5 Oktyabr
Beynəlxalq Müəllimlər Günü, (1966)
Hər il oktyabrın 5-i Beynəlxalq Müəllim Günü kimi qeyd olunur. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Beynəlxalq Müəllim Günü kimi təsis edilmişdir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur. Hal-hazırda “Müəllimlər Günü” dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə keçirilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Müəllimlər Günü Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikri artıq realllığa çevrilib. Ən şərəfli sənət müəllim sənətidir. Çünki bu günümüzün həkimini, polisini, vəkilini, kompüter mühəndisini, memarını hətta müəllimini belə müəllim yetişdirir. Əgər müəllim olmasa bu sadalananların heç biri olmaz. Günlər keçir, illər illərə calanır, insan çox şeyi unudur. Lakin heç zaman ilk müəllim yaddan çıxmır, xatirədən silinmir. Axı insana elm qapısının açarını ilk müəllim təqdim edir, onu əsrarəngiz bir dünya ilə müəllim qovuşdurur.
Bəstəkar Xəyyam Mirzəzadənin 90 illiyi, (1935-2018)
Mirzəzadə Xəyyam Hadı oğlu - bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1972), SSRİ Dövlət Mükafatı laureatı (1975, 1986), professor (1979), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2000). 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmuşdur.
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir. 30 iyul 2018-ci ildə Xəyyam Mirzəzadə 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri, baletləri: "Ağlar və qaralar (balet)"(2000) Kamera orkestri üçün, “Musiqi” (1964), “Üç xoreoqrafik şəkil” (1969)
Simfonik orkestr üçün: I Simfoniya (1957), II Simfoniya (Triptix, 1970), Kiçik lirik süita (1963), Oçerklər-63 simfonik poema (1963),"Muğan çöllərində" süita (1967), Xor, solist və simfonik orkestr üçün,"Çiçəklən, Vətənim" (1964) - E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə, Ağacdan nəfəs alətləri üçün:
Sekstet (1962), Misdən nəfəs alətləri üçün: Kvartet (1970), Dörd miniatür (1958),
Noraşen rəqsləri (1972), Skripka vä fortepiano üçün: Sonatina (1950) və s.
Filmoqrafiya: Abidələr danışır (film, 1964), Abşeron ritmləri (film, 1970), Afroditanın qolları (film, 1987), Arxada qalmış gələcək (film, 2005), Arxadan vurulan zərbə (film, 1977), Bağ mövsümü (film, 1985), Bakıda küləklər əsir (film, 1974), Baş tutmayan ziyafət (film, 1981), Belə də olur (film, 1988), Bir ailəlik bağ evi (film, 1978), Birisigün, gecəyarısı... (film, 1981), Bir ömrün fəsilləri. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2010), Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax), Çay daşı (film, 2001), Daş (film, 1977), Dənizə çıxmaq qorxuludur (film, 1973), Havalansın Xanın səsi (film, 2001), Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011), Mahnı qanadlarında (film, 1973), Meşəyə insan gəlir (film, 1980), Məhv olmuş gündəliklər (film, 1999), Mənim ağ şəhərim (film, 1994), Mənim günahım (film, 1985), Mikayıl Abdullayev (film, 1972), Mir Teymur (film, 2003), Müstəqillik yollarında. Beşinci film (film, 2005), Müstəqillik yollarında. Birinci film (film, 2004), Müstəqillik yollarında. Dördüncü film (film, 2004), Müstəqillik yollarında. İkinci film (film, 2004), Müstəqillik yollarında. Üçüncü film (film, 2004), O dünyadan salam (film, 1992) və s.
İdrət İbi oğlu Əbdülov
İdrət Əbdülov 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İdrət Əbdülov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İdrət Əbdülov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Əbdülov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdrət Əbdülov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Azər oğlu Bayramov
Ruslan Azər oğlu Bayramov 1995-ci il oktyabrın 5-də Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Azərbaycan Ordusunda kəşfiyyatçı olan Ruslan sentyabrın 27-də başlayan Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. O, Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından, tağıma rəhbərlik onun öhdəsinə düşüb. Göstərdiyi şücaətə görə elə döyüşdəcə baş leytenant rütbəsi alıb. Ruslan Bayramov təkbaşına düşmənin 100-ə yaxın canlı qüvvəsini, 63 texnikasını sıradan çıxarıb. Ən sonda isə Şuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Elə həmin döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ailəli idi.
Ruslan Azər oğlu Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ceyhun Möhübbət oğlu Hüseynov
Ceyhun Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olmuşdur. C. Həsənov adına Ağcabədi rayon Arazbar kənd tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Topdan və minaatandan qarşı tərəfə atəş açmışdır. Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun Hüseynov 16 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi rayonunun Arazbar kəndində dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Ceyhun Hüseynov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elmir Nadir oğlu Məmmədov
Elmir Məmmədov 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rauf Vahid oğlu Qurbanov
Rauf Qurbanov 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xeyirbəy Cəlil oğlu Səfərçinov
Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.