10 Avqust
Hərbi xadim Cəmşid Naxçıvanskinin 130 illiyi, (1895-1938)
Cəmşid Naxçıvanski Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.
Naxçıvanski Cəmşid Cəfərqulu oğlu 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdir. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur. C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
Təəssüf ki, ötən əsrin 30-cu illərinin dəhşətli repressiya dalğası bu cəsur azərbaycanlı sərkərdəni də öz ağuşuna almışdır. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1938-ci il 26 avqust tarixli qərarı ilə general C.Naxçıvanski ölüm hökmünə məhkum olunmuşdur. 1956-cı ildə C.Naxçıvanskiyə bəraət verilmişdir.
Yazıçı Yusif Şirvanın 115 illiyi, (1910-1979)
Əsgərov Yusif Əsgər oğlu 1910-cu ildə Bakı quberniyasının Şamaxı şəhərində müəllim ailəsində anadan olmuşdur. 8 yaşından ata-anasını itirdiyindən yetim qalmış, bacısı ilə birlikdə qohumlarının himayəsində boya-başa çatmışdır. İbtidai məktəbi bitirəndən sonra Nuxa şəhər pedaqoji texnikumunda təhsil almışdır (1924-1928). Əmək fəaliyyətinə Şamaxı qəzasının Bicov kənd məktəbinin direktoru vəzifəsində başlamışdır. 1929-cu il avqust ayından Lənkəran şəhər nümunəvi orta məktəbində dərs hissə müdiri olmuş, bir ildən sonra Bakı Ali pedaqoji məktəbində təhsilini davam etdirmiş, eyni zamanda Azərkinoda bədii büronun üzvü (1930-1932), Azərbaycan Baş Ədəbiyyat Müfəttişliyi idarəsində siyasi redaktor (1932-1934) işləmişdir. Ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamış, mətbuatda oçerk, hekayə, povest, roman və məqalələrini müntəzəm çap etdirmişdir. İnstitutu bitirdikdən sonra "Ədəbiyyat qəzeti"nə məsul katib təyin edilmiş, sonra Azərnəşrdə, Uşaqgəncnəşrdə bədii ədəbiyyat üzrə redaktor, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Hazırlıq kursunda və 132 nömrəli Bakı şəhər məktəbində müəllim işləmişdir. 1939-1941-ci illərdə "Kommunist" qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur. 1941-ci ilin avqustunda Sovet Ordusuna səfərbərliyə alınmış, Hərbi xidməti ləyaqətlə yerinə yetirmişdir "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medallarına layiq görülmüşdür. 1947-ci ilin iyulunda ordudan tərxis olunmuş. "Təbliğatçı" jurnalında partiya şöbəsinin müdiri, qiyabi institutda ədəbiyyat kafedrasının baş müəllimi işləmişdir. Bir müddət Azərbaycan Dövlət Universitetində dekan, ömrünün axırınadək isə dosent olmuşdur. "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. 1979-cu il avqustun 9-da vəfat etmişdir..
Əsərləri: “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 938.
Qazax şairi Abay Kunanbayevin 180 illiyi, (1845-1904)
Abay (İbrahim) Kunanbayev - qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı.
A.Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. A.Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır. Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır. Abay Kunanbayev 10 avqust 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi. O qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcumələri ilə yadda qalmışdır. Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırmışdır:
1.Şərq ədəbiyyatı, o cümlədən Azərbaycan ədəbiyyatı (Nizami Gəncəvi Nizaminin yaradıcılığı)
2.Rus və Avropa ədəbiyyatı
3.Qazaxıstan şifahi xalq ədəbiyyatı.
Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri cavanlara ünvanlamışdır. O burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışmışdır. Abay bu əsərində xalqa müraciət edərək: "Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? "Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır. Həmçinin onun Rusiyaya qeyri-adi rəğbəti də duyulur. Baxmayaraq ki, XIX əsrdə Rusiya Qazaxıstanı işğal etmişdir. O düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün ahıl çağlarında o Rusiyanın işğalçılıq siyasətini anlayir. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarıyla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir. Abay Kunanbayevin yaradıcılığı XX əsrdə xüsusilə tədqiq edilmiş, müxtəlif sənədlərə əsasən onun şəxsiyyəti araşdırılmışdır. Abay Kunanbayev 6 iyul 1904 - cü ildə vəfat etmişdir.
Seymur Adil oğlu Abasov
Seymur Adil oğlu Abasov 10 avqust 1999-cu ildə Cəlilabad rayonunun Buravar kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə yollanıb, Tərtər rayonunda hərbi xidmət müddətini davam etdirib. 29 sentyabr 2020-ci ildə Seymur Abasov könüllü olaraq erməni işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Füzuli döyüşlərində vuruşub. Tağım komandiri olaraq xidmətini davam etdirən Seymur Abasov 29 oktyabr 2020-ci ildə Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
İqbal İlqar oğlu Astanlı
Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş , Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci ildə Biləsuvar rayonu məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Qorxmaz oğlu Cabarzadə
Cavid Cabarzadə 1997-ci il avqustun 10-da Bakı şəhərinin Bülbülə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cavid Cabarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabarzadə oktyabrın 24-də Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Cabarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavid Samir oğlu Əliyev
Cavid Əliyev 10 avqust 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2008-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə 23 nömrəli tam orta məktəbi bitirmişdir. O, 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmışdır. Cavid Əliyev 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli, Gəbrayıl, Qubadlı və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə cəsarətlə döyüşmüşdür. 4 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 6 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Əliyev Cavid Samir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edildi.
Elşən Faiq oğlu Əlizadə
Elşən Faiq oğlu Əlizadə 1995-ci ilin avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 2020-ci ilin sentyabrın 21-də qismən səfərbərlik zamanı Elşən də hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda o da savaş meydanına atılıb. Döyüşün ilk günlərində-sentyabrın 30-da Elşən ayağından yüngül yara alıb. Evlərində heç kimə xəbər vermədən 4 gün hərbi hissənin xəstəxanasında müalicə aldıqdan sonra yenidən yoldaşlarının yanına qayıdıb. Tapqaraqoyunluda döyüşə başlayan cəsur Elşən Suqovuşanda oktyabrın 14-də boynunun arxasından minamyot qəlpəsindən aldığı yaradan şəhid olub. Böyüyüb boya-başa çatdığı kəndin qəbiristanlığında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Elşən Faiq oğlu Əlizadə ölümündən sonra “Vətən uğrunda” medalı, 29.12.2020-ci il tarixli Sərəncamla “Suqovuşanın azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamla isə “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Anar Rafiq oğlu Əsədov
Anar Əsədov 1982-ci il avqustun 10-da Füzuli şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Əsədov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əsədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Anar oğlu Məmmədov
Məmmədov Elməddin Anar oğlu 2000-ci il avqust ayının 10-da Lənkəran rayonu Velədi kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elməddin Məmmədov noyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Elməddin Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.
Rüstəm İbrahim oğlu Məmmədov
Rüstəm Məmmədov 1998-ci ilin avqustun 10-da dünyaya gəlib. O, 2020-ci il sentyabrın 27-dən döyüşlərə qatılıb. Rüstəm Məmmədov sentyabrın 29-da Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Amma uzun müddət onun nəşini götürmək mümkün olmayıb.
Rüstəm İbrahim oğlu Məmmədov ölümündən sonra Ali Baş Komandan tərəfindən üç medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildi.
Vüqar Aydın oğlu Nəcəfov
Vüqar Nəcəfov 1988-ci il avqustun 10-da Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Vüqar Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə düşmənə qarşı mübarizə aparıb. Vüqar Nəcəfov oktyabrın 2-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Nəcəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Prezident İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Vüqar Nəcəfov, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.
Yaşar Füzuli oğlu Sadıqov
Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yaşar Sadıqov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yaşar Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.