16 Oktyabr

Mütaliə Bayramı, (1989)

Fransızlar kitabı çox sevirlər, hətta onlar üçün əvəzolunmaz olan kinodan da. Buna görə də məhz Fransada Mütaliə Bayramı yaranmışdır və bu bayram demək olar ki, birnəfəsə keçir. Hər yerdə həm klassik, həm də müasir ədəbiyyata həsr olunmuş konfranslar, görüşlər, seminarlar, mühazirələr keçirilir. İlk dəfə belə ənənə 1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilmişdir. Mütaliə edən insanlara təqdim olunan tədbir elə böyük şövqlə qarşılanmışdır ki, heç kəsdə Fransada yeni bayramın yarandığına şübhə qalmamışdır.  

Mütaliə Bayramında məşhur yazıçılar öz oxucuları ilə görüşür, onlara özləri, yazdıqları və yazmaq niyyətində olduqları əsərləri haqqında danışır, ümumiyyətlə, ədəbiyyatla bağlı söhbətlər edirlər. Fransa televiziyası isə müxtəlif ədəbi cərəyanlara və onun inkişafında rol oynayan görkəmli şəxsiyyətlərə həsr olunmuş verilişlərə hədsiz geniş efir vaxtı ayırır. Fransada Mütaliə Bayramında çoxlu kitab yarmarkaları keçirilir. 

 

“Uolt Disney” Şirkətinin Təsis Edildiyi Gün, (1923)

Uolt Disney müasir Avropa kinematoqrafiyasında hakimlik edən çoxsaylı nağıl və multiplikasiyanın əsl ustadı idi. Ömrünü elə də xoş keçirməyən Uolt  Disney 1918-ci ildə hərbi xidmətə getmək istəyir, ancaq yaşının azlığı ona bu istəyini reallaşdırmağa imkan vermir. Belə olan halda o, tibb sahəsinə yönəlir  və xaricə göndərilərək, bir il sanitar maşınında sürücü işləyir. Kanzas–Sitiyə qayıtdıqda Uolt  kommersiya studiyalarının birində bədii direktor kimi işləməyə başlayır. Burada o, gənc rəssam Ayverksomla tanış olur və onlar bir yerdə studiya açırlar. Qısa zaman ərzində işlənmiş kamera əldə edərək, xronometrajı 2 dəqiqə olan reklam çarxları çəkirlər. Az sonra onlar Hollivud kino sənayesinə yaxın olmaq üçün studiyalarını Los-Ancelesə köçürürlər. Amma Uolt multiplikasiyaya olan həvəsini boğa bilmir. Bir gün o, cibində 40 dollarla şəhərdən çıxıb getmək istədikdə qardaşı Royla rastlaşır.  Onlar olan-qalan bütün pullarını toplayıb 500 dollar da borc pul götürür və əmilərinin qarajında Disney Brothers studiyasını açırlar. Və burada "Alisa möcüzələr ölkəsində"  ilk multipikasiya filmlərini yaradırlar. 1923-cü il oktyabrın 16-da qardaşlar New York distributoru Marqaritlə filmin çəkilişi üçün müqavilə bağlayır və studiyanın adını Uolt Disney company kimi dəyişirlər. 1948-ci ildə Uolt Disney multiplikasiya ilə yanaşı, özünün məşhur rəngli təbiət filmlərinin istehsalına başlayır. Bununla paralel olaraq o, uşaq filmləri üzərində də işləyir. 1955-ci ildə Disney Kaliforniyada “Attraksionlar parkı” adlı ilk Disneylandi açır. Ötən əsrin 60-cı illərində Disney Amerikada şəhər həyatını yaxşılaşdırmaq məqsədilə bir neçə layihə həyata keçirir. O, Manhettendən iki dəfə böyük ərazi olan istifadəsiz torpaq sahəsi alır. Burada əyləncə mərkəzləri, kurortlar, mehmanxanalar, motellər sənaye kompleksi, gələcəyin aeroportunu yerləşdirərək yeni Disney dünyası yaratmağı planlaşdırır. Ancaq şəhərciyin açılışı Uolt Disneyin ölümündən çox sonra, 1971-ci ildə baş tutur. Kaliforniya İncəsənət İnstitutu da elə onun adı ilə bağlıdır. Daha bir universitet  şəhərciyi isə Los-Ancelesin şimal-şərqində, Valensia şəhərində yaradılıb. Sözügedən şəhərcikdə musiqi və təsviri sənətlə yanaşı, kinematoqrafiya, teatr, heykəltaraşlıq və moda tədris olunur. Uolt Disney hər şeydən əvvəl multiplikatordur. Onun filmlərini elə indi də, həm böyüklər, həm də uşaqlar sevə-sevə izləyirlər. Disney 1966-cı ildə dünyasını dəyişib. O, təltif olunduğu Oscarların sayına görə çempion hesab olunur. Uolt  59 dəfə namizədi olduğu bu mükafatın 26-sını əldə etməyi bacarıb.

 

Ümumdünya Çörək Günü, (2006)

 Ümumdünya Çörək Günü Beynəlxalq çörək sexlərinin təşəbbüsü ilə 2006-cı ildə keçirilmişdir. Bu gündə 1945-ci il oktyabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı yaranmışdır. Tanrı sovqatı olan çörək, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar. Çörək xalqın və bütövlükdə ölkənin sərvəti olmaqla yanaşı, həm də qüdrətidir. Əsl çörək bişirənlər qədim misirlilər sayılır. Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi gildən düzəldilmiş formalarda bişirirdilər. Həmin formalara "klibanos" deyirdilər. Qədim qotların çörəyə verdikləri "xlayfs", qədim alman dilində "xlayb", rusların "xleb", ukraynalıların "xlib", estonların "leyb" adları "klibanos" adından törənmiş sözlərdir. Dünyanın bir çox ölkələrinin arxeoloqları sübuta yetirmişlər ki, ilk çörək bitkisi müasir çovdar və buğda yox, şam olub. Misir ehramlarında aparılan axtarışlar zamanı tapılmış heykəlciklər və digər əşyalar göstərir ki, qədim misirlilər dəni üyüdüb un almaqla bərabər, undan çörək bişirməyi də bacarırdılar. Bişmiş çörəyin dadı tərkibindəki üzvi turşuların qədərindən asılıdır. İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. İnsanın sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Bəlkə də, çoxları çörəyin gənclik vitamini sayılan E vitamininin, habelə PP və B qrupu vitaminlərinin mənbəyi olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir, onun yorulmasına və fəaliyyətsizliyinə imkan vermir. Çörəkdə həzm prosesini yaxşılaşdıran və orqanizmin təmizlənməsinə kömək edən sellüloz var. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir. Çovdar çörəyi çox faydalıdır. Çovdar çörəyi qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən şlakları təmizləyir, onlarca xəstəliyin, o cümlədən onkoloji xəstəliklərin qarşısını almağa kömək edir. Çovdar çörəyi aşağı energetik dəyərə malik olduğu üçün bəzi ölkələrdə pəhriz ərzağı kimi istifadə olunur. Parisdə, Sankt-Peterburqda, Lvovda və sair yerlərdə çörək tarixi muzeyləri yaradılmışdır. Həmin muzeylərdə böyük sayda eksponatlar – qədim avadanlıqlar, müəssisə veteranlarının və onların qohumlarının muzeyə hədiyyə etdikləri sənədlər, şəxsi əşyalar, həbsxana kameralarında məhbusların çörəkdən hazırladıqları əşyalar, arxiv sənədlərinin surətləri, çörəyə aid nadir fotomateriallar saxlanır. 

 

Saatmirzə Feyruz oğlu Əzimov 

Saatmirzə Əzimov 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı beyni zədələnərək ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Saatmirzə Əzimov 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada həlak olmuşdur. Saatmirzə Əzimovun nəşi Siyəzən şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saatmirzə Əzimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Tərlan Salman oğlu Gülüşov

Tərlan Gülüşov 1994-cü il oktyabrın 16-da Salyan rayonunun Xələc kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Gülüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Gülüşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İsrafil Zülfüqar oğlu İbrahimov

İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Müşfiq Xanlar oğlu İsmayılzadə

Müşfiq İsmayılzadə 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub. 2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Müşfiq İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub. Subay idi.

 

 

 

Səyavuş Hümbət oğlu Kəlbalıyev

Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almışdır. Səyavuş Kəlbalıyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kərbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kərbalıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kəlbalıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səyavuş Kəlbalıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

 

Qəhrəman Bəhmən oğlu Rzayev 

Qəhrəman Rzayev 16 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə Məmmədyar Fərzəliyev adına Beyləqan rayon Kəbirli kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Qəhrəman Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qəhrəman Rzayev 7 noyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində qarşı tərəfin atdığı minaatan mərmisi nəticəsində şəhid olmuşdur. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunmuşdur. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Rzayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Rzayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qəhrəman Rzayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Nurlan Qədir oğlu Şirinli

Nurlan Şirinli 16 oktyabr 1996-cı ildə Tərtər rayonunun Sarov kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə orta təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Nurlan Şirinli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nurlan Şirinli 7 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

 

Mirrahil Ramiz oğlu Teymurlu

Mirrahil Teymurlu 1991-ci il oktyabrın 16-da Füzuli rayonunun Mahmudlu kəndində anadan olub. 1998-ci ildə Mahmudlu kənd tam orta məktəbinə daxil olmuşdur. Mirrahil Teymurlu 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşmış, sentyabrın 27-də şəhid olmuşdur. Füzuli rayonu Mahmudlu kənd qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirrahil Teymurlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirrahil Teymurlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.