23 Sentyabr
Saqqız Günü, (1848)
1848-ci il sentyabrın 23-ü saqqızın yaranma günü hesab olunur. Belə ki, məhz həmin gün amerikalı Con Kurtis öz evində ilk saqqızı istehsal etmişdir. Saqqız yeməli olmayan elastik əsasdan, müxtəlif dad və aromatverici əlavələrdən ibarət konfet növüdür.
İlk saqqızın tarixi e.ə VII-II əsrlər hesab olunur. O, Şimali Avropada qazıntılar zamanı tapılmışdır və üzərində insan dişinin izləri olan qatrandan ibarətdir. Qədim yunanlar saqqız ağacının qatranını çeynəyirdilər. Mayya hinduları isə dişlərini və nəfəslərini təmizləmək üçün sapodilla ağacının donmuş şirəsindən istifadə edirdilər.
1848-ci ildə Con Kurtis şam ağacının qatranından sənaye üsulu ilə saqqız istehsal etmək fikrinə düşür. Sonradan o, öz məmulatına parafin aromatizatorları əlavə edir. Onların istehsalı getdikcə genişlənir, lakin qatranı qatışıqlardan təmizləmək çətin olduğu üçün saqqız satışı aşağı idi.
1869-cu ildə saqqızın yeni həyatı başlayır. Artıq onu qatran deyil, kauçuk əsasda hazırlayırlar. Bu cür saqqızı Tomas Adams icad etmişdir. Yeni saqqız insanların xoşuna gəlir və artıq 1871-ci ildə Adams onun avtomatik istehsalı üçün maşın da icad edir və patentləşdirir. Daha sonra o, saqqızın dadını yaxşılaşdırmaq üçün ona biyan ekstraktı da əlavə edir.
Bu gün saqqızdan əsasən nəfəsi təravətləndirmək, yeməkdən sonra dişlərin təmizliyi üçün geniş istifadə olunur. Lakin saqqızın insan orqanizminə hər hansı faydası haqqında ümumi bir fikir yoxdur.
Elcan Əfsəddin oğlu Abbasov
Elcan Abbasov 23 sentyabr 2000-ci ildə Mingəçevir rayonunda doğulub.2007-2017-ci illərdə Mingeçevirdə təhsil almışdır. Elcan Abbasov təhsilini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Elcan Abbasov 2020-ci il noyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Abbasov oktyabrın 21-də Şuşa döyüşləri zamanı şəhid olub. ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Ağamalı Şamil oğlu Ağayev
Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Famil Ağaəhməd oğlu Əhmədzadə
Famil Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda dünyaya göz açmışdır. Famil, 27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılmışıdır. Oktyabrın 13-dən 14-nə keçən gecə Talış kəndi və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Əhmədzadə Familin nəşi 3 noyabr tarixində əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər Xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə təntənəli surətdə dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 dekabr 2020-ci il "Vətən uğrunda" medalı, 18 dekabr 2020-ci il "Döyüşdə fərqlənməyə görə" medalı, 24 iyun 2021-ci "Suqovuşanın azad olunmasına görə” medalı və 05 noyabr 2021-ci il 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Aslan Elman oğlu Əliyev
Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçay rayonunun Hacıalılı kəndində dünyaya gəlib. Vətən müharibəsində noyabrın 7-i Xocavənd rayonunda gedən döyüşlərdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aslan Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Elçin Rövşən oğlu İbrahimov
Elçin İbrahimov 1995-ci il sentyabrın 23-də Ağstafa rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elçin İbrahimov Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İbrahimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Kazım oğlu Kamranlı
Xalid Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Rəşid oğlu Quliyev
Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanıb. Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildib
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cahangir Məmməd oğlu Qurbanov
Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub.Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xidmətləri olmuşdur. Cahangir Qurbanov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ölümündən sonra şəhid Cahangir Qurbanov “Vətən uğrunda” və “Laçının azad olunması” medalları ilə təltif olunmuşdur.
Xansu Elsevər oğlu Qurbanov
Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xansu Qurbanov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.