16 Avqust
Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi, (1925-2009)
Vahabzadə Bəxtiyar Mahmud oğlu – şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000).
Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Əsərləri: “Mənim dostlarım”(1949), “Bahar”(1950), “Ədəbi heykəl” (1951), “Dostluq nəğməsi” (1953), “Çinar” (1956), “Sadə adamlar” (1956), “Ceyran” (1957), “Aylı gecə” (1958), “Şəbi hicran” (1959), “Etiraf ; Şəbi hicran”(1962), “İnsan və zaman” (1964), “Bir ürəkdə dörd fəsil”(1966), “Köklər-budaqlar”(1968), “Dəniz-sahil” (1969), “Dörd yüz on altı” (1970), “Bir baharın qaranquşu” (1971) “Dan yeri” (1973), “Sənətkar və zaman” (1976), “Açıq söhbət” (1977), “Sadəlikdə böyüklük” (1978), “Açılan səhərlərə salam” (1979), “Pyeslər”(1980), “Payız düşüncələri” (1981), “Muğam” (1982), “Vətən ocağının istisi” (1982), “Seçilmiş əsərləri” (1983), “Seçilmiş əsərləri” (1984), “Səməd Vurğun”(1984), “Özümüzlə söhbət”(1985), “Dərin qatlara işıq” (1986), “Axı dünya fırlanır” (1987), “Gəlin açıq danışaq” (1988), “Lirika” (1990), “Ümidə heykəl qoyun” (1993), “Vətəndaş” (1994), “Fəryad” (1995), “Körpü çaydan uzaq düşüb” (1996), “Bir ömür yuxu” (1998), “İstiqlal” (1999), “Ağıl başqa, ürək başqa” (2000), “Ağ atlı oğlan” (2002) və s. Seçilmiş əsərləri (I, II, III, IV, V, VI, VII, VIII, IX, X, XI, XII cildlər) 2008 – ci ildə Prezident sərəncamı ilə nəşr edilmişdir.
Filmoqrafiya: Akademik Yusif Məmmədəliyev (film, 2005), Azərbaycan naminə (film, 2005), Bakı bağları. Buzovna (film, 2007), Bəxtiyar Vahabzadə (film, 1987), Bəxtiyar Vahabzadə (film, 2003), Bizim qəribə taleyimiz (film, 2005), Böyük ömrün anları (film, 2006), Dünya şöhrətli məzun (film, 2003), Habil Kaman (film, 1984), İstiqlal şairi (film, 1996), Kamil (film, 1997), Qəmbər Hüseynli (film, 2007), Qisas (film, 1991), Qızlar (film, 2007), Liderlik missiyası. 1-ci hissə (film, 2008), Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011), Mətbuat fədaisi (film, 2007), Mirzə Babayev (film, 2001), Muğam (film, 1995), Muğamat var olan yerdə... (film, 2009), Toğrul Nərimanbəyov (film, 1966), Zirvəyə doğru (film, 2007) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 127.
Ədəbiyyatşünas, yazıçı Şıxəli Qurbanovun 100 illiyi, (1925-1967)
Şıxəli Qurban oğlu Qurbanov 1925-ci ilin avqustun 16 da Bakıda doğulmuşdur. 1931-ci ildə orta məktəbə daxil olub oranı ekstern bitirmişdir. 1941- ci ilin iyulunda könüllü cəbhəyə getmiş, Sovet Ordusu tərkibində Polşa və Almaniyada olmuşdur. APİ - də təhsil aldıqdan sonra (1950), orada Azərbaycan ədəbiyyatı kafedrasında aspirant, eyni zamanda rus ədəbiyyatı müəllimi olmuş, 1956 - cı ilin iyununda “A,S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1958-ci ilin yanvarından institutda baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1961-1966 - cı illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu ədəbi əlaqələr şöbəsinin müdiri işləmişdir. Lirik şeir, poema, hekayə və tənqidi məqalələrlə dövri mətbuatda çıxış etmiş, bir sıra səhnə əsərləri : “Rəis məşğuldur” (1958), “Əcəb işə düşdük” (1962), “Özümüz bilərik” (1963), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” ((1966), “Sənsiz” (1967) pyeslərini, “Bahadır və Sona” (1961) librettosunu qələmə almışdır. Onun komediyaları ölkəmizin bir çox şəhərlərində tamaşaya qoyulmuşdur. “Sənsiz” pyesi Bolqarıstanın Razqrad şəhəri səhnəsində müvəffəqiyyət qazanmışdır. Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran ümdə bir keyfiyyəti vardı: O, heç bir üstünlüyü, imtiyazı, maaşı-muzdu olmayan, əksinə, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini daşıdığı titulların hamısından yüksək tuturdu. Şıxəli Qurbanov gündəlik fəaliyyətində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Alovlu vətənpərvər milli düşüncə və duyğularını açıq şəkildə dilə gətirirdi. Az sonra böyük Vətəndaşın təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd olundu. Xalq tonqalların işığında özünün tarixi yaddaşına - kökünə, mənşəyinə, ilkinliyinə və bütövlüyünə qayıtmağa başladı.1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də ən başlıcası illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarına bürünən ürəkləri, beyinləri işığa qərq etdi. Şıxəli Qurbanov1967-ci il martın 27 - də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “A. S. Puşkin və Azərbaycan poeziyası” (1957), “A. S. Puşkin və Azərbaycan” (1959), “Əcəb işə düşdük” (pyeslər və hekayələr) (1964), “Əsərləri” (üç cilddə) (1965, 1968,1969), “Seçilmiş əsərləri” (1974), “XIX əsr Azərbaycan – rus ədəbi əlaqələrinin inkişaf mərhələləri (1976), “Pyeslər” (19770, “Ömürdən səhifələr” (1980), “Sənsiz” (1988) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 846.
Vüsal Tahir oğlu Allahverdiyev
Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. Vüsal Allahverdiyev 12 iyul 2020-ci il tarixində başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq yenidən hərbi xidmətə yazılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində "Həmlə" bölüyünün tərkibində döyüşmüşdür. Yaralıları xilas etmiş, şəhidləri döyüş meydanından çıxarmışdır. 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İntiqam Bayram oğlu Əsgərli
İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur. 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ailəli idi
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Savalan oğlu Əyyubov
Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub. Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun baş leytenantı olan Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə neytral ərazidə qalıb. Oktyabrın 11-də nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Bir gün sonra isə Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əyyubov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgün Əli oğlu Həsənov
Elgün Həsənov 16 avqust 1999-cu ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olmuşdur. 2005-2016-cı illərdə İmişli rayon Bəhrəmtəpə qəsəbə tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Elgün Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Həsənov 24 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu İmişli rayonunda dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Amil Rasim oğlu Hüseynov
Amil Rasim oğlu Hüseynov 1986-cı il avqustun 16-da dünyaya gəlib. 2004-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Vətən Müharibəsi zamanı Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə böyük şücaət və igidlik göstərib. Amil Hüseynov oktyabrın 10-da Füzulidə şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn edilib.
Şəhid Amil ölümündən sonra Prezident İlham Əliyev tərəfindən «Cəsur döyüşçü», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə» və «Vətən uğrunda» medalları ilə təltif edilib.
Raqil Rafiq oğlu İsmayılov
Raqil Rafiq oğlu İsmayılov 16 avqust 1994-cü ildə Salyan rayonunun Sarvan kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun kiçik çavuşu olan Raqil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqil İsmayılov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Bəxtiyar Bayramşah oğlu Məmmədov
Bəxtiyar Məmmədov 1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəxtiyar Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Əli oğlu Nadirov
Samir Nadirov 1992-ci il avqustun 16-da Sumqayıt şəhərinində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Nadirov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Amin Taciddin oğlu Novruzov
Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2002-2013-cü illərdə Qullar kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şöhrət Şakir oğlu Qasımov
Şöhrət Qasımov 16 avqust 1992-ci ildə Gədəbəy rayonunda dünyaya göz açmışdır. O, Vətən müharibəsində Şəhid olan ilk hərbi həkimimizdir. İlk təhsilini 1998-ci ildə Sumqayıt şəhərindəki 18 saylı tam orta məktəbdə alan Şöhrət 2009-cu ildə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayonu 5 saylı orta məktəbi bitirmişdir. Vətən müharibəsində 2 gün içərisində bir çox mühüm tapşırıqları icra edir və neytral zonada da, döyüş bölgəsində də qalan yaralılarımızı və Şəhidlərimizi çıxarda bilir. Sonuncu dəfə, 29 sentyabr 2020-ci ildə, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək 3 çətin tapşırığın öhdəsindən gəlir. Yaralıları döyüş bölgəsindən çıxaran zaman düşmən tankı ilə üz-üzə gəlir və üzərində olan xidməti silahla onunla mübarizə aparır, sona qədər vuruşur. Həmin vaxt da zirehli maşında olan 4 nəfəri xilas edir. Həmin gün hərbi həkim baş leytenant Şöhrət Qasımov şəhid olur. DNT analizi ilə Şöhrət Qasımovun nəşi aşkar olunur. 9 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Qasımov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Ülvi Rəfail oğlu Rəfiyev
Ülvi Rəfiyev 1996-cı il avqustun 16-da Ordubad şəhərində anadan olub. Ülvi Rəfiyev 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Xətai Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəfiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub. Nişanlı idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəfiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəfiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yadigar Mahir oğlu Vahabov
Yadigar Vahabov 1996-cı il avqustun 16-da Ağsu rayonunun Xatman kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yadigar Vahabov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Vahabov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yadigar Vahabov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.