27 Avqust
Şəmsi Mahir oğlu Cəfərov
Şəmsi Cəfərov 27 avqust 2001-ci ildə İmişli rayonunun Boşçalılar kəndində Mahir Cəfərovun ailəsində anadan olmuşdur. Əslən Füzuli rayonunun Aşağı Veysəlli kəndindəndir. 2008-2019-cu illər ərzində əvvəlcə, Bakı şəhər Sabunçu rayon 213 nömrəli liseydə, sonra isə Füzuli rayon 6 saylı Qayıdış qəsəbə tam orta məktəbində orta təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Şəmsi Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şəmsi Cəfərov 29 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Tərtər rayonunun Şıxarx qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şəmsi Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəqani Səfa oğlu Əskərov
Xəqani Əskərov 1995-ci il avqustun 27-də Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Əskərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Əskərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Əskərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Turac Suliddin oğlu Həmzəyev
Turac Həmzəyev 1998-ci il avqustun 27-də Qusar rayonunun Hiloba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Turac Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Turac Həmzəyev oktyabrın 11-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Turac Həmzəyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Nicat Vasif oğlu İbişov
Şəhid İbişov Nicat Vasif oğlu 2000-ci il avqustun 27-də Mingəçevir şəhərində dünyaya gəlib. 21 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılıb. Talış Suqovuşan bölgəsində döyüşüb. 2020-ci il oktyabrın 18-də müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində şəhid olub.
Nicat Vasif oğlu İbişov ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Aqil Mehman oğlu Mirzəliyev
Aqil Mirzəliyev 1999-cu il avqustun 27-də İsmayıllı rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İsrail Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil almışdır. O, 2020-ci il sentyabr ayının 27-dən başlayan İkinci Vətən müharibəsində fəal iştirak etmişdir. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaət göstərmişdir. Aqil Mirzəliyev 20 oktaybr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 23-ü Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Aqil Mehman oğlu Mirzəliyev ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.
Cavid Telman oğlu Paşazadə
Cavid Paşazadə 27 avqust 2001-ci ildə Bakıda Sulutəpə qəsəbəsində doğulub. Orta təhsilini 217 nömrəli orta məktəbdə alıb. 2019-cu ilin oktyabrın 1-də həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin oktyabrın 29-da Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 15 dekabr 2020-ci ildə- ölümündən sonra əsgər Paşazadə Cavid Telman oğlu "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Mehdi Sübhi oğlu Qənbərli
Mehdi Qənbərli 27 avqust 2001-ci ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olmuşdur. 2018-ci ildə Lənkəran rayonunun Tatoba kənd tam orta məktəbinin məzunu olmuş və 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətdə yola düşmüşdür. Vətən müharibəsində 3 noyabrda Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Mehdi Sübhi oğlu Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Etibar Fazil oğlu Şirinov
Etibar Şirinov 27 avqust 1993-cü ildə İsmayıllı rayonunun İvanovka kəndində doğulub. Orta təhsilini doğulduğu kənddə almışdır. Etibar Azərbaycan Ordusunda müddətli hərbi xidməti zamanı kəşfiyyatçı olmuşdur. Atası Şirinov Fazil Birinci Qarabağ müharibəsinin qazisidir. Etibar Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. Zəngilan rayonu ərazisində Ziyarətgah dağı uğrunda gedən döyüşlərdə yaralanır və yenidən döyüşlərə qatılır. Hadrut, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edir. Etibar 9 noyabr 2020-ci ildə Zəngilan rayonu ərazisində azad olunmuş kəndlərin birində öz döyüşçü yoldaşları ilə nəzarət işini təşkil edərkən, orada gizlənmiş mənfur düşmənin gülləsinə tuş gəlmişdir. Ailəli idi.
Etibar Fazil oğlu Şirinov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edildi.
İlkin Aslan oğlu Şükürov
İlkin Şükürov 1995-ci il avqustun 27-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2001-2010-cu illərdə S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə eksternat qaydada imtahan verərək həmin məktəbin XI sinfini bitirib. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İlkin Şükürov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində torpağa tapşırılıb. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Şükürov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.