23 iyul
Ümumdünya Balina və Delfinlər Günü, (1986)
1986-cı ildə Beynəlxalq Balinaovlama Komissiyası (International Whaling Comission: IWC) bu heyvanların 200 illik amansız şəkildə qırılmasından sonra balina sənayesinə qadağa qoymuşdur. Bu qadağa indi də qüvvədədir və bütün dünyada balinaların ovlanması, o cümlədən balina ətinin ticarəti qadağan olunmuşdur. Lakin balina sənayesi bu heyvanlar üçün yeganə təhlükə deyil. Balinaların, delfinlərin və digər dəniz məməlilərinin yox olmasının daha bir səbəbi – onların delfinarilər, okeanariumlar və sirklər üçün tutulmasıdır. Buna görə də bu gün yalnız balinaların deyil, bütün dəniz məməlilərinin qorunması günü hesab olunur. Beynəlxalq Delfinovlama Komissiyası balinaların ovlanmasına qadağa tətbiq etdikdən sonra Yaponiya sanksiyalardan çəkinərək bu sazişə qoşulmağa məcbur olmuşdur. Lakin balinaların elmi məqsədlərlə ovlanması hüququ vardır. 2007-ci ildə balinaların ovlanma kvotası 950 balina təşkil edirdi. Həmin kvotaya görə, hər il Yaponiya ancaq üçə qədər balina ovlayırdı. Lakin həmin il yapon “Nissin-maru” balina ovlama donanmasında yanğın baş verir və “tədqiqat” üçün 508 heyvan öldürülür.
Elmi işlər başa çatdıqdan sonra heyvanların əti əsasən yapon restoranlarında istifadə olunur. Beynəlxalq Balinaovlama Komissiyasının qadağası 19 fevralda qüvvəyə minmişdir.
Hər il fevralın 19-da daha bir bayram – Beynəlxalq Balinalar Günü qeyd olunur. Bəzən müxtəlif ölkələrin ekoloji təşkilatları bu günü birlikdə məhvolma təhlükəsi qarşısında qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.
Eldar Firidun oğlu Abdullayev
Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürsəl Kamil oğlu Kazımlı
Mürsəl Kamil oğlu Kazımlı 1992-ci il iyulun 23-də Bakıda anadan olub. Orta təhsilini Pərviz İsmayılov adına 278 saylı orta məktəbdə alıb. Azərbaycan Ordusunun əsgəri olan Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayıl və Füzuli rayonlarının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 23-ü Füzulidə gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Mürsəl Kazımlı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
Fədail Fərhad oğlu Nadirov
Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fədail Nadirov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Natiq oğlu Şahbazov
Kənan Şahbazov 2002-ci il iyulun 23-də Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Xətai rayonu 138 sayli tam orta məktəbini 2019-cu ildə bitirmişdir. Kənan Şahbazov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kənan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Şahbazov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şahbazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.