4 Oktyabr

Cəbrayıl şəhərinin işğaldan azad edildiyi gün, (2020)

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 4 oktyabr 2020-ci ildə rayonun mərkəzi və bir sıra kəndləri işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi. Oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edib. Həmin gün İlham Əliyev Birlik komandirləri – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib, təbrikləri korpusların bütün şəxsi heyətinə çatdırmağı tapşırıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olmuşdur. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır. Məhsuldar olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri — Böyük Mərcanlı, Soltanlı və s. yerləşir. Cəbrayıl rayonun ən yüksək zirvəsi Dağ Tumasdır (1580 m). Erməni işğalından əvvəl rayonda yaşı 400–500 olan 14 iri diametrli çinar ağacı, 104 kəhriz və 99 bulaq vardı.  1841-ci ildə Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. Cəbrayıl da baramaçılıq, xalçaçılıq ilə məşhur olmuşdur. Qəzada 5 ipək fabrik olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın ərazisi 6,63 min km², əhalisi 66.360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edib. 1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb. XIX–XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib. 1905–1918-ci illərdə qəza Qaryagın qəzası adlandırılıb. 1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl kəndi olmaqla, Cəbrayıl rayonu təşkil edildi. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1050 km², əhalisi 24.300 nəfər olmuşdur.

 

Ümumdünya Heyvanları Müdafiə Günü, (1931)

Yaşadığımız dünya bizimlə eyni planetdə həyat sürən heyvanların da evidir. Lakin insan fəaliyyəti nəticəsində onların yaşaması, artması üçün bir çox çətinliklər ortaya çıxır. Müəyyən olunmuşdur ki, hər milyon il bütün bioloji növlərin 9 faizi məhv olur. Başqa sözlə desək, hər il canlı varlıqların 1-dən 5-ə qədər növü yox olur. Yer kürəsinin bütün tarixi boyu yoxolma sürəti beş dəfə artmışdır. Sonuncu dəfə tam kütləvi məhvolma 65 milyon il əvvəl, bütün dinozavrların nəsli kəsilərkən baş vermişdir. 

Biz insanlar heyvanların dostu və qonşusu kimi onları qorumağa borcluyuq. İlk dəfə Ümumdünya Heyvanları Müdafiə Gününü 1931-ci ildə nəsli kəsilməkdə olan növlərin acınacaqlı vəziyyətinə diqqəti cəlb etmək məqsədi ilə qeyd etməyə başlamışlar. Həmin vaxtdan başlayaraq, milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, hər kəs tərəfindən oktyabrın 4-ü dünyada yaşayan heyvanların günü kimi qeyd olunur. Bu gün hər hansı insan, təşkilat və ya aksiya ilə bağlı deyil. Bu gün – planetdə yan-yana yaşayan bütün insanların və heyvanların günüdür. Bu gün, heyvanların mövcud problemləri haqqında insanların məlumatlandırılması, onların qorunması üçün maarifləndirilməsi və səylərinin birləşdirilməsi üçün çox önəmli bir gündür. Heyvanların qorunması işində hər bir insan iştirak etməlidir. 

 

İlkin Saməddin oğlu Ağaquliyev 

İlkin Saməddin oğlu Ağaquliyev 2000-ci il oktyabrın 4-də Dəvəçi şəhərində doğulub. Orta təhsilini Şabran şəhərindəki 1 saylı tam orta məktəbdə alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin canlı qüvvəsinin hücumunun qarşısını alıb və xeyli sayda hərbi qulluqçusunu məhv edib. Suqovuşan istiqamətində düşmən mövqeyinə hücum zamanı şəhid olub. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İlkin Ağaquliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Fərid Təşkilat oğlu Hacıyev

Fərid Hacıyev 4 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. O, 2006-cı ildə İ. Quliyev adına Cəbrayıl rayon Böyük Mərcanlı kənd tam orta məktəbindən məzun olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Fərid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fərid Hacıyev 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hacıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Hafiz Saleh oğlu Həsənov

Hafiz Saleh oğlu Həsənov 1993-cü il 4 oktyabrda Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 2000-2009-cu illərdə Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli orta məktəbin 9-cu sinfini bitirib. Hafiz Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Eyni zamanda Cəbrayıl, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. Hafiz 14 oktyabrda mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub. Kəbirli kənd qəbiristanlığında dəfn edilib. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Həsənov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

Həmçinin döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz ölümündən sonra "İgidliyə görə" medalı ilə də təltif edilib.

 

Elxan İsrayıl oğlu Hüseynli

Elxan Hüseynli 4 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Əli Əsgərov adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Elxan Hüseynli Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elxan Hüseynli 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ertəsi gün doğulduğu Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində dəfn olunmuşdur. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Hüseynli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tural Həmid oğlu Rəcəbalıyev

Tural Rəcəbalıyev 1990-cı il oktyabrın 4-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Tural Rəcəbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Rəcəbalıyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunun Qalınçaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tural Rəcəbalıyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tural Ruslan oğlu Zeynalov

Tural Zeynalov 1987-ci il oktyabrın 4-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Zeynalov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Zeynalov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Zeynalov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Eldəniz Rabil oğlu Verdiyev

Vətən müharibəsi iştirakçısı Eldəniz Rabil oğlu Verdiyev 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itgin düşüb.

2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilib.