22 Sentyabr

Filləri Ümumdünya Müdafiə Günü

22 sentyabr bir çox ölkələrdə ekoloji bayramlardan biri olan Filləri Ümumdünya Müdafiə Günü  (World Day of Elephants) kimi qeyd olunur. Bu bayram, planetimizdəki quruda yaşayan məməlilərin ən böyüyü olan fillərin  sayının azalmasından narahat olan təbiəti mühafizə təşkilatları, ekoloqların təşəbbüsü ilə yaranmışdır. Fillər qədim xortumluların yeganə nümayəndəsi kimi günümüzədək gəlib çıxmışlar. Hal-hazırda onlar təbiətdə Cənub-Şərqi Asiyanın və Afrikanın tropik meşələrində və savannalarında yaşayırlar.

Qədim zamanlardan fillərə dünyanın bir çox xalqları tərəfindən sitayiş olunub, onlar hakimiyyət və hökmdarların əzəmətinin, xeyirxahlıq və sakitliyin, müdrikliyin simvolu olmuşlar. Hindistan, Tailand və s. kimi Asiya ölkələrində fillər bayramlarda mütləq yer alırlar. Lakin fillərin ən böyük düşmənləri də məhz insanlardır. Bu heyvanların sayının azalmasının əsas səbəbi dişlərinə və ətinə görə ovlanması, onların yaşayış sahələrinin daralması, meşələrin qırılması və ümumiyyətlə ekologiyanın pisləşməsidir. Bu gün Afrika filləri yoxolma təhlükəsi qarşısındadır. Hal-hazırda fillərin iki növü – Hind və Afrika filləri mühafizə olunur. Hind fillərinin hündürlüyü 2,5 metr, çəkiləri 3-5 ton, Afrika fillərinin hündürlüyü 4 metrədək, çəkiləri isə 5-7 tondur. 1989-cu ildə BMT öz qərarı ilə fil dişinin ticarətini tam qadağan etmişdir. Bu günün qeyd olunmasının da məqsədi məhz fillərin qorunmasına diqqəti cəlb etməkdir. Bayram rəsmi statusa malik olmasa da, ekoloji, təbiəti mühafizə təşkilatları, könüllülər tərfindən geniş qeyd olunur, maarifləndirici tədbirlər həyata keçirilir.

Fillər bədii əsərlərin də qəhrəmanı olurlar. Qriqori Osterin kitabındakı fil balası, Mauqli haqqında kitablardakı müdrik Xatxa və dünyada çox məşhur olan, ingilis yazıçısı və rəssamı Devid Makkinin yaratdığı Elmer adlı rəngbərəng, dama-dama fil buna misal ola bilər.

 

Teatr xadimi Cahangir Zeynalovun 160 illiyi, (1865-1918) 

Milli teatrımızın ilk peşəkar aktyorlarından biri Cahangir Zeynalovdur. O, 1865-ci ildə Bakıda doğulmuşdur. Cahangir  Zeynalov ibtidai təhsil almış, rus və fars dillərini mükəmməl bilmiş, geniş mütaliəsi olmuşdur. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin təşkilində Zeynalovun müstəsna rolu olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. "Səfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910- cu ildə yaranmışdı. "Səfa"nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, dəfələrlə, "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilmişdi. Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəmiş, ancaq amansız ölüm bu arzuya kölgə salmışdı. Üç yaşında valideyni Cahangir Zeynalovu itirmiş Nəsibə Zeynalova sonralar atasının bünövrəsini qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixiləşdi. Cahangir Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağa Kərim xan Ərdəbili"də Ağa Kərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Tavad Maqobeli, Rzaqulu Mirzə, Mirzə Cəfər xan, "Bəxtsiz cavan" ("Tamah"), "Kimdir müqəssir?", "Millət dostları" dramlarında Kişi, Hacı Səməd ağa, Mahmud, "Xəyalət"də Dərviş. Nəriman Nərimanovun "Dilin bəlası"nda Şamdan bəy və Hacı İbrahim, "Nadir şah" faciəsində Ədhəm və Cavad, İsmayıl Rüs təmbəyovun "Dövləti-bisəmər", Mehdi bəy Hacınskinin "Sultar Əbdüləzizin xəli" pyeslərində Hacı Fərəc, Həsən Xeyrulla Əfəndi, Süleyman Sani Axundovun "Tamahkar"ında Hacı Murad rolları. O, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar " (Məşədi Şaban), "Xor-xor" (Seyfulla), "Dursunəli və ballıbadı" (Dursunəli), Məhəmmədhəsən Həsənovun "Pinəçi Seyfulla" (Seyfulla), Vasaq Mədətovun "Qırt-qırt" (Ağa Murad), İsgəndər Məlikovun "Yaxşılığa yamanlıq", "Molla Nəsrəddin" (Molla Nəsrəddin) vodevillərində əsas obrazları oynayıb. Tərcümə əsərlərindən Lev Tolstoyun "Əvvəlinci şərabçı" (Potap), Fridrix Şillerin "Qaçaqlar" (Qoca Moor), Jan Batis Molyerin "Zorən təbib" (Eyvaz), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Qubad və Fərhad), "Əhdə vəfa" (Zübeyr), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Rəbi), S.Lanskoyun "Qəzavat" (Qoca səraərdə), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Çinovnik və Xanın katibi), Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Osmanlı müharibəsi". Şeyxülislam) tamaşalarında oynayıb.Yuxarıda sadalanan rolların əksəriyyətini dəfələrlə müxtəlif quruluşlarda ifa etmiş Cahangir Zeynalov bəstəkar Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" operettasında Rza bəy və Rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb. Rejissor kimi də səmərəli fəaliyyət göstərən Cahangir Zeynalov 1913-cü ildə "Səfa"da dramaturqlardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Namiq Kamalın "Vətən", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", Molyerin "Zorən təbib", 1915-ci ildə Namiq Kamalın "Əhdə vəfa", digər illərdə müxtəlif truppalarda Cəlal Yusifzadənin "Fərhad və Şirin" (opera), Şəmsəddin Saminin "Dəmirçi Gavə", Nəriman Nərimanovun "Nadir şah" əsərlərinə quruluşlar verib. Cahangir Zeynalov xalq folklorunun mayasından şirələnən yumordan yaradıcılıqla bəhrələnirdi. Cahangir Zeynalov o dövrdə dəbdə olan süni pafosla danışmaqdan, ritorikadan, boğazdan yuxarı deklomasiyaçılıqdan, saxta hərəkətlərdən cəsarətlə imtina edib. Cahangir Zeynalov teatrda estetik savadsızlığın əleyhinə çıxaraq real oyun ifa üslubunun sistemlər toplusunu yaradıb. O, oynadığı rolda doğruçuluğa, həyatiliyə, inandırıcılığa nail olmaq üçün obrazın daxili inkişaf məntiqinə əsaslanıb, müxtəlif üslubları sintez edə bilib. Cahangir Zeynalovun aktyor məktəbi köklü və davamlı prinsiplər əsasında qurulmaqla öz poetikasının müəyyən vacib göstərici-prinsiplərini formalaşdırıb. Cahangir Zeynalov el arasında həmişə özünü yüksək ləyaqətlə, ağır ağayanalıqla aparır, hər yerdə hörmət-izzəti uca tutulurdu, onu müdrik ağsaqqal, xeyirxah ziyalı kimi qəbul edərdilər. Cahangir Zeynalov aktyorluq peşəsini müqəddəs tutar, sənətinə ciddi yanaşmayanları tənbeh edir, bütövlükdə teatra əvəzsiz tərbiyə ocağı kimi baxırdı. Aktyor 1919 - cu il oktyabr ayında rəhmətə getmişdir. Aktrisa Xalq Artisti Nəsibə Zeynalovanın atasıdır.

 

Elşən Ağabala oğlu Ağasıyev 

Elşən Ağasiyev 1999-cu il sentyabrın 22-də Xaçmaz rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elşən Ağasıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan döyüşlərində savaşıb. Elşən Ağasıyev Talış və Suqovuşan uğrunda döyüşlərin iştirakçısı olub. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Xaçmazda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Ağasıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Ağasıyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Süleyman Etibar oğlu Allahverdiyev

Süleyman Allahverdiyev 22 sentyabr 1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir. Azərbaycan Ordusunun əsgəri olan Süleyman Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Süleyman Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Süleyman Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Nicat Həsən oğlu Əhmədov

Şəhid Əhmədov Nicat Həsən oğlu 1998-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub.Nicat Əhmədovun ailəsi ilə son əlaqəsi 2020-ci il oktyabrın 6-da oldu. Həmin gün yenə ailəsini əmin etdi ki, heç nədən narahat olmasınlar. 2020-ci il oktyabrın 8-də səhər saatlarında Füzuli, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Rüstəm Firqani oğlu Hacıyev

Hacıyev Rüstəm Firqani oğlu 22 sentyabr,2001-ci ildə Tərtər rayonu Yuxarı Qapanlı kəndində anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Hacıyev Rüstəm 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hacıyev Rüstəm oktyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub.

"Hərbi xidmətiə görə" , "Kəlbəcərin azad ulunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

 

Ayxan Mehman oğlu Musayev

Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində doğulub. 8 noyabr 2020-ci il tarixində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə yaralanmış, ilkin tibbi yardımdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilmişdir. Həkimlərin səyinə baxmayaraq, 20 gün koma vəziyyətində qaldıqdan sonra 28 noyabr 2020-ci tarixində şəhidlik zirvəsinə ucalmışdır. 29 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Musayev Ayxan Mehman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

 

Cəbrayıl Valeh oğlu Mikayılov

Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2013-cü il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Mikayılov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev'in 10.02.2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən Cəbrayıl Mikayılov "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.

 

İsmayıl Elmar oğlu Mustafayev

İsmayıl Mustafayev 22 sentyabr 1996-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İsmayıl Mustafayev yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Mustafayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü snayperçi olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsmayıl Mustafayev 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Xankəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 17 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mustafayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mustafayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rüstəm Fərman oğlu Turabov 

Rüstəm Turabov 22 sentyabr 1998-ci ildə Abşeron rayonunun Güzdək qəsəbəsində Fərman Turabovun ailəsində anadan olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rüstəm Turabov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rüstəm Turabov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rüstəm Turabov 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Abşeron rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Turabov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Turabov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ceyhun Azər oğlu Xəlilov

Xəlilov Ceyhun Azər oğlu 22.09.2001-ci il tarixdə Ağsu rayonu Padarqışlaq kəndində anadan olub. 28.09.2020-ci il tarixdə Tərtərin Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

O, "İgidliyə görə", "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı, “Vətən uğrunda” medalı ilə təltif edilib.