16 Sentyabr

Coğrafiyaşünas, alim, səyyah Hacı Zeynalabdin Şirvaninin 235 illiyi, (1790-1837)

Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə xarici dilləri öyrənməkdə davam edir. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmov yazırdı: Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. Bundan sonra o, dəniz yolu ilə "Səidlər ölkəsinə" (əs-Səidə -Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə "Şam-Rum"a (Anadoluya), Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin Atlantik okeanına və geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları ("Yaşıl dəniz" – şərq coqrafiyaçıları Atlantik okeanını belə adlandırırdılar), Rumeli, Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz, Bağdad. İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə "Riyazüs-səyahət" ("Səyahət bağçaları"), 1827-ci ildə "Hədaiqüs-səyahət" ("Səyahət bağları") və nəhayət, 1833-cü ildə "Bustanus-səyahət" ("Səyahət gülzarı")- Bu əsərlərdə o, bir çox ölkələrin coqrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir. Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür. Zeynalabdin eyni zamanda şair olmuş və Təmkin təxəllüsü ilə şeirlər yazmışdır. Həmin şeirlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan "Divan"ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları Britaniya Muzeyində, Paris Milli Kitabxanasında, Sankt-Peterburqda və İranda saxlanır. Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əskər Həmid Rəbbaninin, B. A. Dornun, N. V. Xanıkovun, E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsusilə qeyd olunmalıdır. 1838-ci ildə Zeynalabdin Şirvani Ciddə şəhəri yaxınlığında dünyasını dəyişib və orada dəfn olunub. 

 

 

Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994)

1994-cü ildə BMT-nin Baş Assambleyası özünün qətnaməsi ilə (A/RES/49/114) sentyabrın 16-nı Beynəlxalq Ozon Qatının Qorunması Günü (International Day for the Preservation of the Ozone Layer) elan etmişdir. Ozon Qatının Qorunması Günü ozon qatını dağıdan maddələr üzrə Monreal protokolunun imzalandığı günlə bağlıdır və 1995-ci ildən qeyd olunur. 

1987-ci il sentyabrın 16-da 36 ölkənin imzaladığı və bu sənədə görə iştirakçı ölkələr ozon qatını dağıdan maddələrin istehsalını məhdudlaşdırmalı və tam dayandırmalıdırlar. Həmin gün Monreal protokolu və ona əlavələrdə qeyd olunan vəzifələr və məqsədlərə uyğun təbliğatın aparılması dövlətlərə tövsiyə olunur. 

Ozon qatı nazik qaz qalxanı şəklində Yeri Günəş radiasiyasının dağıdıcı təsirindən qoruyur. O, yer üzərində nəhəng örtük kimi sərilmişdir. Əgər bu qat çox zəifləyərsə, bu bütün biosfer və canlı aləm üçün fəlakət olar. Ultrabənövşəyi şüaların insan üzərinə düşməsi nəticəsində dəri xərçəngi, görmənin itirilməsi və başqa xəstəliklər yarana bilər. XX əsrin 80-ci illərində alimlər Antarktidada ozonun ümumi tərkibinin iki dəfə azaldığını aşkara çıxardılar. Məhz o vaxtdan “ozon dəlikləri” ifadəsi yarandı. Ozon qatının nazikləşməsinə sənaye müəssisələrinin, zavodların məhsulu olan xlor oksidi təsir göstərir. Biz ozon dəliklərinin yaranmasının qarşısını almaq iqtidarında deyilik. Lakin məişət səviyyəsində əlimizdən gələni edə bilərik. 

 

Yasən Yelmar oğlu Əhmədov 

Yasən Yelmar oğlu Əhmədov 16 sentyabr 1974-cü ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub. 1991-ci ildə orta təhsilini başa vurmuşdur. 27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində baş gizir Yasən Əhmədov ön xəttə yollanaraq ağır döyüşlərdə iştirak edib. Suqovuşan və Talış istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib. O, bir neçə yaralı hərbçilərimizi döyüş meydanından çıxarmaqla itkilərimizin çox olmamasına səbəb olub. Bununla yanaşı bir neçə şəhidimizin nəşini də döyüş meydanından çıxarıb. Qəhrəman gizir oktyabr ayının 9-da Talış yüksəkliyində yaralanıb, Naftalan Mərkəzi Xəstəxanasına gətirilərək orada əməliyyat olunub. Əməliyyat olunduqdan sonra Gəncə Şəhər Mərkəzi xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan daha sonra oradan Bakı şəhərinə, "Yeni Klinika"ya gətirilib. 13 gün komada yatan baş gizir Yasən Əhmədov ayın 22-də şəhadətə ucalıb. Şəhidin nəşi Mingəçevir şəhərinə gətirilib və orada yerləşən "Şəhidlər Xiyabanı"nda torpağa tapşırılıb. Ailəli idi.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş baş gizir Yasən Yelmar oğlu Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yasən Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Rüstəm Mais oğlu Eminli

Rüstəm Mais oğlu Eminli 1999-cu il sentyabrın 16-da Yardımlı rayonunda anadan olub. Rüstəm Eminli 15 oktyabr 2020-ci ildə Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağırılmış və Vətən Müharibəsində iştirak etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Eminli Rüstəm Mais oğlu 2020-ci il noyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa döyüşlərində vuruşaraq şəhid olmuşdur. Yardımlı rayonunun Horonu kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Eminli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Eminli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rüfət Arzu oğlu Eyvazlı

Rüfət Eyvazlı 1994-cü il sentyabrın 16-da anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Eyvazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 15-də Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Eyvazlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Eyvazlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Cavad Cavid oğlu Hüseynov

Cavad Cavid oğlu Hüseynov 1998-ci il 16 sentyabr Lerik rayonunun Çayrud kəndində anadan olub. Cavad Hüseynov 2019-cu ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Cavad Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsində savaşıb. Cavad Hüseynov oktyabrın 17-də Suqovuşan ərazisində gedən döyüşlərdə şəhid olub. 18 noyabrda Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavad Hüseynov "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Kənan Elşad oğlu Həsənov

Kənan Həsənov 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açmışdır. Azərbaycan Ordusunun əsgəri olan Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Elnur İsrafil oğlu Məmmədov

Elnur İsrafil oğlu Məmmədov 1989-cu il sentyabrın 16-da Daşkasən rayonunda anadan olub. O, İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Komandiri və döyüş yoldaşları ilə birlikdə düşmənin iki postunu dağıtmışdır. Döyüş gedən zaman içi dolu erməni zabiti olan UAZ markalı maşının yaxınlaşdığını görən komandiri Elnura başını qaldırmamasını deyib, lakin Elnur sinəsini düşmənə sipər edərək içi zabit dolu UAZ maşınını partladıb, özü isə düşmənin snayper gülləsinə tuş gəlib və qarın nahiyəsindən yaralanmışdır. Elnur Məmmədov 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. O, snayperlə baş nahiyəsindən vurularaq şəhidlik mərtəbəsinə ucalıb. Komandiri onun nəşini çıxara bilmədiyindən düşmənin əlinə keçməsin deyə iki qayanın arasında gizlətmişdir. Elnurun nəşi 49 gün neytral ərazidə qalıb. 50-ci günə keçən gecə komandiri və döyüş yoldaşları onun nəşini gizlətdikləri yerdən götürərək ailəsinə təhvil verib. Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

İsmayıl Elçin oğlu Qədirli

Qədirli İsmayıl Elçin oğlu 1998-ci ilin sentyabrın 16-da Biləsuvar rayonunda anadan olub. 2015-ci ildə orta məktəbi bitirib. 2020-ci il 27 sentyabrda Vətən Müharibəsi başlayanda İsmayıl adını könüllülər siyahısına yazdırır. Oktyabrın 9-da cəbhəyə yola düşür. İlkin olaraq Ağcabədiyə, oktyabrın 14-ü isə Cəbrayıl uğrunda gedən döyüşlərə qoşulur. İsmayıl Qədirli daha sonra Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə şəhid olur. O, 28 oktyabr tarixində Biləsuvar şəhərində dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qədirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qədirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qədirli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ceyhun İsmayıl oğlu Rzayev

Ceyhun Rzayev 1994-cü il sentyabrın 16-da Bərdə şəhərində anadan olub. Əslən Laçın rayonundan idi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ceyhun Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Rzayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Şirnalı Aqil oğlu Talıbov

Talıbov Şirnalı Aqil oğlu 16 sentyabr 1997-ci ildə Nəcəfqulubəyli kəndində dünyaya göz açıb. 2003-cü ildə Rahim İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin 1-ci sinfinə gedib, 2014-cü ildə həmin məktəbi uğurla başa vurub. O, İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. Oktyabr ayının 22-də gərgin döyüşdə qəhrəmanlıq göstərərək şəhid olmuş, Nəcəfqulubəyli kəndində dəfn olunmuşdur. 

Şirnalı Talıbov ölümündən sonra müharibədə göstərdiyi rəşadətə görə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.