20 Sentyabr
Neftçilər Günü, (1994)
Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il ölkəmizdə Neftçilərin peşə bayramı günü kimi qeyd edilir.
Qeyd olunan tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. Neftçilər Günündə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibətilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib. Hər il 20 sentyabrda Azərbaycan Prezidentinin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter alır.
Ümumdünya Düyü Günü, (2004)
20 Sentyabr – Ümumdünya Düyü Günü BMT-nın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun təşəbbüsü ilə yaranmışdır. Əslində bu əlamətdar gün 1950-ci ildə düşünülsə də, bayram 2004-cü ildə BMT-nın Baş Assambleyası tərəfindən təsis olunmuşdur. Düyü bir çox ölkələrdə populyar olsa da, Şərqi və Cənub-Şərqi Asiya ölkələridə əsas qida hesab olunur və əkilib becərilir.
Arxeoloji qazıntıların nəticələrinə görə, düyü 7000 il əvvəl Çində məlum idi. O daha sonra Hindistana, Koreyaya, Yaponiyaya və s. ölkələrə yayılmışdır. Düyü Orta Asiyada e.ə. təxminən 500-cü ildə məlum olmuş, oradan isə Cənubi Qafqaza gəlib çıxmışdır. Bu gün düyü dadmayan insan təsəvvür etmək çətindir. Demək olar ki, bütün xalqlar düyüdən yeməklər hazırlayırar. Yalnız Uzaq Şimalda yaşayan xalqlar istisna təşkil edirlər.
Beynəlxalq Yarasalar Gecəsi
Yarasa obrazı insanların çoxunda hələ də qorxu yaradır. Bu kiçik gecə heyvanlarının vampir olması haqqında əfsanələr, filmlər insanların onları müxtəlif yollarla məhv etməsinə, nəticədə yarasaların saylarının azalmasına gətirib çıxarmışdır. Bu da, öz növbəsində, təbiətdə tarazlığın pozulmasına səbəb olur. İnsanlara zərər vuran gecə həşəratlarını məhv edən və bir çox bitkilərin tozlanmasında iştirak edən yarasalara xüsusi bir gecə həsr olunmuşdur.
Dünyada hər il sentyabrın 20-dən 21-ə keçən gecə Beynəlxalq Yarasa Gecəsi qeyd olunur. Bu tarix təsadüfən seçilməmişdir. Məhz həmin vaxt uçan siçanların qış məskənlərinə miqrasiyası başlayır. Bayramın məqsədi onların insanlara zərərliliyi haqqında mifləri dağıtmaq, qorunmağa ehtiyaclarının olduğuna diqqəti cəlb etməkdir.
Hikmət Şaiq oğlu Abdullayev
Hikmət Abdullayev 20 sentyabr 1998-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində dünyaya gəlmişdir. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hikmət Abdullayev müharibə bitdikdən sonra Şuşa şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. O, 23 noyabr 2020-ci ildə Şuşa şəhərində xidmət edərkən şəhid olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Abdullayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Ağarəhim oğlu Ağayev
Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Həsən Raqub oğlu Əkbərov
Həsən Əkbərov 20 sentyabr 1997-ci ildə Yevlax rayonunun Yədilli kəndində Raqub Əkbərovun ailəsində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Həsən Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bu döyüşlər gedişatında Tərtər rayonunun Dəstəgül, Tərtər rayonunun Talış kəndində və digər ərazilərin istiqamətində gedən döyüşlərdə fərqlənmişdir. Həsən Əkbərov 30 sentyabr 2020-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Əkbərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xaliq Kamil oğlu Hüseynov
Hüseynov Xaliq Kamil oğlu 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açmışdır. Hüseynov Xaliq 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış və Tərtər-Ağdərə istiqamətində düşmənlə üz-üzə mübarizə aparmağa başlamışdır.
Əsgər Hüseynov Xaliq 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş meydanında qəlpə yarası alaraq şəhid olmuşdur. Onun nəşi ertəsi gün - 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilmiş,ailəsi ilə vida mərasimindən sonra qəsəbə sakinlərinin müşayiəti ilə Rəhimə xanım ziyarətgahına gətirilib və ziyarətgahın girişində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaliq Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhmədağa Novruz oğlu İskəndərov
20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbin birinci sinifinə gedib. 21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılmış, 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən Müharibəsi”-nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak etmişdir. 07.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 15.12.2020-ci il tarixində “Vətən uğrunda” və 24.12.2020 -ci il tarixində “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Abbasəli İmamqulu oğlu İsmayılov
Abbasəli İsmayılov 1995-ci il sentyabrın 20-də Babək rayonunun Qahab kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Abbasəli İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abbasəli İsmayılov oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Babək rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abbasəli İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən
Abbasəli İsmayılov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavidan Valeh oğlu Məmmədli
Cavidan Məmmədli 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəlil Qəhrəman oğlu Məmmədov
Cəlil Qəhrəman oğlu Məmmədov 20 sentyabr 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə yanlarına düşən minamyot mərmisi komandirini ağır yaralayıb. Cəlil komandirini ərazidən çıxararkən daha bir mərminin onun yanında partlaması nəticəsində şəhid olub. 12 noyabr 2020-ci ildə Qonaqkənd qəsəbəsində dəfn edilib. Cəlil Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Mürvət Güloğlan oğlu Məmmədyarov
Şəhid Məmmədyarov Mürvət Güloğlan oğlu 1996-cı il sentyabrın 20-də Ağsu rayonunda anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Mürvət Talış və Suqovuşan kəndləri istiqamətində döyüşüb. O, 2020-ci il oktyabrın 6-da həmin istiqamətdə gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Mürvət Məmmədyarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Rəşad Nadim oğlu Nadirov
Rəşad Nadirov 20 sentyabr 1999-cu ildə Bərdə rayonunda anadan olub. 27 sentyabr 2020-ci il tarixindən etibarən Vətən müharibəsində qardaşı ilə birlikdə iştirak etmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük şücayət göstəriblər. 29 oktyabr 2020-ci il tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüş zamanı, yanında partlayan mərmi nəticəsində şəhid olmuşdur. Qardaşı isə yaralanıb. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Nadirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fariz Zahir oğlu Rəhimov
Fariz Rəhimov Zahir oğlu 2001-ci il 20 sentyabr tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli,Cəbrayıl,Xocavənd, Laçın, Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Fariz Rəhimov Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Əmirvan kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şahin Afat oğlu Tahirli
Şahin Tahirli 20 sentyabr 2001-ci ildə Lerik rayonunun Züvüc kəndində anadan olmuşdur.Azərbaycan Ordusunun əsgəri olan Şahin Tahirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Tahirli 7 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi Füzuli xəstəxanasına yerləşdirilmişdir. 23 noyabr 2020-ci ildə Lerik rayonunun Züvüc kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tahirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Tahirli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Şahin Tahirli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Tahirli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azər Vəli oğlu Vəliyev
Azər Vəliyev 1998-ci il sentyabrın 20-də Ağdaş rayonunun Ləki kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Azər Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Azər Vəliyev oktyabrın 17-də Ağdərə istiqamətində şəhid olub. Ağdaş rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.