4 sentyabr

Şairə Aləmzər Əlizadənin 75 illiyi, (1950)

Aləmzər Əlizadə1950-ci il sentyabrın 4-də Azərbaycanın Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. İndiyədək balalarımız üçün onun bir neçə şeir kitabı nəşr olunmuşdur. 1973-cü ildə “Sarı eynək” adlı ilk kitabını nəşr etdirən Aləmzər Əlizadə özünü istedadlı bir uşaq yazıçısı kimi tanıtmışdır. Bundan sonra onun “Küsən güllər”, “Şəfəqin sırğaları”, “Ətirli kəpənək”, “Ülviyyənin kitabı” adlı əsərləri nəşr olunmuşdur. Aləmzər Əlizadə orijinal, duzlu-məzəli şeirləri ilə balacaların rəğbətini qazanmışdır. Uşaqları dərin məhəbbətlə sevməsi, xarakterində uşaqlara məxsus kövrək cizgilərin olması, balacaların həyatını diqqətlə müşahidə etməsi, yumor duyğusu Aləmzər Əlizadənin uşaq şeirlərinin uğurlarını təmin edən cəhətləridir. Şairin “Fışqırıq”, “Təriş göbələk yığır”, “Axan beş”, “Meyvə çıxdı”, “Acığa düşən çəkmə”, “Şadlıq”, “Üzən top”, “Nəğmə yadımdan çıxdı”, “Laləli divar” və s. şeirləri uşaq təfəkkürünə uyğundur. Bu və ya buna bənzər digər yazıları oxuyanda adamın üzünə istər – istəməz təbəssüm qonur. Təbii, uşaq sadəlövhlüyündən doğan yumor şeirlərin bədii dəyərini artırır, onları oxunaqlı edir. Aləmzər Əlizadənin mətbuat səhifələrində görünən ilk şeirlərindən hiss olunurdu ki, onun uşaq aləmini dərindən duya bilmək, uşaqları maraqlandıran mövzuları yaxşı qavramaq, uşaqlara poeziyanın estetik dili ilə danışmaq, bir sözlə, uşaq dünyasına nüfuz etmək qabiliyyəti güclüdür. Axı, hər yazıçı yaxşı uşaq yazıçısı ola bilmir. Onun hər bir kitabını oxuduqda adam özünü uşaqlıq aləmində hiss edir, “uşaqlaşır”, gözəl uşaqlıq xəyallarına qapılır, uşaqlarla birlikdə evcikdə oynayır, kəpənək qovur, gül-çiçək toplayır, heyvanlarla danışır, buludlarla səyahətə çıxır. Aləmzər Əlizadə uşaqlar üçün xeyli mənzum nağıl da yazmışdır. Onun “Kirpilər”, “Toya gecikən tülkü” və s. bu kimi nağılları da uşaqlar üçün maraqlıdır. Uşaq aləminə nüfuz etmək, onları düşündürmək, ovundurmaq, onlara bədii zövq vermək çətin və məsuliyyətlidir. Bu çətinliyi həssalıqla duymaq, bu zəhmətin şirin bəhrəsini görmək böyük bacarıq və istedad tələb edir.

Əsərləri: “Fələk və mən” (2007), “Gözdən çıxan qara tikanlar” (1997), “Göyün işığı” (1994), “Adımdan danışıram” (1994), “Eldənizin dünyası” (1990), “Ülviyyənin kitabı” (1989), “Dəvə və şeşəqulaq” (1988), “Ətirli kəpənək” (1986), “Şəfəqin sırğaları” (1982), “Küsən güllər” (1979), “Sarı eynək” (1973)

Kitablarda: İydələr ; İpək kombinatında ; Bacımın kitabı // Uşaq ədəbiyyatı.- Bakı: “Təhsil” nəşriyyatı, 2002.- 221s, Yaman nigaranam ; Cücələr ; Rəhim ; Şəhəri dolanırıq ; Sözə baxan : şeirlər // Doğdu günəş qırmızı. - Bakı: Gənclik, 1983. - 57 s,  Ayna və Sona ; İşsiz daraq ; Əmimin kranı  və s.: şeirlər // Peyk.- 1980.- 4 aprel.- № 13.-s.4, Ay nə gəzir, üzən top // Mənim bağım, baharım...- Bakı: Gənclik, 1980.- s.29

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 55.

 

Nicat Mirnəbi oğlu Abdullayev 

Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-ci ildə Saatlı rayon Seyidlər kəndində doğulub. İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. II Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicat oktyabrın 29-da Saatlı rayon Seyidlər kəndində dəfn olunub.

Abdullayev Nicat ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

Əhməd Tahir oğlu Amanov

Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. 2000-2009-cu illərdə Salahlı kənd B. Alıyev adına tam orta məktəbdə orta təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Əhməd Amanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq vuruşmuşdur. 28 sentyabr 2020-ci ildə istifadə etdiyi birinci və ikinci tank qarşı tərəfin atəşi nəticəsində yansa da, o, həmin tanklardan sağ çıxmışdır, lakin, komandiri aldığı yaradan şəhid olmuşdur. İstifadə etdiyi üçüncü tankla döyüş tapşırığını yerinə yetirərkən qarşı tərəfin intensiv atəşi səbəbilə tankının yanması nəticəsində şəhid olmuşdur. Yevlax rayonunun Salahlı kəndində dəfn edilmişdir. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Asim Çingiz oğlu Cəfərli

Cəfərli Asim Çingiz oğlu 2001-ci il sentyabrın 4-də Bərdə şəhər Piyadalar kəndində doğulub. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən  əsgər Cəfərli Asim Çingiz oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

 

 

Rəfail Əhmədağa oğlu İşiyev

Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya gəlib. Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və idarə etdiyi BMP vurulmuşdur. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılmışdır. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurmuşdur. İkinci dəfə də texnikası vurulmuş və yaralanmışdır. Amma, bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP-ilə döyüşlərə qatılaraq düşmənə qan uddurmuşdur. Son döyüşü isə Xocavənd istiqamətində olmuşdur. Rəfail İşiyev noyabrın 3-ü Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elvin Azim oğlu İsizadə

Elvin İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində dünyaya göz açıb. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbində təhsil almışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin İsizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rəşad Fərəməz oğlu Məmmədov

Rəşad Məmmədov 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbdən məzun olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatında vuruşmuşdur. Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xudayət Vilayət oğlu Orucov

Xudayət Orucov 1987-ci il sentyabrın 4-də Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. 1994-2005-ci illərdə Ş. Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xudayət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayət Orucov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində dəfn olunub. Nişanlı idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xudayət Orucov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Səyyad Abdul oğlu Şıxıyev

Səyyad Şıxıyev 1999-cu il sentyabrın 4-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Səyyad Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səyyad Şıxıyev oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qaralar dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hümbət Mərhəmət oğlu Yaqubov

Hümbət Yaqubov 4 sentyabr 1998-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Hacıqabul rayon Meyniman kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Hümbət Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində 15 oktyabr tarixindən pulemyotçu olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hümbət Yaqubov 27 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Həmin ilin 30 noyabr tarixində Hacıqabulda dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hümbət Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hümbət Yaqubov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hümbət Yaqubov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hümbət Yaqubov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.