2 Oktyabr

Elektron Məktubun Yaranması Günü, (1971)

Elektron poçt  – (Electronic Mail və ya E-Mail) hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində  İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Elektron poçt – ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan  Rels Tomlinson  ilk olaraq  1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: “İlk e-mailimdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi”. E-mail 1990-cı illərə qədər çox inkişaf etdi. İnternetin 90-cı illərdə yayılmasıyla birlikdə e-mail çox əhəmiyyətli bir vasitəyə çevrildi. Belə ki, Amerikanın Kaliforniya Universiteti, Berkeleyin 2001-ci ildə açıqladığı statistik rəqəmlər bizə emailin nüfuzunu göstərdi. Araşdırmaya görə 2001-ci ildə gündə ortalama 31 milyard email göndərilirdi. 2008-ci ildə isə bu rəqəm 170 milyarda qədər çatdı. 2011-ci ildə isə bu rəqəmlər biraz daha artaraq 294 milyarda çatdı. Elektron ünvanla işləyərkən  SMTP və POP3 protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt qutusunun abonenti daxil ola bilər. Abonent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt qutusundan çıxarılan məktub serverdə saxlanılmır. Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir. Abonent @ ünvan – @  ("ət" və ya "doq") işarəsi kompüterə məktubun göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri kimi Gmail.com, Yahoo!, Hotmail tanınır. MDB məkanında isə Yandex, Mail.ru, Rambler kimi poçt servisləri məşhurdur. 

 

Şair, yazıçı Səyavuş Məmmədzadənin 90 illiyi, (1935)

Məmmədzadə Səyavuş İmran oğlu 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953-1958). Ədəbi fəaliyyətə tələbəlik illərindən başlamışdır. "Sınaq" adlı ilk şeiri və A.Əlizadənin şeirinin rus dilinə tərcüməsi 1956-cı ildə universitetin çoxtirajlı qəzetlərində dərc olunmuşdur. Həmin vaxtdan "Molodyoj Azerbaydjana" qəzetində mütərcim, sonralar ədəbi işçi işləmişdir. Onun ədəbi fəaliyyətində poeziya, nəsr, publisistika, bədii tərcümə xüsusi yer tutur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirmişdir (1959-1966). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri (1967-1976), Azərbaycan Yazıçılar Birliyində referent-məsləhətçi (1977-1995) vəzifəsində işləmişdir. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirmişdir. Bakı şəhəri Səbail rayon İcraiyyə Komitəsi zəhmətkeş deputatları Sovetinin deputatı (1979-1981) olmuş, Azərbaycan Kommunist Partiyasının XXIX qurultayına nümayəndə seçilmişdir. Bolqarıstanda dəfələrlə yaradıcılıq ezamiyyətində olmuş, klassik macar şairi Endre Adinin anadan olmasının 100 illik yubileyində iştirak edən Sovet nümayəndə heyətinin tərkibində Macarıstana getmişdir (1977).

Əsərləri: “Небо” (1968), “Тверской бульвар” (1971), “Самоутверждение : стихи, переводы” (1976), “Bir yuxusuz gecə” (1976), “Ночные яблоки” (1979), “Günəbaxan insanlar” (1983), “Komendant saatı : şeirlər”  (1995).

Tərcümələri: (rus dilinə): Кямал Талыбзаде. Аббас Сиххат (1963), Мамед Араз. Пой Аракс (1966), Сохраб Тахир. Песня мужества (1966).

(bolqar dilindən):Bolqar hekayələri (1980), Georgi Strumski. Odlar yurdu (1982)

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 798.

 

Vüsal Məhəmmədəli oğlu Əliyev 

Vüsal Əliyev 1991-ci il oktyabrın 2-də Cəlilabad rayonunun Komanlı kəndində anadan olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Vüsal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Əliyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rövşən İbrahim oğlu Əliyev

Rövşən Əliyev 1971-ci il oktyabrın 2-də Lənkəran rayonunun Vələdi kəndində anadan olmuşdur. O, 2020-ci il 28 sentyabrda Füzuli rayonu Şükürbəyli kəndi ərazisində zirehli tank texnikalarını təmir-təxliyyə edərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rövşən Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Şücaətə görə" medalları ilə təltif edilib. 

 

 

Saməddin Şamil oğlu Əmrahov

Saməddin Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Calut kəndində dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Vüsal Üzeyir oğlu Nəhmətov

Vüsal Nəhmətov 1987-ci il oktyabrın 2-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Vüsal Nəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Nəhmətov oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nəhmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Musa Nüsrət oğlu Nuhiyev 

Musa Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rövşən Mahmud oğlu Pənahov

Rövşən Pənahov 1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açıb. 1995-2006-cı illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rövşən Pənahov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Pənahov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Mustafa Dadaş oğlu Qasımov

Mustafa Dadaş Qasımov 1995-ci il oktyabrın 2-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. 2002–2013-cü illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mustafa Qasımov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 22-də Tovuz rayonunun Qaralar kəndində dəfn olunub. Subay idi.

Qasımov Mustafa Dadaş oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

 

 

 

Mürtaza Elman oğlu Qasımov

Mürtaza Qasımov 2 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əli Kərimov adına Cəlilabad rayon Gülməmmədli kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Mürtaza Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mürtaza Qasımov 8 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 9 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sehrulla Xeyrulla oğlu Quliyev

Sehrulla Quliyev 2 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Sehrulla Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sehrulla Quliyev 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rəşad Fərman oğlu Səfərəliyev

Rəşad Fərman oğlu Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda dünyaya gəlib. Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altındakı ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində igidliklə döyüşüb. Vətən müharibəsinin elə ilk günündə həlak olan şəhidimiz anadan olduğu Xaçmaz rayonunda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

 

Əmral Zaur oğlu Xəmmədov

Əmral Xəmmədov 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Çaxırlı kənd tam orta məktəbində almışdır. Azərbaycan Ordusunun əsgəri olan Əmral Xəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ və Cəbrayıl döyüşlərində vuruşmuşdur. Cəbrayılın girişində bayraq dalğalandırmışdır. Əmral Xəmmədov 15 oktyabr 2020-ci ildə Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.