5 Sentyabr

Xalq artisti Səyavuş Aslanın 90 illiyi, (1935-2013)

Aslanov Səyavuş Məmmədağa oğlu 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur. Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru olmuş və bir çox rəngarəng obrazlar yaratmışdır: Mindilli ("Nişanlı qız", S. Rəhman), Luka ("Həyatın dibində", M. Qorki), Ağaəli ("Günah", R. Əlizadə), Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt), Oddamdı ("Od gəlini", C. Cabbarlı), Fəriş ("Bizim qəribə taleyimiz", İ. Əfəndiyev), Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev), Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev), Vanya Koxa ("Hökmdar və qızı", İ. Əfəndiyev), Qərib Qulam ("Mənsiz dünya", N. Xəzri), Əsdulla ("Ah, Paris…Paris!..", Elçin), Kişi ("Mənim ərim dəlidir", Elçin), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Yoldaş tək ("Poçt şöbəsində xəyal", Elçin), Poloni ("Hamlet", U. Şekspir), Sarı ("Varlı qadın", Ə. Əmirli) və s. Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Səyavuş Aslan prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Səyavuş Aslan ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Filmoqrafiya:Bizim qəribə taleyimiz (film, 2005), Cin mikrorayonda (film,1985), Dəvətnamə (film, 2003), Evlənmək istəyirəm (film, 1983), Evləri köndələn yar (film, 1982), Əhməd haradadır? (film, 1963) - rol: Saqqal Ramiz, Əzablı yollar (film, 1982), Fırıldaqçı (film, 1983), Girişmə, öldürər! (film, 1990), Hacı Qara (film, 2002), Köç (film, 1986), "Qayınana" (film, 1999), Qəm pəncərəsi (film, 1986), Sabiqlərin yeni sərgüzəştləri (film, 2000), Ulduz (film, 1964), Yaşıl eynəkli adam (film, 1987), Yol əhvalatı (film, 1980), Yuxu (film, 2001) və s.

 

Şair Əliyev Azadın 60 illiyi, (1965)

Əliyev Azad Aşurəli oğlu şair, 2007 – ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı (2008)

Azad Əliyev 1965-ci il sentyabrın 5-də Azərbaycanda Yardımlı rayonunun Arvana kəndində anadan olmuşdur. Burada kənd səkkizillik (1972-1980), qonşuluqda olan Çayüzü kəndində orta məktəbi (1980-1982) bitirmişdir. Lənkəran Dövlət Pedoqoji Texnikumunda təhsilini davam etdirmişdir(1982-1988). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Yardımlı rayonundakı Urağan kənd məktəbində ibtidai sinif müəllimi kimi başlamışdır. (1988-1992). Ədəbi fəaliyyətə müəllimlik illərindən başlamışdır. İlk şeirləri Lənkəranda nəşr edilən “Leninçi” qəzetində işıq üzü görmüşdür. Sonra “Əsgər”, “Ordu” qəzetlərində müntəzəm çıxış etmişdir. İki şeirlər toplusu – “Sənə borcluyam vətən” və “Ümid çırağı”(2009) kütləvi tirajla nəşr olunmuşdur. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 53.

 

Şair Bəxtiyar Əliyarın 65 illiyi, (1960)

İbayev Bəxtiyar Şaban oğlu şair, 2001 – ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü.

1960-cı il sentyabrın 5-də Azərbaycanda, Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində doğulmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Lənkəran “Xəzər” gülçülük sovxozunda və meyvə-tərəvəz konserv kombinatında fəhləlik etmişdir (1977-1979).

Azərbaycan dövlət Pedoqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakultəsində təhsil almışdır. (1979- 1983). Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır. İlk qələm təcrübələri “Lənkəran” qəzetinin 1993-cü il nömrələrində dərc olunmuşdur. Dövrü mətbuatda vaxtaşırı çıxış etmişdir. “Şəfəq” jurnalının yaradıcı heyətinin tərkibinə daxil olmuşdur (1999). “V-XI siniflərdə mətn”, “Orta məktəbdə ifadə” (2002) dərs vəsaitlərinin müəllifidir. İlk şeirlər toplusu “Birincilər” 1999-cu ildə nəşr edilmişdir.

Əsərləri: “Birincilər”  (1999), “Yay yağışı” (2005), “ 55 ilin işığında “ , “Silinməz izlər” , “Ədəbiyyət işığı” və s. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. 2011.S 125.

 

Taryel Fəxrəddin oğlu Atayev 

Taryel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tariyel Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tariyel Atayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tariyel Atayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ayşad Qaryağdı oğlu Əzizov

Ayşad Əzizov 1990-ci il sentyabrın 5-də Azərbaycanın Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur. Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Həmin gün Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayşad Əzizov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İmaməddin Muxtar oğlu Hümbətov

İmaməddin Hümbətov 5 sentyabr 1998-ci ildə Babək rayonunun Payız kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı olaraq fərqlənmişdir. İmaməddin Hümbətov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elvin Dayandur oğlu Məmmədov

Elvin Məmmədov 1988-ci il sentyabrın 5-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cavid Əmirxan oğlu Qarayev

Cavid Qarayev 1984-cü il sentyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Cavid Qarayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Qarayev oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun Kərimbəyli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Qarayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.