19 Sentyabr

Aqil Quliyev (milli qəhrəman)

19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində doğulmuşdur. 1980-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Üçüncü kursda oxuyanda hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Çünki onun marağı artıq başqa bir sahəyə yönəlmişdi. O, 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik etməyə başlayır. İki il sonra Aqilin həyatında ən üzüntülü günlər başlayır.

1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr, digər tərəfdən isə valideynlərinin erməni şovinistləri tərəfindən doğma yurdlarından vəhşicəsinə qovulması onu bərk narahat edirdi. O, nigarançılığa son qoymaq üçün ailəsini də götürüb Bakıya gəlir. Ailəsinə müvəqqəti sığınacaq tapır və sonra təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Bu müraciətdən sonra onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərirlər. Leytenant A.Quliyev rota komandiri təyin edilir. Vətən müdafiəçiləri sırasında onun kiçik qardaşı Nəsimi də var idi. Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edirdi. Bölük Ağdama çatanda Xocalı artıq düşmən mühasirəsindəydi. Aqil vaxt itirmədən öz dəstəsilə ilə Xocalıya yolanır. Əhali dəstənin gəlişini səbirsizliklə gözləyirdi. Güman edirdilər ki, dəstə onları mühasirədən qurtaracaq. Lakin döyüşçülərin sayca az olması və silah-sursatın çatışmaması mühasirəni yarmağa imkan vermədi. 366-cı motoatıcı alay Xocalıya doğru irəliləyirdi. Aqil Quliyev dinc əhalinin müdafiəsini təşkil eləmək üçün var gücü ilə çalışırdı.

Fevralın 25-i… Bu tarix qanla yazılan səhifələrimizdəndir. Döyüş dostları onu təhlükəsiz yerə aparmağa cəhd göstərirlər. Lakin amansız ölüm onları haqlayır. Kətik kəndi yaxınlığında güllələrdən biri onun ürəyinə sancılır. Aqilin də ömrü burda qırılır. Onun cəsədini faciədən 5 gün sonra hadisə yerindən götürmək mümkün olur. Ailəli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidcntinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğluna ölümündən onra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.

 

Famil Vüqar oğlu Ağaşov

Famil Ağaşov 19 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olmuşdu. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdi. Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci ildə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İslam  İlqar oğlu Əhmədov 

İslam Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub. Qardaşı Əli Əhmədovda Vətən müharibəsində şəhid olub. Azərbaycan Ordusunun əsgəri olan İslam Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İslam Əhmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

İslam Əhmədov sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İslam Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Orxan Məhəmməd oğlu Əliyev

Orxan Əliyev 1989-cu il sentyabrın 19-da Bərdə rayonunun Bəcirəvan kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Orxan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Rəşid Pərviz oğlu Həmidov

Həmidov Rəşid Pərviz oğlu 19.09.1999-cu ildə Siyəzən şəhərində anadan olub. 2007-ci ildə Siyəzən şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rəşid Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Murovdağın, Suqovuşan (Tərtər)in və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşid Həmidov oktyabrın 7-də Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan (Tərtər) rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Həmidov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Nurlan Dünyamalı oğlu Malikov

Nurlan Malikov 19 sentyabr 1996-cı ildə Masallı rayonunun Öncəqala kəndində anadan olub.2003-cü ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbin birinci sinfinə daxil olub. Azərbaycan Ordusunun əsgəri Nurlan Dünyamalı oğlu Malikov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli və Qubadlı rayonlarının ərazilərində gedən döyüşlərdə iştirak edibŞəhidin nəşi 31 dekabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Nurlan Dünyamalı oğlu Malikov "İgidliyə görə" medalı ilə təltif edilib.

 

Fərid Zakir oğlu  Mövsümov

Fərid Mövsümov 1987-ci il sentyabr 19-da Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Fərid Mövsümov oktyabrın 30-da şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Mövsümov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

 

Elmar Şirzad oğlu Nəsibov

Azərbaycan Ordusunun giziri olan Elmar Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Nəsibov oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə      Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Nəsibov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sadiq Kamal oğlu Zeynalov

Sadiq Zeynalov 1998-ci il sentyabrın 19-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sadiq Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Zeynalov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sadiq Zeynalov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Ruslan Allahyar oğlu Baladov

Ruslan Baladov 1997-ci ilin sentyabrın 19-da dünyaya gəlib. İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də cəbhə bölgəsində, döyüşlərdə olub və elə müharibənin ilk günündə, sentyabrın 27-də Talış istiqamətində ağır döyüşlərdə qəhrəmancasına Şəhadətə yüksəlib. Şəhidimizin nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, rayon qəbiristanlığında torpağa tapşırılıb.

23 yaşında Şəhid olan Ruslan Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 

Beynəlxalq Piratlar Günü, (1995)

19 sentyabr qeyri-rəsmi olaraq Beynəlxalq Piratlar Günü və ya Piratları Təqlid Günü (International Talk Like A Pirate Day) kimi qeyd olunur. Bu gün “Piratlar kimi danış” da adlandırılır. Çox şən keçən bu bayram dünyanın 40-dan çox ölkəsində qeyd olunur. Həmin gün insanlar piratların danışıqlarını təqlid edir, onların məşhur sözlərini işlədir, bəzən hətta onlar kimi geyinirlər. Bayramın vətəni Amerikanın Oreqon ştatının Olbani şəhəridir. Belə ki, 1995-ci il iyunun 6-da Con Baur və Mark Sammers adlı iki dost zarafat üçün piratların işlətdikləri ifadələrdən istifadə edərək söhbət ediblər. Bu bayramın konsepsiyası da belə yaranıb. 2002-ci ilə qədər bu bayram haqqında məlumat geniş yayılmamışdı. Lakin Deyv Berri adlı jurnalistin məqaləsindən sonra bu haqda məlumat yayılır və bayramın çoxlu pərəstişkarları yaranır. Bu qeyri-adi günü qeyd etmək ənənəsi tədricən Avstraliya, Kanada və İngiltərəyə, daha sonra başqa ölkələrə də yayılıb.