8 oktyabr

Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü, (1932) 

 Noyabrın 8-i Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Hələ  1932-ci  ildə  Bakı şəhərinin inkişafının Baş planının ilkin variantlarında  yerüstü  nəqliyyatın  işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini  tramvay, trolleybus və avtobus  nəqliyyatından  təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün – metropolitenin tikintisi qərara alınmışdı. Lakin bir qədər sonra başlanan 1941-1945-ci illər müharibəsi həmin niyyətin həyata keçməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılmasına, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi. 1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə Bakı Metropoliteni İdarəsi yaradılır. 1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası fəaliyyət göstərirdi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanır. Hazırda Bakı Metropoliteninin 23 stansiyası var – “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Koroğlu”, “Ulduz”, “Bakmil”, “N.Nərimanov”, “Gənclik”, “C.Cabbarlı”, “Xətai”, “28 may”, “Nizami”, “Emlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Sahil”, “İçərişəhər”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül”. Bu stansityalardan 14-ü ulu öndər Heydər Əliyevin Bakı metrosuna böyük diqqət və qayğısı sayəsində tikilərək istifadəyə verilmişdir. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Metropolitenə daim diqqət və qayğı ilə yanaşır. Məhz dövlətimizin başçısının beş il öncə imzaladığı sərəncam əsasında 8 noyabr Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Günü kimi təsdiq olunmuşdur. 

 

Ramin Hüseynağa oğlu Bayramov 

Ramin Bayramov 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açmışdır. 1986-1996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində hərbi səfərbərlik zamanı könüllü iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 noyabr tarixində Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Nurlan Mürvət oğlu Əfəndiyev 

Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə getmişdir. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Nurlan Əfəndiyev oktyabrın 6-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Nurlan Əfəndiyev oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Şaməddin Qafqaz oğlu Əliyev

Əliyev Şaməddin Qafqaz oğlu oktyabrın 8-i 1990-cı ildə Goranboyun Balakürd kəndində doğulub. Şaməddin Əliyev Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il sentyabrın 29-da Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şaməddin Qafqaz oğlu Əliyev ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

Anar Hüseyn oğlu Hüseynov

Anar Hüseynov 1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q. Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 

Təbriz İsmayıl oğlu İbrahimov

Təbriz İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açmışdır. Azərbaycan Ordusunun əsgəri olan Təbriz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Təbriz İbrahimov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Təbriz İbrahimovun nəşi 19 may 2021-ci ildə tapılmış və 20 may 2021-ci ildə II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz İbrahimov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Rüfət Ülfət oğlu Musayev

Rüfət Musayev 8 oktyabr 2001-ci ildə Şəki rayonunun Suçma kəndində anadan olmuşdur. 2007-ci ildə Sumqayıt şəhər Corat qəsəbə tam orta məktəbinin birinci sinfinə daxil olub. Üçüncü sinifdən Şəki rayon Suçma kənd tam orta məktəbində təhsilini davam etdirən Rüfət Musayev 2018-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tərtər rayonunun Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində keçirilən hərbi əməliyyatlarda fərqlənmişdir. Rüfət Musayev 12 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 18 oktyabr 2020-ci ildə cənazəsi doğulduğu Şəki rayonunun Suçma kəndində dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Musayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Musayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Elnur Fərhad oğlu Nurullayev

Nurullayev Elnur Fərhad oğlu 2000-ci il oktyabr ayının 8-də Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 2006-cı ildə Şəki rayon Kiş kənd A.M.Məmmədov adına 2 N-li tam orta məktəbin birinci sinfinə qəbul olmuş, 2017- ci ildə məktəbi bitirmişdir.  Elnur Nurullayev 29 sentyabr 2020-ci ildə Şəki rayon hərbi komissarlığından müharibəyə yollanmışdır. Füzuli, Zəngilan, Qubadlı , Laçın istiqamətində gedən ağır döyüşlərdə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. 25 dekabr 2020-ci ildə doğulduğu Kiş kəndində torpağa tapşırılmışdır.

Nurullayev Elnur Fərhad oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.