-də Bakı şəhərində ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 7 saylı orta məktəbi (1952-1963) bitirdikdən sonra o, 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra T. Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və elmlər namizədi adını almışdır. Elə həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasında elmi katib vəzifəsində çalışmışdır. T. Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyir. O, burada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsi tutmuş, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülmüşdür. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olmuşdur. 1987-2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olmuşdur. O, 1999-cu ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Pedaqoji fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını ardıcıl davam etdirir. "Tanıtım" jurnalı redaksiya heyətinin və Türkiyə "Vəqfi"nin üzvüdür (1991). 

Əsərləri: “XVIII əsr rus teatrı” (1979), “Hüseyn Cavidin ideyalar aləmi” (1985), “Ukrayna və belarus teatrı” (1986), “Rus teatrı” (1998), “Cəfər Cabbarlı və romantik dramları” (1999), Azərbaycan kino tarixi oçerkləri” (2001), “Azərbaycan dramaturgiyasında metodlar” (2002), “Azərbaycan mədəniyyəti və incəsənəti” (2003) və s. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 869.

 

Elnur Yaşar oğlu Abbaslı 

Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub . Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Abbaslı ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

 

 

Cabar Əşrəf oğlu Əkpərov

Cabar Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşviq kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cabar Əkpərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Cabar Əkpərov oktyabrın 7-də Ağdərə istiqamətində şəhid olub. Xaçmaz rayonunun Müşviq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cabar Əkpərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

 

Kənan Niftalı oğlu Məmmədov

Kənan Məmmədov 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ucar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Aslan Maqsud oğlu Mirzəyev

Aslan Mirzəyev 17 iyul 2000-ci ildə Kəngərli rayonunun Xok kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Aslan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. 8 noyabrda şəhid olub. 13 noyabrda doğulduğu Xok kəndinə dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Mirzəyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

 

 

 

İsmət Nüsrət oğlu Namazov

İsmət Namazov 1996-cı il iyulun 17-də Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2002–2013-cü illərdə Y. Əsgərov adına Mahmudlu kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsmət Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. İsmət Namazov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Namazov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

 

Xaliddin Vaqif oğlu Nəsibov

Xaliddin Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Xaliddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Göstərdiyi xidmətlərə görə vaxtından əvvəl baş leytenant rütbəsiylə təltif edilmişdir.Xaliddin Nəsibov noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı , 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xaliddin Nəsibov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

 

Rəvan Mərdan oğlu Quliyev

Rəvan Quliyev 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olmuşdur.  Rəvan Quliyev 27 sentyabrda başlayan Vətən müharibəsinə qatılmış və Cəbrayıl, Füzuli,Zəngilan Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəvan Quliyev oktyabrın 24-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Oktyabrın 25-də Neftcala rayon Astanlı kəndində dəfn olunmuşdur.

Rəvan Quliyev ölümündən sonra  "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

 

 

Ülvi Rabil oğlu Rəhimov

Ülvi Rəhimov 2002-ci il iyulun 17-də Abşeron rayonunun Məmmədli qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəhimov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.  Abşeron rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəhimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəhimov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəhimov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.