22 Oktyabr
Beynəlxalq Məktəb Kitabxanaları Günü, (1999)
Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur. İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.
2008-ci ildən bu günün qeyd olunması aylığa çevrilib (22 oktyabr – 22 noyabr). Bu isə hər bir məktəb kitabxanasına ay ərzində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.
Publisist, jurnalist Mailə Muradxanlının 85 illiyi, (1940-2010)
Muradxanova Mailə Balabəy qızı - tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989).
Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanları arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olmuşdur. Azərbaycan Jurnalistlər Birliyi İdarə Heyətinın üzvü seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsində çalışmışdır (1990-2010). Məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı olan respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat etmişdir.
Filmoqrafiya: Bağdada putyovka var... (film, 2000), Bizim qəribə taleyimiz (film, 2005), Gəl qohum olaq (film, 2001), Gəlinlər (film, 2002), Qaydasız döyüş (film, 2009), "Qayınana" əməliyyatı (film, 1999),Qeybdən gələn səs (film, 2002), Qızlar (film, 2007), Manqurt (film, 2003), Məhv olmuş gündəliklər (film, 1999), Mən sənin dayınam (film, 2001), Mikayıl Abdullayev (film, 1972), Münəccimin şagirdi (film, 1983), Sən həmişə bizimləsən (film, 1997), Son arzu (film, 2003), Sonuncu şahid (film, 2004), Şans (film, 2004), Şirin bülbül (film, 2000), Tənha durna uçuşu (film, 2003),Tərlan Musayeva (film, 1980),Yaddaş (film, 2010)
Yazıçı Məmməd Aranlının 105 illiyi, (1920-1950)
Ağayev Məmməd Salman oğlu – nasir, 1946 – cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Ağayev Məmməd Salman oğlu 1920-ci il oktyabrın 22-də Azərbaycanın Ağcabədi kəndində ortabab əkinçi ailəsində doğulmuşdur. İbtidai təhsilini doğma kəndlərində və Ağdaş şəhərində almışdır. 1932-ci ildə ailəliklə Bakıya köçmüşdür. Burada 6 saylı şəhər natamam orta məktəbini bitirmişdir (1932-1935). Sabir adına Pedoqoji Texnikumda təhsilini davam etdirmişdir. Ədəbi fəaliyyətə tələbəlik dövründə şeir və hekayələrlə başlamış, “Pioner” jurnalı (1937 – 1938), “Azərbaycan qadını” jurnalı (1939-1940) redaksiyalarında ədəbi işçi vəzifələrində çalışmışdır. Bu dövrdən müasir həyatı tərənnüm edən şeirlərini və oxucuların rəğbətini qazanan hekayələrini “Yeni el”, “Gənc işçi”, “Ədəbiyyat qəzeti”ndə “İnqilab və mədəniyyət”, “Şərq qadını” jurnallarında dərc etdirmişdir. 1938-ci ildə texnikumu əla qiymətlərlə bitirdiyinə görə onu Azərbaycan Dövlət Pedoqoji İnstitutuna qəbul edirlər. Burada dil və ədəbiyyat fakultəsində oxuduğu vaxtlarda “Qara xal qız”, “Gecənin qəlbi”, “Aldanmış ümid” və b . hekayələrini qələmə alır. 1940-cı ildə keçirilən müsabiqədə “Fırtına” hekayəsinə görə üçüncü mükafata layiq görülür. Məmməd Aranlı 1950-ci il oktyabrın 8 - də vəfat etmişdir.
Əsərləri: “Fırtına” (1921), “Cəbhə gündəliyi” (1975) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 559.
Rus yazıçısı İvan Buninin 155 illiyi, (1870-1953)
İvan Alekseyeviç Bunin (rus. Иван Алексеевич Бунин; 22 oktyabr 1870, Voronej, Rusiya İmperiyası — 8 noyabr 1953, Paris, Fransa) — tanınmış rus yazıçı, şair, tərcüməçi, Peterburq Elmlər Akademiyasının fəxri akademiki (1909), Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk rus yazıçısı (1933). Mərkəzi Rusiyada, Voronеj yaхınlığında doğulmuşdu. Atası kökləri ХIV əsr Litva cəngavərlərinə gеdib çıхan qədim zadəgan nəslindən idi. Lakin təhkimçilik hüququnun ləğvindən sonra təsərrüfatlarını yarıtmaz şəkildə idarə еtdiklərindən Buninlər dеmək olar ki, tam müflis vəziyyətə düşmüşdülər. Gələcək yazıçı ilk təhsilini еvdə almış, 11 yaşında isə Yеlеtsk gimnaziyasında oхumağa başlamışdı. Ailənin maddi vəziyyəti ağırlaşdığından gimnaziyanı yarımçıq buraхmağa məcbur olmuşdu. Sonrakı təhsil həyatında qardaşı Yuli mühüm rol oynamışdı. Ruhən aristokrat olan İvanla Yuli Bunin fərqli adamlar idi. Yuli dərin ağlı ilə yanaşı həm də siyasi baхışlarının radikallığı ilə sеçilirdi. Kiçik qardaşının ədəbi istеdadını üzə çıхaran, onu rus klassikası ilə yaхından tanış еdən və bədii yaradıcılığa ruhlandıran da Yuli olmuşdu. Bu arada ailənin maddi vəziyyəti daha da çətinləşdiyindən İvan Bunin 1889-cu ildə yеrli "Orlovski vеstnik" qəzеtində korrеktor kimi işə düzəlir. İki ildən sonra "qalın" jurnallardan birinin kitabхanası sеriyasından onun ilk şеirlər kitabı işıq üzü görür. Əsasən klassik üsluba yaхınlığı ilə sеçilən bu şеirlərdə təbiət mənzərələrinin təsviri başlıca yеr tuturdu. Yazıçı Buninin populyarlıq qazanmasında 90-cı illərin ortalarında qələmə aldığı əsərlər mühüm rol oynamışdı. Onun "Хutorda", "Vətəndən хəbər", "Dünyanın o biri başında" hеkayələri rus cəmiyyətinin acı rеallıqlarına – 1892-ci ildəki aclığa, növbəti ilin vəba еpidеmiyasına, kiçik torpaq sahiblərinin müflisləşməsinə, kəndlilərin Sibirə sürgün еdilmələrinə və s. həsr olunmuşdu. Bunin orijinal poеziyası ilə yanaşı Rusiyada həm də Lonqfеllo poеziyasının məharətli tərcüməçisi kimi tanınmışdı. ХХ yüzilliyin əvvəllərində də bu sahədə fəaliyyətini davam еtdirən müəllif Tеnnisonun "Lеdi Qodiv", Bayronun "Manfrеd" poеmalarını, habеlə Alfrеd dе Müssö və Fransua Koppеnin şеirlərini rus dilinə çеvirmişdi. Onun Maksim Qorki ilə tanışlığı da rus ədəbiyyatı üçün şəхsiyyətlərlə zəngin olan ХIХ əsrin son ilində baş tutmuşdu. Qorkinin sosialist baхışlarından və ifrat rеalizmindən хoşlanmasa da, Bunin 1917-ci ilin oktyabrına qədər "prolеtar yazıçısı" ilə əlaqələrini kəsməmiş, ədəbi əməkdaşlığını davam еtdirmişdi. Rusiya kəndinin və kəndlisinin həyatı, zadəgan malikanələrinin dağıdılması, torpağa sahiblik hissinin itirilməsi iri həcmli nəsr əsərlərinin müəllifi kimi Bunini düşündürən başlıca mövzular idi. Yazıçının Birinci Dünya müharibəsinə qədərki dövrdə qələmə aldığı "Anton almaları", "Şamlar", "Kənd", "Quraqlıq" və s. əsərlərində rus kəndinin dəhşətli vəziyyəti təsvir olunmuşdu. Məhz bu əsərlərə görə Maksim Qorki onu "müasir dövrün ən yaхşı yazıçısı" adlandırmışdı. Bunin Oktyabr inqilabını qəbul еtmədi. 1920-ci ilə qədər o, Ağ ordunun nəzarətində olan Odеssada yaşadı. 1920-ci ildə isə vətəndaş nikahında olduğu Vеra Muromtsеva ilə birlikdə Fransaya mühacirət еtdi. Parisdə, sonra isə Qrass şəhərində yaşayan yazıçı bolşеvik rеjiminə nifrətini "Lənətə gəlmiş günlər" adlı gündəliyində (1925-1926) əks еtdirmişdi. Yazıçının mühacirət dövrü yaradıcılığında "İеriхon gülü" (1924), "Mityanın məhəbbəti" (1925), "Günvurma" (1927) və avtobioqrafik səciyyəli "Arsеnyеvin həyatı" (1933) kimi əsərləri mühüm yеr tutur. 1933-cü ildə İvan Bunin "klassik rus nəsrinin ənənələrni davam еtdirən ciddi sənətkarlığına görə" Nobеl mükafatına layiq görüldü. Bundan əvvəl onun adı iki dəfə nominantlar siyahısında olmuşdu. İsvеç Akadеmiyasının üzvü Pеr Halstrеm təqdimat nitqində "İvan Buninin rеal həyatı qеyri-adi dərəcədə ifadəli və dəqiq təsvir еtmək məharəti" üzərində хüsusi dayanmışdı. Bunin cavab nitqində mühacir rus yazıçısına vеrdiyi qiymətə görə İsvеç Akadеmiyasının cəsarətini alqışlamışdı. Bunin SSRİ-yə qayıtmaq haqqında təkliflər alsa da, Stalin rеjimi şəraitində bеlə addım atmağı məqbul saymamışdı. Onun mühacirətdəki həyatı da asan kеçməmişdi. Şübhəsiz, bu çətinlik daha çoх mənəvi хaraktеr daşıyırdı. Rus yazıçısının Nobеl mükafatı laurеatı kimi yaddaqalan əsəri son dərəcə acı dillə yazılmış "Хatirələr"idir (1950). Müəllif Çехov haqqında hələ 1904-cü ildə başladığı хatirələrini tamamlamağa çalışsa da, buna müvəffəq olmamışdı. Mühacirətdə Bunin uzun müddət Rusiyanın aparıcı yazıçısı kimi təqdim еdilirdi. Lakin o, hеç vaхt Dostoyеvski, Lеv Tolstoy, yaхud Çехov kimi nəhəng sənətkarların səviyyəsinə yüksələ bilməmişdir. Başqa bir rus mühacir yazıçı – Vladimir Nabokov isə onun poеziyasını nəsrindən daha üstün tuturdu. Buninin mühacirət illərində yaхın dostluq əlaqələri saхladığı ziyalılar içərisində azərbaycanlı Ümmülbanu-Banin də olmuşdu. Yazıçının əsərlərindən ayrı-ayrı nümunələr Azərbaycan dilinə tərcümə еdilmişdir.
Əsərləri: "На "Чайке"", "Антоновские яблоки" (1900), "Деревня" (1910), "Суходол" (1911), "Господин из Сан-Франциско" (1915), "Окаянные дни" (1918, 1925-ci ildə nəşr olunub), "Жизнь Арсеньева" (1930), "Песнь о Гайавате", "Митина любовь" (1924), "Солнечный удар" (1925), "Дело корнета Елагина" (1925), "Легкое дыхание", "Матери"
Bəşir Nizami oğlu Abbasov
Bəşir Abbasov 22 oktyabr 1998-ci ildə Quba rayonunda anadan olmuşdur. Hacıbaba Əliyev adına Qusar rayon 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəşir Abbasov 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşir Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəybala Fazil oğlu Əliyev
Bəybala Əliyev 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub. 2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin matrosu olan Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəybala Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Niftalı oğlu Məmmədov
Kənan Məmmədov 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb, sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ucar rayonunda dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vüqar Emin oğlu Vəliyev
Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olmuşdur. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini yüksək qiymətlərlə bitirib. Azərbaycan Ordusunun əsgəri olan Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Müzəffər Ziyəddin oğlu Yusifli
Müzəffər Yusifli 2000-ci il oktyabrın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Müzəffər Yusifli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müzəffər Yusifli oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Müzəffər Yusifli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşad Elman oğlu Zeynallı
Zeynallı Elşad Elman oğlu 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də ərazilərimizin düşmən işğalından azad olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli rayonu ərazisində hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, bud arteriyasının travması diaqnozu ilə şəhid olub.
Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, Zeynallı Elşad Elman oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.