23 Avqust
Jurnalist, publisist Flora Xəlilzadənin 70 illiyi, (1955)
Flora Xəlilzadə dövlətimiz tərəfindən "Tərəqqi " medalına layiq görülmüşdür. Prezident mükafatçısıdır. (2009) Jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb .
Flora Xəlilzadə 1955-ci il avqustun 23-də Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun Jurnalistika fakültəsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan təbiəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzetlərində işləyib. Bir müddət "Azərbaycan qadını" jurnalının redaktoru olub. Hazırda "Azərbaycan" qəzetinin mədəniyyət şöbəsinin redaktoru vəzifəsində çalışır. 1972-ci ildən mətbuatda publisistik və bədii yazıları dərc olunur. Peşəkar jurnalist kimi mətbuatda çalışdığı dövrdə yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalələri çap edilib. 14 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir çox mükafatların sahibidir.
Mükafatları
1. Türkiyə Diyanet Vaqfının türkdilli xalqlar arasında keçirdiyi "Peyğəmbərin nəthi" yarışmasında Türkiyədə aldığı Beynəlxalq mükafat
2. Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi "Həsənbəy Zərdabi mükafatı".
3. KİV Həmkarlar İttifaqının "Qızıl qələm", "Xan qızı Natəvan" , "Səməd Vurğun-90", "Şərəf" və "İnam" mükafatları
4. Respublika Mətbuat Fondunun "Dan ulduzu" mükafatı (iki dəfə).
5. Qorqud Assosiasiyasının təsis etdiyi "Məmməd Araz mükafatı"
6. Nabat xanım adına xeyriyyə cəmiyyətinin təsis etdiyi "Nabat xanım mükafatı"
7. Lider Qadınlar İctimai Birliyinin təsis etdiyi "Salatın Əsgərova mükafatı"
8. Yazdığı "Yolum düşə Zəngəzura" kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən 2007-ci ilin publisistik-sənədli kitabı adına layiq görülmüşdür.
9. 2007-ci ildə Jurnalist Qadınlar Assosiasiyası tərəfindən ilin qadın jurnalisti elan olunub.
10. 2011-ci ildə Azərbaycan mətbuatındakı səmərəli fəaliyyətinə görə Mətbuat Şurasının Ali Media Mükafatını alıb.
Kitabları:"Ruhumun ehtiyacı" (Şeirlər), "Bənövşə ətirli səs" (F. Kərimova haqqında), "Aysel adını itirib" ( uşaq hekayələri ), "Analar", "Bu mənim tale yolum" (Afaq Bəşirqızı haqqında), "Taleyimdən keçən adamlar", "Məmməd Araza məktub", "Yolum düşə Zəngəzura", "Dağları tərpədən fəryad" (Y. Abdullayeva haqqında), "Yazıçılar təşkilatının rəhbərləri" (Ədəbi tədqiqatlar), və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 333.
Xəyal Salam oğlu Ağaməmmədov
Xəyal Ağaməmmədov 1992-ci il avqustun 23-də Hacıqabul rayonunun Kolanı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Ağaməmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Ağaməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Cəlil oğlu Alışov
Alışov Samir Cəmil oğlu 1997-ci il avqust ayının 23-də Hacıqabul rayonunun Qubalı kəndində anadan olub. Samir Alışov sentyabrın 29-da könüllü olaraq döyüşlərə qatılıb. Əsasən Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edən Samir, oktyabr ayının 24-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
Samir Alışov Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Asiman Niyaz oğlu Allahverdiyev
Asiman Allahverdiyev 1998-ci avqustun 23-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər İnternat tipli Gimnaziya məktəbində təhsil alıb. 2016-cı ildə hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Asiman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocəvənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 9-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Allahverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Orxan Elşad oğlu Əlili
Orxan Əlili 2000-ci il avqustun 23-də Şəmkir şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlili 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlili noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İlqar Mehdi oğlu İsmayılov
İlqar İsmayılov 1988-ci il avqustun 23-də Beyləqan şəhərində anadan olub. 1994-2005-ci illərdə F. Hacıyev adına tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun çavuşu olan İlqar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İsmayılov sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində Piyadaların Döyüş Maşınının (PDM) vurulması nəticəsində şəhid olub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlqar İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qəzənfər Habil oğlu Məmmədov
Qəzənfər Məmmədov 1996-cı il avqustun 23-də Gəncə şəhərinin Gülüstan qəsəbəsində anadan olub. 2003-2014-cü illərdə Gəncə şəhərində M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının leytenantı olan Qəzənfər Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qəzənfər Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Xeyrulla oğlu Seyfullayev
Fərid Seyfullayev 1991-ci il avqustun 23-də Xaçmaz şəhərində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Seyfullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Seyfullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Seyfullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəmməd Rəhman oğlu Yusifli
Məhəmməd Yusifli 23 avqust 2001-ci ildə Qax rayonunun Almalı kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Qax rayon Almalı kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məhəmməd Yusifli 2 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Qax rayonunun Almalı kəndində dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Yusifli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Yusifli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.