15 Sentyabr

Azərbaycan Kukla Teatrının yaradıcısı aktyor, rejissor Mollağa Bəbirlinin anadan olmasının 120 illiyi, (1905-1970)  

      Azərbaycanda Kukla Teatrının dövlət səviyyəsində təşəkkülünün təşəbbüskarı və yaradıcısı Mollağa Bəbirli olub. O, 15 sentyabr 1905-ci ildə Bakıda doğulub. 1927-1928-ci illərdə Moskvada qrim və Kukla teatrı ixtisası üzrə təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib. 1930-cu illərin ikinci yarısında Mollağa Bəbirli dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və Cəlil Məmmədquluzadənin "Ölülər" pyeslərinin Kukla teatrı variantlarını işləyib və özü də tamaşaya hazırlayıb.1938-ci ildə Dövlət Kukla Teatrı müstəqil sənət ocağı kimi iki il indiki Mahnı Teatrının binasında fəaliyyət göstərib. 1946-cı ildə Kukla Dövlət Teatrı Mollağa Bəbirlinin direktorluğu və bədii rəhbərliyi ilə yenidən müstəqil kollektivə çevrilib. Teatr 190 saylı məktəbin binasında yerləşib. Vaxtilə Dərbənd Dövlət Azərbaycan Teatrında aktyorluq etmiş Nadir Zamanovun kollektivə gəlişi rejissurada və üslub axtarışlarında təkanverici rol oynayıb. 1949-cu ildə teatrların özlərini maliyyələşdirmə iş sisteminə keçməsi ilə əlaqədar olaraq Azərbaycanda ondan çox dövlət teatrı, o cümlədən Kukla teatrı bağlanıb. Nadir Zamanovun fədakarlığı və rəhbərliyi ilə kiçik heyətdə teatr dəstəsi yaranıb və truppa 1 yanvar 1950-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyətə başlayıb. 1962-ci il noyabr ayının 15-də Kukla teatrı dəstəsi yenə GTT-nin kollektivinə daxil olub. Həmin kollektiv 6 may 1963-cü ildə Bakıdakı Orkestr Musiqiçiləri Bürosunun sərəncamına verilib. Azərbaycan Respublikasının Nazirlər Soveti 1964-cü il aprel ayının 15-də truppanın dövlət statusunun bərpa edilməsi barədə qərar imzalayıb. Bunun əsasında Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyətə başlaması barədə 3 fevral 1965-ci ildə 17 saylı əmr verib. Hazırda teatrın Dənizkənarı bulvardakı binası kollektivin sərəncamına keçib. Teatr 1965-ci il sentyabrın 25-də Mirvarid Dilbazinin "Göyçək Fatma" nağıl-pyesinin tamaşası ilə pərdələrini açıb. Sənət ocağının 1965-ci ildəki bərpa dövründən sonra Dövlət Kukla Teatrının truppasında Azərbaycan Respublikasının əməkdar artistləri Oqtay Dadaşov, Şəfiqə Axundova, Həsənağa Hüseynov, aktyorlardan Şahmar Hüseynov, Ruslan Həsənov, Xədicə Seyidova kimi təcrübəli sənətkarlar çalışmışlar. Azərbaycan Dövlət Kukla Teatrı Moskvada (1937, 1977 və 1995), Yəmən Ərəb Respublikasında (1973), Türkmənistan Respublikasında (1989), İran İslam Respublikasında (1990 və 1992), Türkiyənin Ankara (1991) və İstanbul (1998) şəhərlərində qastrollarda olub, beynəlxalq festivallarda, müxtəlif sənət bayramlarında iştirak edib. Kukla teatrı özünün fəaliyyəti dövründə "mil", "əlcək" ("qolçaq"), "döşəmə" (hündür), marionet Kuklalarla yanaşı, aktyor-Kukla formalarında da tamaşalar hazırlayıb.İnternetdə:https://az.wikipedia.org/wiki /Mollağa   Bəbirli

 

Bilik Günü, (2004)

Sentyabrın 15-i  Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik Günüdür. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Heydər Əliyevin imzaladığı "Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Ümummilli liderin Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafında böyük işlər görülüb. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. Prezident İlham Əliyevin sərəncamı ilə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir. Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb tikilib və yenidən qurulub, həmçinin  40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır.  Ümumilikdə isə, hər yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir.   

 

Beynəlxalq Nöqtə Günü, (2009)

Bu bayramı, əsasən, Uşaq Yaradıcılıq Mərkəzlərində, uşaq kitabxanalarında keçirirlər. Beynəlxalq Nöqtə Gününün tarixi ingilis rəssamı Piter Q.Reynoldsun 2003-cü ildə yazdığı “Nöqtə” kitabı ilə bağlıdır. Bu kitabda şəkil çəkməyi bacarmayan balaca qız haqqında danışılır. Daha doğrusu, qıza elə gəlir ki, o, şəkil çəkə bilmir. Rəsm dərsində Vaşti sadəcə kağızı nöqtələyirdi. Lakin müəllimə ondan şəkilin altında imzasını qoymağı xahiş edir və nöqtəni gözəl çərçivəyə salıb divardan asır. “Mən daha yaxşı çəkə bilərəm”, – deyə Vaşti qərara gəlir və məlum olur ki, bu, həqiqətən belədir. Bu kitab çoxlu mükafatlar alır, Çikaqo kitabxanasının versiyası üzrə “İlin kitabı” seçilir və bir çox dillərə tərcümə olunur. 2009-cu ildə müəllim Terri Şey ilk dəfə Nöqtə Gününü qeyd edir. O gündən bəri Beynəlxalq Nöqtə Günü hər il qeyd olunur. Nöqtə günündə iştirak etmək üçün təsviri sənət studiyasında olmaq məcburi deyil. Kitabı satın almaq olar. Layihənin saytında qeydiyyatdan keçdikdən sonra isə metodiki vəsaiti və hətta proyektor üçün “Nöqtə”ləri yükləmək olar. 

Öz nöqtənizdən başlayın! Ən yaradıcı fikirlərinizi və layihələrinizi həyata keçirin!

 

Elnur Şahmurad oğlu Cabbarov 

Elnur Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədidə anadan olmuşdur. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə Elnur könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulduqdan sonra yollanır. Döyüşlərdən birində ağır yaralansa da, yenidən döyüş meydanına qayıdır. O, Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Laçın dəhlizinin işğaldan azad edilməsi də Elnur və onun komandasına tapşırılmışdı. Əsgər Elnur Cabbarov 5 noyabr 2020-ci ildə Şuşa döyüşlərində ağır yara almış, əvvəlcə Hadruta, oradan Bakıya aparılmışdır. 1 həftəlik komadan sonra 12 noyabr 2020-ci ildə Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Ağcabədi rayonunda dəfn olunmuşdur. Ailəli idi. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rəşad İlqar oğlu Ələkbərov

Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır. Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir. Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Rəşad İlqar oğlu Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

 

Hüseyn Sahib oğlu Əliyev 

Hüseyn Sahib oğlu Əliyev 15 sentyabr 2000-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 2006-2017-ci illərdə M. Əliyev adına Əsrik Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Hüseyn Əliyev 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseyn Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hüseyn Əliyev oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. 2021-ci il yanvarın 14-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əsgər Əliyev Hüseyn Sahib oğlu ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Nicat Qorxmaz oğlu Əlizadə

Nicat Qorxmaz oğlu Əlizadə 15 sentyabr 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Tinli kəndindən olan Nicat ilk təhsilini Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayon, Hal kənd tam orta məktəbində alıb. 2016-cı ildə Biləsuvar rayonu ərazisində salınmış 11 saylı qəsəbədə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin ümumi orta təhsil pilləsini bitirərək Cəbrayıl rayon 131 nömrəli Peşə məktəbində təhsilini davam etdirib. Nicat 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış qəbiristanlıqda dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Nicat Qorxmaz oğlu Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. 

 

 

İsabala Ceyhun oğlu Hüseynov

İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ​ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elnur Elman oğlu Həsənov

Elnur Həsənov 1992-ci il sentyabrın 15-də Ağstafa şəhərində anadan olmuşdur. 1999-2010-cu illərdə Ağstafa şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Elnur Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elnur Həsənov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elnur Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Habelə, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Elnur Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Vüqar Eldar oğlu İsmayılov

Şəhid İsmayılov Vüqar Eldar oğlu 1993-cü il sentyabrın 15-də Mingəçevir şəhərində dünyaya gəlib. O, 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağırılıb. Talış-Suqovuşan istiqamətində döyüşüb. Azərbaycan Ordusunun əsgəri olan Vüqar İsmayılov 2020-ci il oktyabrın 10-da müharibənin qızğın dövründə Talış-Suqovuşan istiqamətində gedən döyüşlər nəticəsində şəhid olmuşdur. 

Vüqar Eldar oğlu İsmayılov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

 

 

Əşrəf Elman oğlu Məmmədli

Əşrəf Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub. 2005-2009-cu illərdə Maçaxı kənd tam orta məktəbində, 2009-2014-cü illərdə Tircan kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əşrəf Məmmədli oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əşrəf Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Orxan Mehman oğlu Mirzəyev

Orxan Mirzəyev 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Mirzəyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. 10 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.