1 Sentyabr
Yazıçı Əli Səmədlinin 95 illiyi, (1930)
Əli Səmədli 1930-cu il sentyabrın 1-də Azərbaycanda Göyçay rayonunun Mallı Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Göyçay şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitunun teatrşünaslıq fakültəsində təhsil almışdır. (1948-1953). Sonra Azərbaycan Mədəniyyət Nazirliyində inspektor, respublika Kinoprokat Idarəsində rəis müavini, Azərbaycan Kinomatoqrafçılar ittifaqında sovet incəsənətinin təbliği bürosunun direktoru, M. Əliyev adına Dövlət incəsənət institutunda müəllim, “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur (1954-1973), Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri redaksiyasında redaktor (1973-1987), radionun uşaq verlişləri şöbəsində redaktor (1987-2000), Azərbaycan Yazıçılar Birliyində uşaq ədəbiyyatı bölməsinin rəhbəri işləmişdir. Ədəbi yaradıcılığa 1959-cu ilin mayında “Ədəbiyyat və incəsənət “ qəzetində çap olunan “ Unuda bilmirəm “ adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çıxış etmişdir. Onun 36 səhnə əsəri vardır. Bunlardan “Artıq tamah baş yarar”, “Hərənin bir ulduzu“, “Kibrit çöplərinin macərası“, “Sehrli xalça” nağıl - pyesləri,“ Sarıtel xanım” komediyası, “Əzablı günlərin sonu“, “Atalar və oğullar“, “Generalın uşaqlığı“, “Ölüm hökmü”, “Qanlı bənövşə“ pyesləri respublika dövlət teatrlarında tamaşaya qoyulmuşdur. “Artıq tamah baş yarar” nağıl- pyesi 1964-1988 - ci illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 250 dəfə tamaşaya qoyulmuşdur. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Göyçayda “Arvan” adlı kitabxana - muzey açmışdır. Həmin kitabxanaya on beş mindən artıq kitab: yüzlərlə – etnoqrafik əşya, rəsm və heykəltəraşlıq əsərləri hədiyyə etmişdir. Eyni zamanda qədim Dərbənd şəhərində “Şirvan” adlı kitabxana – muzey yaratmışdır.
Əsərləri: “Aqil babanın nağılları” (1962), “Bir rayonun kinomexanikləri” (1964), “Məktəb səhnəsi” (1969), “Xəbərçi zəng” (1971), “Qarlı gündə” (1973), “Çinar ömrü uzun olur” (1975),”Tərgül və Zərgül” (1977), “Hər kəsin öz nəğməsi var” (1979), “Tapmacalar” (1979), “Generalın uşaqlığı” (1991), “Nağıllar, əfsanəli pyeslər” (1992), “Sehrli ağac” (1993), “Seçilmiş əsərləri” (1996), “Beş ömrün bir yolu” (1997), ”Qanlı bənövşə” (1998), “Çinarlı şəhərin nəğmələri” (1998), “İki ömür yaşayan adam” (1999), “Ömrümə düşən işıq” (1999), “Əfsanələr, şeirlər, yanıltmaclar”, “Yetmiş ilin sevinci” (2000), “Romana bənzər həyat“ (2001), “Çinarlı şəhərim mənim”(2003). Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S.257.
Yazıçı, dramaturq Oqtay Salamzadənin 95 illiyi, (1930-2012)
Oqtay Salamzadə 1930-cu il sentyabrın 1-də Füzuli rayonunun Cuvarlı kəndində doğulub. 1948-1953-cü ilələrdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb. 1954-1959-cu illərdə Bakı Şəhər Komsomol Komitəsinin, Komsomolun Mərkəzi Aparatının katibi işləyib. 1959-1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Oqtay Salamzadə 1963-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib. Daha sonralar Beynəlxalq Jurnalistlər Təşkilatının Rəyasət Heyətinin üzvü, SSRİ Jurnalistlər İttifaqı Təftiş Komissiyası sədrinin müavini olub. 1976-1979-cu illərdə “Kitabsevərlər” Cəmiyyətinin baş redaktoru işləyib. 1979-1984-cü illərdə “Yazıçı” nəşriyyatında böyük redaktor kimi çalışıb.1989-1993-cü illərdə “Karvan” jurnalının baş redaktoru olub. 1993-cü ildən ölümünədək Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası sədrinin müavini olub. Oqtay Salamzadə Sovetlər dönəmində populyar olan “Bizim nəsil” adlı romanın müəllifi idi. 2012-ci il aprelin 2-də vəfat edib.
Əsərləri: “Bizim nəsil” (1958), “Qızıl torpaq” (1963), “Sənin məhəbbətinlə” (1965), “İsgəndərin övladları” (1968), “Sənin məhəbbətinlə” (1978), “İkinci güllə” (1981), “Dünyanın zinəti” (1983), “Odlu peşə” (1986), “Əsrlərin sirri” (1989), “Sevgi iztirabı” və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 695.
Yazıçı, tarixçi Mahmud İsmayılovun 105 illiyi, (1920-2002)
Mahmud İsmayılov 1920 - ci il sentyabrın 1- də Şəkidə anadan olmuşdur. Tarixi elmlər doktoru (1961), professor (1963), Azərbaycan EA müxbir üzvü (1983), əməkdar elm xadimi. M.İsmayılov 1946 - cı ildən Azərbaycan EA Tarix İnstitutunda işləmişdir. İnstitutda əmək fəaliyyətinə o, laborantlıqdan başlamış, sonra aspirant, kiçik elmi işçi, baş elmi işçi olmuş, 1952 - ci ildə Azərbaycanın yeni tarixi şöbəsinin rəhbəri, 14 ilə yaxın (1954 - 1968) institut direktorunun müavini, 1968 - 1983 - cü illərdə şöbə müdiri işləmişdir. 1983-cü ildən yenidən elmi hissə üzrə direktor müavini olmuşdur. M.İsmayılov XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan kəndinin məhsuldar qüvvələrinin tarixi problemlərini ümumiləşdirərək 1961-ci ildə müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etmişdir. M.İsmayılov 200 ç.v. həcmində elmi işin, o cümlədən 150 monoqrafiyanın, 40 - dan artıq elmi - kütləvi məqalənin müəllifidir. Onun redaktəsi ilə 30- a yaxın kitab çapa hazırlanmışdır. O, bir sıra respublika, ümumittifaq və beynəlxalq elmi konfransların, simpoziumların və sessiyaların iştirakçısıdır. M.İsmayılov eyni zamanda yeddi tarixi romanın: “Ağ yapıncı”, “Xaqani”, “El üçün yan”, “İki od arasında”, “Sənin ulu baban”, “Qara Yusif”, “Uzun Həsən”- in müəllifidir. Bütün deyilənlər bir daha sübut edir ki, onun elmi və bədii yaradıcılığında yalnız bir məqsəd var: Vətəninə, xalqına, millətinə, dilinə, mədəniyyətinə, tarixinə tükənməz övlad məhəbbəti. Mahmud İsmayılov 2001- ci ildə dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Ağ yapıncı”(tarixi roman)” (1980), “Şəki” (1981), “Xaqani (tarixi roman)” (1982), “El üçün yan”(tarixi roman) (1986), “İki od arasında (tarixi roman” (1987), “Sənin ulu baban”(1989), “Qara Yusif” (1991), “Azərbaycan tarixi” (1992), “El atası” (1994) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 522.
Elnur Şaiq oğlu Abışov
Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. O, 2020-ci ildə qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatılıb. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib. 7 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Abışov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Faiq Mehdi oğlu Adıgözəlov
Faiq Mehdi oğlu Adıgözəlov sentyabrın 1-i 1996-cı ildə Yevlax rayonunun Nemətabad kəndində anadan olub. Faiq Adıgözəlov Vətən müharibəsi dövründə Gülüstan, Ağuçuq, Talış-Suqovuşan istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. 29 sentyabr 2020-ci il tarixində Ağuçuq istiqamətində qarşı tərəfin əlaqə yolunu kəsərək hücum edən düşmən tankının irəliləməsinə əngəl olub. Suqovuşan istiqamətində düşmənin hücuma keçən PDM-2 zirehli texnikasını sıradan çıxarıb. Faiq 2020-ci il oktyabrın 10-da düşmən mövqeyinə hücum zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamına əsasən Faiq Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər Sərəncamına uyğun olaraq Faiq Adıgözəlov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.
Elmir Gündüz oğlu Akifzadə
Elmir Akifzadə 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində anadan olub. 2004-2015-ci illərdə Banbaşı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Akifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Akifzadə oktyabrın 9-da Hadrut döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Akifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xəyal Rafiq oğlu Cəbrayılov
Xəyal Cəbrayılov 1998-ci il sentyabrın 1-də Ucar rayonunun Lək kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyal Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəbrayılov noyabrın 4-də Şuşa döyüşləri zamanı Daşaltı istiqamətində şəhid olub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Orxan Sabutay oğlu Cümşüdov
Cümşüdov Orxan Sabutay oğlu 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Cümşüdov noyabrın 4-də Xocavənd istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Goranboy rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Orxan Cümşüdov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mahir Qərib oğlu Dadaşzadə
Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.Mahir Dadaşzadə oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ağayusif Mübariz oğlu Əliyev
Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Xocavənd döyüşlərində vuruşmuşdur. Ağayusif Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Sadiq Tahir oğlu Feyziyev
Feyziyev Sadiq Tahir oğlu 1 sentyabr 1993-cü il Yardımlı rayonu Zevin kəndində doğulmuşdur. Azərbaycan Ordusunun giziri olan Feyziyev Sadiq Tahir oğlu 29 sentyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə döyüşlərində vuruşaraq şəhid olmuşdur. 2020-ci il noyabrın 18-də Yardımlı rayon Zevin kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Feyziyev Sadiq Tahir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Fuad Ceyhun oğlu Haşımov
Fuad Haşımov 1996-cı il sentyabr ayının 1-də Abşeron rayonunun Digah qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Abşeron rayonu S.Məmmədov adına Digah qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2013-cü ildə isə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Fuad Haşımov Füzuli ,Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabr ayının 22-də Xocavəndin Tuğ kəndində ağır yaralanıb, yaralı halda ayağa qalxaraq son damla qanına qədər vuruşaraq şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Haşımov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Əli Əvəz oğlu Məmmədov
Əli Əvəz oğlu Məmmədov 1998-ci il sentyabrın 1-də anadan olmuşdur. 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalmışdır. İgidimizin nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə gətirilərək torpağa tapşırılmışdır.
Əli Əvəz oğlu Məmmədov ölümündən sonra üç medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Əlizamin Valeh oğlu Mustafalı
Əlizamin Mustafalı 1997-ci il sentyabrın 1-də Beyləqan rayonunda anadan olub. 2003-2012-ci illərdə Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2020-ci il iyul döyüşləri zamanı General Polad Həşimov şəhid olandan sonra cəbhədə döyüşmək üçün könüllü yazılıb. Azərbaycan Ordusunun əsgəri olan Əlizamin Mustafalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. O, oktyabrın 21-də Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Mustafalı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zaur İsmayıl oğlu Nudirəliyev
Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. Zaur Nudirəliyev 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır. Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən Vətən müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və bu iş Zaur Nudirəliyevə tapşırmışdır. O, nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırmışdır.Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmişdir, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı və "Su-25" hücum təyyarəsi Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vuruldu. Beləliklə, Zaur Nudirəliyev şəhid oldu. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahmar Nazim oğlu Səfərov
Şahmar Səfərov 1997-ci il sentyabrın 1-də Şərur rayonu Siyaqut kəndi anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Şahmar Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Şahmar Səfərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Səfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəyal İman oğlu Şəkərov
Xəyal Şəkərov 1998-ci il sentyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Xəyal Şəkərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Şəkərov oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Şəkərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Allahyar Elman oğlu Telmanlı
Allahyar Telmanlı 1992-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Allahyar Telmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahyar Telmanlı oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Fərid Güloğlan oğlu Vəliyev
Fərid Vəliyev 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Vəliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Vəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Böyükağa Elbrus oğlu Yusibli
Yusibli Böyükağa 2000-cü il sentyabrın 1-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. O, 2020-ci ildə MAXE kimi xidmətə başlayıb. Tuşlayıcı -operator olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Böyükağa sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Böyükağa Yusibli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.